Zaman E.
Nizami
Cəfərov: Biz iqtisadi gücümüzün mədəni,
mənəvi gücə çevrilməsi
məqamındayıq
Şou-biznesin mənfi təzahürlərinin
qarşısını almaq üçün onun
qarşısına klassik sənət əsərləri
çıxartmalıyıq və bu istiqamətdə
işlər gedir
Müsahibimiz Milli Məclisin Mədəniyyət
Məsələləri daimi Komissiyasının sədri Nizami
Cəfərovdur
-Nizami müəllim, son zamanlar belə bir tendensiya
özünü büruzə verir ki, ölkəmizdəki
iqtisadi inkişaf mədəni inkişafı
üstələyir. Necə
düşünürsünüz, bu bir qanunauyğunluqdur,
yoxsa çatışmazlıq?
-Məsələ ondadır ki, iqtisadi inkişaf olmayan
yerdə mədəni inkişafdan ümumiyətlə
söhbət gedə bilməz. Tarix də göstərir ki,
dünyanın hansı regionunda iqtisadiyyat inkişaf edibsə,
orada böyük sivilizasiya yaranıb və böyük
mədəniyyət müəyyənləşib. Müasir
dövrdə də belədir. Yəni istənilən halda
mədəniyyətin inkişafı iqtisadiyyatla, həyat
tərzinin yüksəlməsi ilə bağlıdır. Ola
bilər ki, iqtisadi cəhətdən geri qalmış bir
məmləkətdə bir-iki böyük istedad meydana
çıxsın. Belələri yalnız o
məmləkətin deyil, dünyanın tarixində
mədəniyyət xadimi kimi qala bilər. Amma bu hal
kütləvi mədəniyyətə aid deyil. Ümumictimai,
kütləvi mədəniyyətin inkişafı üçün
şübhəsiz ki, ölkənin iqtisadi səviyyəsi
yüksək olmalıdır.
Azərbaycanda da 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki
müstəqillik hərəkatı dövründə
çox ağrılı iqtisadi həyat yaşadıq. Eyni
zamanda, həmin dövrdə ölkəmizdə çox acınacaqlı
iqtisadi proseslər getdi. Demək olar ki, ölkənin on
illər boyu qazanılmış iqtisadi potensialını, o
vaxta qədər müəyyənləşmiş təsərrüfat
texnologiyalarını itirdik. Buna uyğun olaraq da
mədəniyyətimiz bərbad vəziyyətə
düşdü. Teatrlarımız, kinoteatrlarımız,
muzeylərimiz, kitabxanalarımız dağıldı.Vaxtı
ilə formalaşmış böyük bədii
yaradıcılıq potensiallarımızdan fayda görə
bilmədik. Sonrakı illər isə artıq
bir yüksəliş dövrü idi və 90-cı illərin
sonu, 2000 -ci illərin əvvələrindən başlayaraq
ölkədə iqtisadi inkişaf başladı. İndi
də Azərbaycan dünyada ən yüksək templə
inkişaf edən ölkədir. Buna uyğun olaraq
hazırda bizim mədəniyyətimizə kifayət
qədər böyük investisiya qoyulur. Muzeylərimiz,
teatrlarımız bərpa olunur, mədəniyyət,
incəsənət xadimlərinə dövlət
qayğısı yüksəlir. Yaradıcı
qurumlarımızın işi tədricən qaydaya
düşür və biz artıq mövcud potensialı
nəzərə alaraq, yaradıcı şəxslər və
yaradıcılıq ittifaqları haqqında ayrıca qanun
qəbul edirik.
