Bəstəkar Süleyman Ələsgərovun xatirə lövhəsi açılmışdır

 

Fevralın 21-də Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutan, bəstəkar, dirijor, pedaqoq, xalq artisti, Dövlət mükafatı laureatı, ictimai xadim, professor Süleyman Ələsgərovun doğum günü münasibətilə vaxtilə yaşadığı evin divarında xatirə lövhəsi açılmışdır.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Süleyman Ələsgərovun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifələrindən biridir.
84 il öncə Şuşada dünyaya göz açan S.Ələsg
ərov dahi Üzeyir Hacıbəyovun diqqət qayğısı ilə musiqinin sirlərini mənimsəmiş ölməz sənət əsərləri yaratmışdır. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus üslubu, fərdi yaradıcılıq prinsipləri xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.
Nazir vurğulamışdır ki, Süleyman Ələsgərovun yaradıcılıq marağı çox zəngindir. O, daim çalışmışdır ki, qədim zəngin tarixi olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin.
Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi bildirmişlər ki, Süleyman Ələsgərovun zəngin yaradıcılığı Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın, "Bayatı-Şiraz" simfonik muğamının, simfonik orkestr üçün "Uvertüralar"ın, 2 simfonik poemanın, 6 kantatanın, xor xalq çalğı alətləri orkestri üçün bəstələnmiş müxtəlif janrlı əsərlərin 200-ə qədər mahnı və romansın müəllifidir. S.Ələsgərovun musiqisi yüksək professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir. Bu musiqi irsi həmişə yaşayacaq, dinləyicilərə estetik zövq aşılayacaq, tədris konsert repertuarını həmişə zənginləşdirəcəkdir.
Bildirilmişdir ki, S.Ələsgərov bacarıqlı pedaqoq kimi səmərəli fəaliyyət göstərmişdir. O 1957-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, yüzlərlə dirijor-ixtisasçı yetişdirmişdir. Hazırda onlar müxtəlif şəhərlərdə xalq çalğı alətləri orkestrinə rəhbərlik edir, eyni zamanda, müəllim kimi çalışırlar.
Sonda bəstəkarın nəvəsi Tahir İmanov Azərbaycan mədəniyyətinin inkişafına daim diqqət qayğı göstərən Prezident İlham Əliyevə xatirə lövhəsinin hazırlanmasında xidmətləri olan insanlara S.Ələsgərovun ailəsi adından minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.- 2008.- 22 fevral.- S. 7.