Toğrul
"Ermənilər -
mif və həqiqət" sənədli filmi
istehsalata buraxılıb
Azərbaycantelefilm
yaradıcılıq birliyində "Ermənilər-mif
və həqiqət" adlı sənədli film istehsalata
buraxılıb. Erməni vandalizminin dünya
ictimaiyyətinə çatdırılması və bəzi gizli
qalmış məqamların açılması
məqsədini daşıyan filmin çəkilişləri
artıq başa çatıb. 31 mart
Azərbaycanlıların soyqırımına həsr
olunmuş filmin rejissoru və ssenari müəllifi Nazim
Rzadır.
Xroniki sənədli filmdə rejissorun şəxsi araşdırmaları
ilə yanaşı, müxtəlif dövrlərdə
çap olunmuş sənədlərdəki faktlar
da öz əksini tapıb. Yeni ekran əsərinin
lentə alınması
Azərbaycanla yanaşı,
Gürcüstan və
Türkiyədə də
aparılıb. Hazırda "Ermənilər mif və həqiqət" filmi montaj və
səsləndirmə mərhələsindədir.
Fevralın 15-də
bütün işləri
tamamlanacaq film tamaşaçıların ixtiyarına bu ilin yay aylarında
təqdim ediləcək.
Ədalət.- 2008.- 5 fevral.- S. 6.