Azərbaycan hökumətinin
sifarişi ilə
"Salnamə" studiyası
Xocalı soyqırımının
16-cı ildönümü
ilə əlaqədar
"İbadət" adlı
yeni sənədli film çəkib. Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız
məlumata görə,
12 dəqiqəlik bu film artıq dünyanın bir sıra dillərinə tərcümə olunub. Fevralın
26-da Azərbaycan Xarici
İşlər Nazirliyinin
xətti və Xaricdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin köməyi
ilə dünyanın
müxtəlif ölkələrindəki
diaspor təşkilatlarında,
respublikamızın şəhər
və rayonlarında filmin təqdimat mərasimi keçiriləcək,
həmçinin
televiziya kanallarında
nümayiş etdiriləcək.
Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru Ziya Şıxlinski, operatoru Rafiq Quliyevdir.
Azərbaycan.- 2008.- 26 fevral.- S. 3.