Eyni zamanda, 10 il bundan əvvəl qəbul olunmuş
“Mədəniyyət haqqında qanun” üzərində
işləyirik ki, onu müasir tələblər
səviyyəsinə qaldıraq. Düzdür, hələ
mövcud iqtisadi inkişafa uyğun mədəni inkişaf
getmir. Amma bununla bərabər, mədəni inkişafın
iqtisadi inkişafın tempinə çatması
üçün baza yaradılır. Yəni Azərbaycan
musiqisinin, təsviri sənətinin,
ədəbiyyatının, teatr sənətinin inkişafı
üçün bazis xarakterli xeyli işlər
görülüb. Artıq iqtisadiyyatdakı inkişafın
mədəniyyətə, mənəviyyata çevrilməsi
prosesi başlayıbdır. Bu mənada, demək olar ki, biz
keçid dövründəyik və qazandığımız
iqtisadi potensial yüksəlməklə, eyni zamanda,
mədəni-mənəvi potensialı da
yüksəltməlidir. Biz bu amilin
reallaşdığını hiss edirik və iqtisadi
gücümüzün mədəni, mənəvi gücə
çevrilməsi məqamındayıq.
- Amma bu da faktdır ki, indi mədəniyyətdə ciddi
əsərlərin yaranması əvəzinə, şou-biznes
“inkişaf” edir. Cəmiyyətdə isə belə bir fikir
formalaşır ki, şou-biznes milli-mənəvi dəyərlərin
məhv edilməsinə xidmət edir.
- Cəmiyyətdəki bu fikirlə razıyam. Amma
məsələ ondadır ki, biz dünyaya inteqrasiya xətti
götürmüşük və bu proses uğurla gedir.
İqtisadi inkişafımızın bir
hərəkətverici qüvvəsi də
yaşadığımız sərhədlərdən
çıxaraq dünyaya inteqrasiya
olunmağımızdır. İndi dünyada inkişaf
etmiş ölkələrin yüksək mədəniyyəti
ilə geridə qalmış ölkələrin
mədəniyyətlərinin dialoqu gedir. Belə deyək ki,
dünyada mövcud olan hər şey- ən modern və
ənənəvi mədəniyyət texnologiyaları bizə
öz təsirini göstərir. O ki qaldı
şou-biznesə, bu gün şou texnologiyaları
bütün dünya üzərində hakimdir. Şou hər
yerdə var və bu istər-istəməz bizneslə bağlıdır.
Yəni nəyi istəyirsən, nəyi
bacarırsan göstər.Təki ona baxsınlar.
İndiki şou-biznesin
təsiri altında
böyüyən gənclikdən
vətənpərvərlik gözləmək mümkün
deyil
Bu sahənin mütləq xarakteri odur ki, populyar olmalısan.
Çünki populyarlıq pul gətirən amildir. Elə bir sənət nümayiş
etdirməlisən ki, orada qeyri-adilik olsun. İndi
cəmiyyət bu qeyri-adiliyi nədə görürsə və
cəmiyyət öz mədəni səviyyəsi etibarı
ilə nəyə layiqdirsə, ona müvafiq
səviyyədə də şouya ehtiyac duyur. Eyni zamanda, biz elə bir cəmiyyətdən
çıxdıq ki, istər-istəməz insanlarda bu tip
şoulara maraq yarandı. Amma bütün bununla belə,
əgər bir müğənni səhnədə əxlaqi
baxımdan yolverilməyən hərəkətlər
edirsə, yaxud özünün həyatını,
məişətini müzakirəyə
çevirirsə, bu böyük sənət
dəyərləri baxımından çox qeyri-məqbul
hadisə sayılır. Lakin nə edəsən ki, həmin
müğənninin tamaşaçısı var və onun bu
hərəkətləri kimlərisə maraqlandırır. Bu
amil isə istər- istəməz şou biznesin
yaşamasına, fəallaşmasına səbəb olur.
Bunlar isə keçici hallardır. Cəmiyyətin ümumi
mədəniyyəti inkişaf etdikcə o, yüngül
sənət texnologiyalarından doyacaq və şou- biznes onun
üçün dəyərsizləşəcək. Bu
həmişə belə olub və indi də belədir ki,
dünyada böyük sənətin həvəskarları get-
gedə artır. Bu mənada , bizim yüngül sənət
hesab etdiyimiz texnologiyalar tədricən nüfuzunu
itirərək arxaikləşməyə məhkumdur.
