Sumqayıtın mədəni həyatında əsaslı dönüş yaranır

 

Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial və mədəni həyatımız da inkişaf edir, yeniləşir. İstirahət, mədəniyyət turizm obyektlərinin sayı artır, paytaxtda, eləcə şəhər rayonlarımızda bir-birindən maraqlı tədbirlər keçirilir. Milli mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır.
Mədəni həyatında canlanma duyulan şəhərlərimizdən biri Sumqayıtdır. Gənclik şəhərinin bu sahədə zəngin ənənələri var. Ölkəmizin bir çox tanınmış sənət adamlarının, mədəniyyət incəsənət xadimlərinin şöhrət yolu məhz Sumqayıtdan başlanıb. Bir sözlə, bu şəhərdə adamların istedad potensialından hər zaman səmərəli istifadə olunub, mədəni həyat özünün zənginliyi ilə seçilib. Təəssüf ki, son vaxtlar Sumqayıt Şəhər Mədəniyyət Turizm İdarəsinin işi günün tələblərinə cavab verməyib, idarənin rəhbərliyi göstərilən etimadı doğrulda bilməyib. Elə buna görə bir neçə ay öncə sahədə dönüş yaradılması məqsədilə idarənin rəhbərliyi dəyişdirilib. Respublika Mədəniyyət Turizm Nazirliyi sistemində müxtəlif məsul vəzifələrdə çalışmış Namiq Qafarov Sumqayıtda idarə rəisi təyin edilib. Onunla söhbətimiz işgüzar şəraitdə keçdi.
- Namiq müəllim, beş il Şəki rayon mədəniyyət şöbəsinə rəhbərlik etmisiniz. 2000-ci ildən nazirlikdə çalışırdınız. Artıq dörd aydır ki, Sumqayıtdasınız. Təcrübəli bir mütəxəssis kimi bu şəhərin mədəni həyatı barədə fikirlərinizi bilmək maraqlıdır.
- Sumqayıtın mədəni həyatı həmişə özünəməxsusluğu ilə diqqət çəkib. Burada 40 illik tarixi olan dövlət teatrı, eləcə orta ixtisas musiqi texnikumu, musiqi məktəbləri, rəsm qalereyası, neçə-neçə klub mədəniyyət evi, ansambllar kitabxanalar fəaliyyət göstərir. Sumqayıtda o qədər tanınmış, istedadlı adamlar yetişib ki, saymaqla qurtaran deyil. Gedənin arxasınca danışmazlar, amma mən bir qədər təəccübləndim ki, üçün mədəniyyət turizm idarəsinin rəhbərliyi mövcud potensiala laqeyd yanaşıb? Təyinat zamanı hörmətli nazirimiz Əbülfəs Qarayevlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə söhbətlərdən belə nəticə çıxardım ki, burada mədəniyyətin inkişafının yeni mərhələsi başlanmalıdır. İşləmək, axtarışlar aparmaq, maddi-texniki bazanı möhkəmləndirmək, ənənələri davam inkişaf etdirmək lazımdır.
İlk gündən şahidi oldum ki, Vaqif müəllim şəhərin bütün sahələrinə olduğu kimi, mədəniyyət sahəsinə doğma münasibət bəsləyir.
Son illərdə o, şəhərdə mədəniyyətin inkişafı ilə bağlı az görməyib. Təsəvvür edin ki, ayda iki dəfə icra başçısının qəbulunda oluram, qayğı problemlərimizi müzakirə edirik, sahənin işində dönüş nümunəvi vəziyyət yaratmaqdan ötrü bizə əlindən gələn köməkliyi əsirgəmir. Hansı təşəbbüsü qaldırırıqsa, şəhər rəhbərliyi bizi əməli surətdə dəstəkləyir.
- Görülmüş işlər çoxdurmu?
