Piratlara havayı fürsət verməyin

 

Azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov təbliğat işlərini davam etdirir

 

Balaban alətinin mahir ifaçılarından olan hazırda Türkiyədə yaşayan Əlixan Səmədov 20 Yanvar şəhidlərinə həsr olunan yeni musiqi bəstələyib. "20 Yanvar" adlanan bəstə artıq balaban ifaçısının yeni albomunda yel alıb. Musiqiçi "Kaspi" bildirdi ki, bu günlərdə onun yeni "Balaban-7" adlı albomu işıq üzü görüb.

Qeyd edək ki, müasirliklə milliliyin sintezi üzərində çalışan balaban ifaçısı musiqi sənətinə "Kor ərəbin mahnısı", "Çırpınırdı Qara dəniz", "Qaragilə", "Şirvan şikəstəsi" b. töhfələrini verib. 20 Yanvar şəhidlərinə həsr etdiyi bəstəsini isə o, albomuna daxil etməklə Türkiyə başqa ölkələrdə dinlənilməsinə çalışır. Ölkəsinə az-az gəlməyinə baxmayaraq, əlaqələrinin internet vasitəsi ilə sıx olduğunu ifadə edən sənətçi: "Türkiyədəki qrafikim yoğundur istədiyim vaxt ölkəni tərk edə bilmirəm" dedi. Yeni albomu haqda ətraflı danışan sənətçi əlavə etdi ki, toplu Türkiyənin musiqi bazarına daxil edilib. Onun diskləri eyni zamanda Avropa ölkələrinə doğru da irəliləyə bilib. Əvvəlki disklərinə olan marağı nəzərə alan balaban ifaçısı bu qənaətə gəlib ki, onları yüksək tirayla bir çox ölkəyə yaysın. Əcnəbilərin Azərbaycan musiqilərinə maraq göstərdiyini deyən Əlixan Səmədovun fikrincə, təbliğatın yüksək səviyyədə aparılmasına ehtiyac var: "Bəzən musiqilərimiz əldən-ələ düşərək anonim imzası ilə dünyanı dolaşır. Dünyada havayı pul qazanmaq istəyənlərin sayı az deyil. Bu imkan onlar üçün havayı fürsətə çevrilir. Bunun üçün disklərin sayını artırmaq, onların üzərində ifaçının musiqinin müəlliflərinin adını qeyd etmək mütləq xəbərdarlıq yazmaq lazımdır. Əks təqdirdə piratlar özlərini hansısa yollarla sığortalamağa çalışırlar".

Tarixi kökləri VI əsrə bağlı olan milli musiqi alətimiz balabanın məhz Azərbaycana məxsus olduğunu sübut etməkdə böyük rolu olan Əlixan Səmədov bu istiqamətdə səylərini davam etdirdiyini söylədi. O bildirdi ki, ermənilərin bütün dünyada "duduk" kimi tanıtdığı balabanla bir neçə ölkədə konsert proqramları ilə çıxış edib. Bunun təbliğat kompaniyası xarakteri daşıdığını söyləyən ifaçı alətin tarixi ilə bağlı çıxışlarının olduğunu da fikrinə əlavə etdi. Onun repertuarını daha çox "Apardı sellər saranı", "Sarı gəlin", "Heyva gülü" kimi mahnılar təşkil edir onlar dəfələrlə Avropanın musiqi səhnələrində dinlənilib. Eyni zamanda, sənətçinin repertuarı Hollivudun çəkdiyi bir sıra filmlərdə Azərbaycan musiqisi kimi səsləndirilib. Söhbəti zamanı Ə.Səmədov vurğuladı ki, növbəti konsert proqramını hazırlayır. Lakin bu proqram Azərbaycanda deyil, İstanbulun "Bostançı Göstəri" salonunda keçiriləcək. 4 min tamaşaçı tutumu olan konsert salonunun rəhbərliyi artıq təbliğat kompaniyasına başlayıb. Əlixan Səmədov eyni proqramla Azərbaycanda da çıxış etməyi düşünür. Lakin vaxt məhdudiyyətini nəzərə alan musiqiçi bu layihənin təşkilatçılar tərəfindən həyata keçirilməsini arzuladığını söylədi.

 

Kaspi.- 2008.- 21 fevral.- S. 17.