Mənim qənaətimcə, şou- biznesə qarşı
çıxmaq lazım deyil. O olmalıdır və
sənətkar öz şousunu göstərərək
tamaşaçını əyləndirməli, ona zövq
verməlidir. Ancaq burada söhbət ondan gedə bilər ki,
şounun keyfiyyəti yüksəlməlidir, o yüngül
və keçici xidmət göstərməməlidir,
insanlara intellekt, mənəviyyat, iradə verməlidir. Ona
görə də şou- biznesi qadağan etmək yox, onun
keyfiyyətini yüksəltməklə bağlı
müzakirələr aparmağa ciddi ehtiyac var.
Klassik sənət qaydaları var ki, onlar yüz illər boyu
müəyyən eksperimentlərdən keçib
qərarlaşıblar. O qaydalarla böyümüş insanlar
təbii ki, indiki şou-biznesə kəskin etiraz edirlər. Bu
əhval -ruhiyyəni nəzərə alaraq şou-biznes
haqqında bir qanun hazırlamaq istədik. Amma parlament səviyyəsində
belə qərara gəldik ki, şou-bizneslə bağlı
biz daha çox ictimai müzakirələr keçirək
və burada “nə olar, nə olmaz” məsələsini
müəyyənləşdirək.
Eyni zamanda, həmin müzakirələr bizdə
şou-biznesin keyfiyyətinin yüksəlməsinə
kömək etsin. Biz bu gün görürük ki, şou
biznesdə vergilərdən yayınma, həmçinin
cəmiyyətin ümumi əhval- ruhiyyəsinə müəyyən
qədər mənfi təsir edən xeyli qanun pozuntuları
var. Xüsusən, indiki şou-biznesin təsiri altında
böyüyən gənclikdən vətənpərvərlik
gözləmək mümkün deyildir. Eyni zamanda, sabah ciddi
işlərlə məşğul olmaq həmin gənclik
üçün çətin olacaqdır ki, bu da ümumilikdə
cəmiyyətin gələcəyinə mənfi təsir
edəcəkdir. Bax, bunların qarşısı mütləq
alınmalıdır. Biz orjinal bir üsuldan istifadə edib şou-biznesi
qadağan etmək istəsək, onun axırına
çıxa bilməyəcəyik və o yenə də
özünün ən iyrənc formalarında təzahür
edəcəkdir. Burada yeganə yol odur ki, böyük
sənətə, böyük mədəniyyətə ictimai
marağı artıra bilək.
Azərbaycan dövlətinin
güclü mədəniyyət
siyasəti var
Şou-biznes daha çox bizim televiziyalarımızda
təzahür edir. Bunun üçün
təbii ki, Mədəniyyət və Turizm, Gənclər
və İdman nazirlikləri televiziyalarla əlaqədə
olub bu kanallarda “nəyi göstərmək olar, nəyi yox”
istiqamətində müəyyən prinsiplər irəli
sürməli və dəyərlər
müəyyənləşdirməlidirlər.
Əlbəttə, burada kütləvi qadağalardan
söhbət getmir, lakin ümumi cəmiyyətin, həqiqi
mədəniyyətin xeyrinə bu işləri görmək
lazımdır. İndi ölkələr arasında kifayət
qədər güclü mübarizə gedir. Artıq
dünyada bu və ya digər xalqı
çökdürmək üçün bəlkə də
onun ərazilərini işğal etməyə, ona
qarşı iqtisadi embarqolar qoymağa ehtiyac yoxdur. Ora
yüngül mədəniyyət, incəsənət
texnologiyaları ixrac etmək lazımdır. Sənət
dəyəri olmayan seriallar buraxmaq, çoxlu şou oyunlar
yaratmaq lazımdır.
Müasir dünyada bunlar sınaqdan keçmiş
üsullardan biridir. Odur ki, biz çalışmalıyıq
ki, həmin tendensiyalara aludə olmayaq. Ölkəmizdə
bunlara sipər olan tədbirlər görülür.
