Ssenarilərin hazırlanması üzrə treninq keçirilib

 

Bu günlərdə Tbilisi şəhərində İFA-SC tərəfindən təşkil olunmuş "Cənubi Qafqaz filmlərinin proyekt ssenarilərinin işlənib hazırlanması üzrə treninq" keçirilib. Treninqi məşhur ssenari müəllifi, "Bir dəfə Amerikada" filminin digər məşhur bestsellerlərin işlənib hazırlanmasında iştirak etmiş Hlare Dovns kinematoqrafiya sahəsində böyük şöhrətə malik olan prodüser Lusiano Hloor aparıb. Bu barədə "Kaspi" İFA-SC-ın Azərbaycandakı rəsmi nümayəndəsi "Nərimanfilm"dən məlumat verilib. Xəbərin davamında qeyd olunub ki, treninqdə həmçinin bir komanda kimi işləmək bacarığının vacibliyinə toxunulub. Orada Azərbaycandan yazıçı Aleksandr Həkimov, VQİK-ın ssenari fakultəsinin tələbəsi Nərgiz Bağırzadə, Bakı Beynəlxalq Kino Məktəbinin tələbəsi Fariz Əhmədov, reyissor Vüqar Nağıyev, prodüser Leyla Dostəlizadə iştirak ediblər. Öyrəndik ki, treninqin ikinci seminarının mayın sonunda keçirilməsi planlaşdırılıb.

 

Kaspi.- 2008.- 26 fevral.- S. 17.