- Şəhər rəhbərliyinin yaxından köməkliyi ilə rəsm qalereyası Bülbül adına incəsənət məktəbində əsaslı təmir aparılıb, qapı pəncərələri dəyişdirilib. N.Nərimanov adına mədəniyyət evinin dam örtüyü təzələnib, fasadı qaydaya salınıb, tamaşa zalı rənglənib, oturacaqlar dəyişdirilib s. S.Vurğun adına mərkəzi kitabxana yeniləşdirilib, gələcəkdə burada əsaslı təmir aparılacaq. Digər obyektlərdə bu davam etdirilir. Musiqi məktəblərinin hamısına yeni kompyuter dəstləri verilib. Tezliklə Nizami kinoteatrı yenidən fəaliyyətə başlayacaq. Prezident İlham ƏliyevinAzərbaycanda muzey işinin yaxşılaşdırılması haqqındasərəncamına uyğun olaraq artıq Sumqayıtın tarix muzeyi əsaslı təmir edilir. Burada təkcə bina deyil, ekspozisiyalar da yeniləşdiriləcək. Fərəhli haldır ki, cari ildə mədəniyyət ocaqlarının təmirinə ayrılan vəsait üç dəfə artırılıb. Elektron kitabxana yaratmaq fikrimiz var, yeni mədəniyyət obyektləri tikəcəyik.
- Ötən il Sumqayıtda Nizami adına yeni istirahət meydanı yaradılıb. Nəsimi adına mədəniyyət istirahət parkında isə əsaslı təmir gedir...
- Ötən il möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıtda olarkən bu parkın yenidən qurulması barədə göstəriş vermişdir. İndi şəhərin dənizkənarı ərazisini əhatə edən parkda genişmiqyaslı təmir-tikinti
işlərinə start verilib. Şəhər rəhbərliyi parkın abadlaşmasına xüsusi diqqət yetirir. Bu layihə həyata keçirilənə qədər biz parkda öz işimizi görəcəyik. Yəni yay mövsümündə sumqayıtlıların istirahətinin məhdudlaşmamasına çalışacağıq. Karusellər digər əyləncə avadanlığı təmir ediləcək, ətraf abadlaşdırılacaq. Parkdakı yay estradasında şənbə bazar günləri maraqlı görüşlər, konsert proqramları təşkil edəcək, vaxtilə yaranmış bu ənənəni davam etdirəcəyik. Baxarsınız, tezliklə dənizkənarı park nümunəvi bir istirahət guşəsi kimi üzə güləcək.
- Namiq müəllim, yeri gəlmişkən, mədəni-kütləvi tədbirlər barədə bir qədər ətraflı danışmağınızı xahiş edirəm.
- Ötən il Sumqayıtda musiqi festivalı günləri, Avstriyadan olan musiqi qrupunun, Almaniya Amerika musiqiçilərinin konsertləri olub.
Bu günlərdə sizinlə birlikdə Almaniya səfirliyinin təşəbbüsü ilə verilən alman kamera orkestrinin konsertinə baxdıq. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı da tez-tez sənətsevərlərə yeni tamaşalar göstərib. Respublikanın tanınmış muğam ustalarının iştirakı ilə muğam gecələri keçirilib. Bütün bunlar şəhərimizin mədəninəbzinin normal vurduğunu göstərir. İnşallah, planlarımız daha çoxdur. Öz işimizi şəhər təhsil şöbəsi, gənclər idman baş idarəsi, eləcə digər təşkilatlarla əlaqəli quracağıq. İstedadların üzə çıxarılması, gənclərin vətənpərvərlik tərbiyəsi, bədii özfəaliyyətin inkişafı başlıca qayğılarımızdır. Musiqi məktəblərində gözdən əlillər üçün xüsusi şöbələrin açılmasını, əlillərin mədəniyyət obyektlərinə rahat keçməsi üçün şərait yaradılmasını, milli azlıqların mədəniyyət incəsənət festivallarının, şeir özfəaliyyət müsabiqələrinin təşkilini nəzərdə tutmuşuq.
Bütün tədbirlərin uğurla nəticələnəcəyinə inanıram. Çünki Sumqayıt şəhərinin rəhbərliyi fəaliyyətimizi dediyim kimi, hərtərəfli dəstəkləyir, təşəbbüslərimizə daim qol-qanad verir. Sumqayıtlılarsa ən yüksək səviyyəli mədəni tədbirlərin iştirakçısı olmağa layiqdirlər.

Xalq qəzeti
.- 2008.- 13 fevral.- S. 6.