"Səhra gülü" təqdim olundu
Dünən Müasir
İncəsənət Mərkəzində "Çex
qızının məhəbbəti" poeması
əsasında hazırlanmış "Səhra gülü"
sənədli filminin təqdimatı keçirilib. APA-nın
məlumatına görə, filmin quruluşçu rejissoru
və ssenari müəllifi Tahir Əliyev, operatoru Müslüm
Qasımov, redaktoru Qulu Məhərrəmlidir.
II Dünya Müharibəsinə
həsr olunmuş filmdə çex qızın
azərbaycanlı əsgərlə məhəbbətindən
söhbət açılıb. Erika Hamper adlı çex
qız 18 yaşında Azərbaycana gəlib və burada II
Dünya Müharibəsində görmə qabiliyyətini
itirən azərbaycanlı əsgər Əhəd Əliyevlə
tanış olub. Bir-birilərini sevən gənclər
evləniblər və üç övladları dünyaya
gəlib. Onların oğlu Səyyad Əliyev I Qarabağ müharibəsində
- 1992-ci ildə şəhid olub. Hazırda Naxçıvanda
yaşayan 82 yaşlı Erika Hamper Azərbaycanı
özünə vətən saydığını bildirib.
Qeyd.edək ki, çex
dilinə tərclimə olunan film Çexiya və Polşada
da nümayiş olunacaq.
Ekspress.- 2008.- 13 fevral.- S. 10.