Toy düyündə hərə öz yerini bilməlidir

 

Zəka Vilayətoğlu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Yazıçılar Birliyinin üzvüdür. Nəsr əsərlərindən ibarət iki kitabı nəşr olunub. "Şah ölüm" romanının, "Küsmüş Ay" "Bəxtsiz adam" povestlərinin müəllifidir. Bir neçə povesti hekayəsi "Ulduz", "Azərbaycan" jurnallarında digər jurnal-qəzetlərdə dərc edilib. "Güllələnmiş qaranlıqlar" "Daş qəfəsə salınmış şərqiçi" povestləri kitab halında çapa hazırlanır.
Zəka həmçinin özünün dinləyici auditoriyası olan istedadlı müğənni, xalq bəstəkar mahnılarının mahir ifaçısıdır. Elə bu üzdən onunla görüşüb toylarımız, toy adət-ənənələrimiz haqqında söhbətləşməyi qərara aldıq.
- Müğənni kimi hərdən dost-tanışın toy şənliklərinə qatılırsınız. Qane edirmi Sizi bugünkü toylarımız?
- Çox maraqlı mövzuya toxunursunuz. Bu, mənə elə gəlir ki, gündəmdə olan yüksək intellektli insanlarımızı düşündürən, narahat edən ciddi bir məsələdir. Öncə toylarımızdakı texniki səsin gücündən danışmaq istəyirəm. O səs-küydən ki, adamın yorğun ruhunu dincəltmək, əsəblərini sakitləşdirmək könlünü oxşamaq əvəzinə sanki sonsuz bir qəzəblə qonaqların üstünə yeriyir, onları haldan-hala salır. Bu gün zəngin şadlıq saraylarımızın əksəriyyətində normal akustika yoxdur. Yəni divara dəyən səs udulmur, üçqat gücüylə geri qayıdır belədə ifa edilən musiqini, mahnının sözlərini bu qarışıq səsli uğultudan, gurultudan seçmək müşkül olur. Elə şadlıq saraylarımız var ki, dediyim səbəblər üzündən öz səsimi tanımır səsimdən qorxuram. Görün bu zaman dinləyicilər çəkirlər. Onların çoxu səs-küydən usanıb məclisi vaxtından əvvəl tərk etmək məcburiyyətində qalır hamı bütün günahı yalnız musiqiçilərdə görür. Amma elə bilirəm, tezliklə bunun yaxşı bir yolu, üsulu tapılacaq, şadlıq saraylarını tikdirənlər inşa edənlər ilk növbədə akustikanın mükəmməl olması qayğısına qalacaqlar.
- Toy süfrələrində çeşid-çeşid yeməklərin əlindən barmaq qoymağa yer tapılmır. Bu qədər israfçılıq nəyə lazımdır?
- Toy-düyün, şənlik evlənmək üçün bir məcburiyyət deyil, sadəcə olaraq evlənmənin elanıdır. İçki israf heç bir zaman dinimizdə yer almayıb. Belə ifrata varanlar ya bir-biriylə yarışır, bəhsləşirlər, ya da qonaqlarını yeni qurulan ailənin sevincinə şərik olmağa, gənclərə öyüd-nəsihət verməyə yox, bol-bol yeyib-içməyə dəvət edirlər. Axırda da o yeməklərin əksər hissəsi eləcə süfrələrdə qalır. Halbuki İslam dininə görə, evlənmələr asan olmalı, böyük məsrəflərlə israfçılığa yol verilməməlidir. İndiki toylarda, evlənmələrdə özünü göstərən izafi xərclər İslamın dünyəvi ruhuna tamamilə ziddir. Toya təşrif gətirənlər qədərindən artıq xərcə düşdüklərindən bir müddət maddi tənəzzülə uğrayırlar. Uca Allah müqəddəs Qurani-Kərimdə buyurur: "Ey Adəm oğulları!.. Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz". vaxt ki hamı nəyin günah olduğunu, nəyin olmadığını doğru-dürüst anlayacaq, o zaman bu kimi hallar da baş verməyəcək.
- Təəssüf ki, toylarımızın təşkilində böyüklərin sözü bir o qədər keçərli olmur.
- Doğrudur. İndi toy-düyünü böyüklər kiçiklərin arzularına rəğmən keçirirlər. Buna görə şadlıq saraylarında əxlaqımıza, adət-ənənəmizə üzqaralığı gətirən çılğınlıqlar baş alıb gedir. Toy mərasimlərində əvvəldən-axıra, demək olar, yalnız şıdırğı rəqs edirlər. Kamil bir insanı, ağıllı bir kəlamı eşitmək istəmirlər. Diringi, bayağı musiqilərə üstünlük verilir. "İran təranələri" az qala bütün Azərbaycan toylarını öz cənginə alıb. Bir çox rayonda həmin musiqi "Dermatin" adıyla məşhurdur. İlk dəfə onu bu adla çalmağı musiqiçilərdən xahiş edəndə çox təəccübləndim. Bizə anlatdılar ki, süni, yad musiqi olduğundan belə deyirlər.
- Bu gün səsi olan da oxuyur, olmayan da.
- Elə bir zaman yetişib ki, yalnız xəlvətdə özü üçün "oxumağa" ixtiyarı çatanlar da müğənnilik edirlər. Belələri necə gəldi oxuyurlar, təki mahnının ritmi oynaq, sümüyə düşən olsun, kimdir xırdalıqlara əhəmiyyət verən. Daha yaxşı səs, zil səs, şirin avaz bir o qədər gərək deyil, ən önəmlisi, ara mahnıları oxuyub, camaatı oynatmağı bacarmaqdır. Elə bu səbəbdən "müğənnilərin" sayı yağışdan sonra göbələk kimi artır. Odur ki, çox az halda zövqlü, mənalı toylarla rastlaşıram bu zaman öz işimdən zövq alır, yorulmadan oxuyuram. Toy-düyündə hərə öz yerini, oturuşunu-duruşunu, danışığını bilməli, söz musiqi, lap elə şıdırğı rəqslər gözəl bir vəhdət təşkil etməlidir. Bu baxımdan toylarda qarazurnaya, saza önəmlik təqdirəlayiqdir. Belə toylarda millilik daha qabarıq hiss olunur. Xüsusilə "Yallı" rəqsini elə məharətlə oynayırlar ki, əl-ələ tutuşub rəqs edən adamlar bir ansamblı xatırladırlar. Bu birliyə, bu möhtəşəmliyə hər dəfə heyrətlə tamaşa edirəm fərəhdən gözlərim yaşarır. Həmişə özümüzə oxşamağa çalışaq, özümüz olanda daha yenilməz, daha qürurlu görünürük.
- Lakin gənclərimiz əcnəbi musiqilərə daha şox həvəs göstərirlər.
- Bu, ən yaralı yerimizdir. Hətta bəzən toyun yarısı canlı yox, fonoqramla, diskoteka mahnılarıyla keçir. Gəlinlər adətən sanki gəlin olduqlarını unudaraq qonaqlara qoşulur, atılıb-düşürlər. Axı biz Azərbaycan gəlinini utancaq, abırlı, həyalı, ağıryana görməyə alışmışıq. Bir neçə saatlıq toy müddəti boyunca bu ənənəyə sadiq qalmaq elə çətin deyil. Ulularımız buyurublar: gəlin bəzənincə toy əldən gedər, gəlin bizdən yaşınar, səsi dağları aşar.
Gəlin xalqımıza milli əxlaqımıza layiq toy keçirək, əqli-səlim şənlik edək.

Azərbaycan.- 2008.- 17 fevral.- S. 8.