Zümrüd

 

Səhra gülü filminin qəhrəmanı ilə görüş keçirilib

 

Müasir İncəsənət Mərkəzində rejissor Tahir Əliyevin quruluşunda lentə alınmış "Səhra gülü" sənədli filminin əsas qəhrəmanlarından biri olan çex mənşəli alman qızı Əliyeva-Hanpel Erika ilə görüş keçirilmişdir.
   Qeyd edək ki, İkinci dünya müharibəsində Erika Əliyeva ilə naxçıvanlı Əhədin hospitalda tanışlığından, onların arasında yaranmış məhəbbət hekayələrindən, birlikdə sevgilisinin vətəni Naxçıvana qayıtmalarından, sakit həyat sürmələrindən ətraflı danışmışdır.
   Rejissor Tahir Əliyev, filologiya elmləri doktoru Qulu Məhərrəmli başqaları çətin şəraitdə iki gəncin öz sevgilərinə sonsuz sədaqətindən, gənclərimizə nümunə olacaq bu məhəbbətdə Erika Hanpelin xüsusi fədakarlığından söz açmışlar. Xatırladaq ki, "Səhra gülü" filmi ötən il Moskvada keçirilən Volokolomsk festivalında "qəhrəman obrazının ekran həlli" görə mükafat almışdır.
   Tədbirin sonunda "Səhra gülü" filmi nümayiş etdirilmişdir.


 
Səs.- 2008.- 16 fevral.- S. 12.