Məsələn, muğamla , aşıq sənəti ilə
bağlı müsabiqələr keçirilir və şou
biznesin mənfi təzahürlərinin qarşısını
almaqdan ötəri onun qarşısına klassik sənət
çıxarılır. Xatırlayırsınızsa,
millət vəkili, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə keçirilən muğam
müsabiqəsi çox böyük rezonans yaratdı və
cəmiyyətin kütləvi marağına səbəb oldu.
Belə möhtəşəm sənətin təbliği
üçün biz hesab edirik ki, ayrıca bir
mədəniyyət kanalının açılmasına
ehtiyac vardır.
-Nizami müəllim, sizin fikirlərinizdən
belə qənaətə gəlmək olar ki, şou- biznes
kütlənin səviyyəsinə enmək,
mədəniyyət isə kütlənin səviyyəsini
qaldırmaq anlamı verir...
- Şübhəsiz, şou-biznesdə belədir ki, orada
kütlənin şəxsi intim maraqları güclü olur.
Sənətin, incəsənətin isə belə bir sirri var
ki, o aşağı səviyyəli insana da yüksək
səviyyəli insana da xidmət edə bilir. Biz böyük
ədəbi- mədəni tarixi olan Nizami Gəncəvidən
Füzuliyə, Füzulidən Səməd Vurğuna
qədər yol keçmiş bir millətik. Bu baxımdan
sənət adamlarımız heç bir konyukturaya
getməməlidir və böyük mədəniyyət
yaratmalıdırlar. Bunun üçün
Azərbaycan dövlətinin güclü mədəniyyət
siyasəti var. İnanıram ki, belə bir dəyərli
siyasətin yürüdülməsi və eyni zamanda,
insanlarımızın mədəni səviyyəsinin də
yüksəlməsi nəticəsində şou- biznesin yüngül
texnologiyaları 3-4 ilə aradan çıxacaqdır.
- “Mədəniyyət haqqında”qanunun parlamentdə
müzakirəsi gözlənilir. Qanunda hansı prinsipial
dəyişikliklərin olacağı
planlaşdırılır?
- 10 ildən çoxdur ki, “Mədəniyyət haqqında”
qanun qəbul olunubdur. Həmin qanun qəbul ediləndə
bizim ölkəmizin iqtisadi potensialı indiki kimi güclü
deyildi. Biz yeni qanunu Mədəniyyət və Turizm Nazirliyinin
hazırlayaraq müzakirəyə verdiyi və cənab
Prezidentin sərəncamına göndərilmiş konsepsiya
əsasında yaradacağıq. Bu konsepsiya
üzümüzə gələn 10 ildə Azərbaycan
mədəniyyətinin inkişafı barəsindəki
dövlət siyasətinin əsaslarını
müəyyənləşdirir.
Biz sənət əsərlərimizi
dünya bazarlarına
çıxaracaq prodüsser
institutları yaradacağıq. Bu, “Mədəniyyət
haqqında” qanun layihəsində öz
əksini tapacaq
Qanunda nəzərdə tutulan əsaslı
dəyişikliklər 3 prinsip üzrə aparılacaq. Birinci
prinsip odur ki, indiyə qədər yaradılmış
mədəniyyət qorunmalı və təbliğ
olunmalıdır. Yəni biz bütün dövrlərdə
yaradılmış mədəniyyətimizə sahib
çıxmalıyıq. Müxtəlif
mərhələlərdə mədəniyyətimizin
unudulmuş məqamlarını, sovet idelogiyasının
redaktəsindən keçmiş tərəflərini
bərpa edərək gənc nəslə
çatdırmalıyıq.
İkinci prinsip ondan ibarətdir ki, biz müasir
mədəniyyətimizi bazar iqtisadiyyatı
şəraitində inkişaf etdirməliyik. Yəni düşünməliyik ki, yaradılacaq
sənət əsəri bazara
çıxarılmalıdır və onun
istehlakçısı olmalıdır.
