İstedadlı insan heç bir dərs keçmədən nəsə etməyi bacarmalıdır

 

Elçin İmanov: Məncə hər kəs öz işi ilə məşğul olmalıdır

 

Bəstəkar Elçin İmanov öz işinin öhdəsindən layiqincə gələn insandır. O, nəinki mahnılar yazır, həmçinin kliplərdə çəkilməyə böyük meyl göstərir. Bu haqda bəstəkar daha ətraflı TrendLife-a danışdı. - Mən nəinki kliplərdə çəkilməyi, hətta rejissorluq etməyi, hansısa ssenari üzərində işləməyi, oxumağı da sevirəm. Ulu tanrı mənə vokal qabiliyyəti versəydi, bəlkə çoxdan professional səhnədə olardım. Məncə, hər kəs öz işi ilə məşğul olmalıdır.
   - Azərbaycanda şou-biznesin olmaması barədə deyilənlər sizi bezdirməyib?
   - Əgər şou-biznesə axın, maraq varsa, bu sözləri səsləndirmək düzgün deyil. Bilirsiniz, mən toylara gedən müğənnilərə normal münasibət göstərirərm. Cenifer Lopez, Alla Puqaçova, Filip Kirkorov kimi dünya ulduzları da nəinki öz ölkələrində, hətta xaricdə toylarda iştirak edirlər. Bu da şou-biznesin bir qoludur.
   - Muğam bizim xalqın ən dəyərli musiqisi sayılır. Amma nədənsə estrada pərəstişkarları çoxluq təşkil edir. Hətta bəstəkarlar da estrada müğənniləri ilə işləməyə üstünlük verirlər///...
   - 50-60- illərdə bəstəkarlar çox idi. Lakin nədənsə yaddaşlarda tək Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Səid Rüstəmov qalıb. Bizim reperlər Tofiq Quliyev, Fikrət Əmirov kimi bəstəkarların əsərlərini sintez edib oxuyurlar. olursa-olsun, muğamın öz yeri var.
   - Bəs sizcə, nəyə görə mütəxəssislər estrada müğənnilərindən Rəşid Behbudov, Zeynəb Xanlarova kimi oxumağı tələb edirlər? Axı hər bir ifaçının öz oxu tərzi, dəsti-xətti olmalıdır.
   - Mütəxəssislər demirlər ki, onları yamsılamaq lazımdır. Onlar istəyirlər ki, indiki ifaçılar adlarını çəkdiyiniz dahilərdən nəsə yaxşı bir şey götürsünlər. Motsart demişkən, istedadlı insanlar heç bir dərs keçmədən nəsə etməyi bacarmalıdırlar

 

Üç nöqtə.- 2008.- 7 fevral.- S. 13.