İncəsənət gəlir gətirmirsə
istər-istəməz o diqqətdən kənarda qalacaq və
inkişaf etməyəcək. Niyə şou biznesə
bu qədər maraq göstərildi? Ona görə ki, o
gəlir gətirdi. Amma yaxşı yazıçı,
rəssam bu illərdə qazana bilmədi. Çünki yeni şəraitə
uyğunlaşmağı bacarmadı.
Biz ilk dəfə olaraq qanuna prodüsser
anlayışını daxil edirik və prodüsser institutunun
inkişafına çalışırıq.
Bilirsinizmi, sənət adamı öz əsərini
yaradır, amma onun bazarını tapa bilmir. Prodüsser bu
işdə onlara yardımçı olacaqdır.
Azərbaycanda prodüsserlik çox primitiv səviyyədədir.
Amma o elə bir sahədir ki, onunla ciddi məşğul olan
mütəxəssislərə ehtiyac var. Onlar sənət
əsərlərimizi dünya bazarlarına məqamında
çıxarmağı öyrənməlidirlər.
Əslində, sənətin təbliğ olunmasının
diplomatiyası çox çiddi məsələdir. Bunlardan
istifadə edə bilmədiyimizə görə biz çox
zaman uduzuruq. Məsələn, elə
götürək “Avrovijin” beynəlxalq musiqi
festifalını. Görün biz bu musiqi yarışmasına
nümayəndə göndərməkdə nə
qədər gecikmişik.
Üçüncü prinsip isə ondan ibarətdir ki,
böyük incəsənət , böyük sənət
fərdidir. Yəni Azərbaycanda professional musiqi zəif
inkişaf edə bilər, amma bir Üzeyir Hacıbəyov
yetişər və xalqın bütün musiqi
mədəniyyətinə istiqamət verə, onun
əsaslarını yarada bilər. Bunu şairlərə
də aid etmək olar. Ona görə də burada fərdi yaradıcı
şəxsə dövlət qayğısı
olmalıdır. Belə qayğının
göstərilməsinin artıq bizdə
təcrübələri var və onları qanunvericilik
səviyyəsində ümumiləşdirmək
lazımdır.
-Nizami müəllim, söhbətimizin əvvəlində qeyd
etdiniz ki, mədəniyyət telekanalı açmaq
istəyirsiniz. Bu ideya sizdə hansı zərurətdən
yarandı?
- Milli Məclisin Mədəniyyət məsələri daimi
komissiyasının sədri kimi bu mənim ən böyük
arzularımdan biridir. Xeyli vaxtdır ki, yalnız mən deyil,
eyni zamanda, bir neçə mədəniyyət xadimləri bu
məsələ ilə bağlı mətbuatda
çıxış edirik. Bu kanala ona görə ehtiyac var
ki, bizim gözlədiyimizin əksinə oaraq
televiziyalarımız klassik mədəniyyətin
təbliğinə yer vermədilər. Çünki
onların öz biznes maraqları var və onları
qınamağa da lüzum görmürəm. Dövlətin
maliyyəsi ilə fəaliyyət göstərən
mədəniyyət kanalına isə bütünlükdə
cəmiyyətin ehtiyacı var və burada böyük
mədəniyyət- muğamlarımız, aşıq
sənətimiz, muzeylərimizdəki tarixi sənət
əsərlərimiz, kinomuz təbliğ
olunmalıdır. Mədəniyyət və
incəsənət haqqında nəzəri
söhbətlər aparılmalıdır. Şou-biznesin
səviyyəsi müzakirə edilməlidir.
Tamaşaçı var ki, şou-biznesə baxmaq istəmir,
mədəniyyət kanalına baxıb özünün
incəsənət ehtiyaclarını bununla doydurmaq
istəyir. Yəni mədəniyyət kanalı bu
işlərdə bir nümunə ola bilər və onun yaranmasına
ölkəmizin geniş maliyyə imkanları var.
İki sahil.-2008.- 23 fevral.-
S. 5.