Qadir T.
Rüstəm Zeynalov bu kitaba
bacısının da
adının yazılacağına
inanır
Bu gün
Azərbaycanın gənc
istedadlarının “Qızıl
kitab”ın səhifələrini vərəqləyəcəyik.
Xatırladaq ki, sözügedən kitabda ölkə başçısının
sərəncamına əsasən
musiqi sahəsində xüsusi istedadı ilə fərqlənən
uşaqların adı
yer alıb. Kitabın səhifələrində
dövlət başçısının
xüsusi aylıq təqaüdünə layiq
görülən Bakı
şəhər 4 saylı
Uşaq Musiqi Məktəbinin şagirdi
Rüstəm Zeynalovun
da adı var.
Rüstəm
1995-ci il yanvar ayının 20-i Bakı şəhərində
mühəndis ailəsində dünyaya gəlib.
Ailənin ilk övladı hər zaman özündən balaca olan bacısına örnək olmağa çalışıb. Hazırda
birinci sinif şagirdi olan bacısı Leylanın musiqiyə böyük marağı var. O da fortepiano şöbəsində
oxuyur. Rüstəmin musiqiyə olan həvəsi ona nənəsindən keçib.
Deyir ki, həmişə tətildə
Balakənə gedəndə
nənəm mənə
həm rayonun milli mahnılarını,
həm də xalq mahnılarımızı
oxuyardı. Balakəndə
yaşayan yaxın qohumlarının qızlarının
da pianoda ifa etdikləri mahnılar onda pianoçu olmaq arzusunu doğururdu. Balacalıqdan pianoçuların
ifalarının dinləməyi
xoşlayan Rüstəm
anasından musiqiyə
olan istəyini gizlətmir. Anası Mehparə xanım da oğlunun incsənətə olan marağının görüb
arzusunu reallaşdırır.
7 yaşlı Rüstəmi
4 saylı musiqi məktəbində fortepiano
şöbəsinə yazdırır.
Nənəsinin ona hər zaman xalq mahnıları oxumasına baxmayaraq Rüstəm vokal sahəsini deyil, ifaçılığı seçir.
Bu da Rüstəmin
mahnı bəstələmək
eşqindən irəli
gəlirdi. Fortepiano sinfinə ilk qədəmlərini qoyanda
Rüstəm not bilməsə də, himnimizin notlarını yığaraq pianoda ifa edib. Bu
da müəllimlərinin
təəccübünə səbəb olub. Artıq müəllimləri
bilirdi ki, not bilmədən kiçicik bir uşağın belə bir əsəri ifa etməsi onun böyük istedadının göstəricisidir.
Hansısa bir musiqini böyük ustalıqla pianoda ifa etmək üçün o əsəri bircə dəfə eşitmək Rüstəm üçün
kifayətdir.
Hazırda Rüstəm 72 saylı orta məktəbdə oxuyur. Anası Mehparə xanım isə Rüstəmin oxuduğu məktəbdə
rus dili müəlliməsidir. Gənc
pianoçu musiqi ilə yanaşı, digər sahələrə
də maraq göstərir. Demək olar ki, bütün
fənnlərə marağı
var. Ən çox sevdiyi fənn isə coğrafiya, fizika, biologiya və riyaziyyatdır. Daha çox təbiət elmlərinə maraq göstərdiyini söyləyən
Rüstəm dünyanı
və kainatda baş verən hər bir hadisəni
özü-özlüyündə
analiz etməyə, öyrənməyə çalışdığını
deyir. Musiqiyə olan sevgisinin məktəbdə onu sinif yoldaşlarından geri salmasını isə qəti istəmir. Bunun üçün də məşqlər ilə dərslərini paralel apararaq hər ikisində uğur qazanmaq üçün səy göstərir. Rüstəm bütün fənləri sevərək
mənimsəsə də,
ən böyük amalı yalnız musiqi sahəsində birinci olmaqdır. Ali təhsilini də bu sahədə
almaq niyyətindədir.
Üstəlik hələ
violançel sinfində
də təhsil almaq arzusundadır. Orta məktəbi bitirib, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano
ilə paralel olaraq violançel sinfində oxumağı da düşünür.
Boş vaxtı olanda isə Rüstəm velosiped sürməyi, dostları ilə yarışmağı
xoşlayır. Üzgüçülüklə
məşğul olur.
Deyirlər, Rüstəm
suya girdi elə bil dəryaya
balıq salırlar. Özü isə futbolda güclü olmağı arzulayır. Di gəl ki,
hər sahədə hamıdan birinci olmağa çalışan
Rüstəm burda zəfidir. Hətta qol vuranda da
dostları təəccüblənir
ki, Rüstəm səndən nə əcəb? Fikrimcə, Rüstəm unikal bir oğlandır, hər sahəyə maraq göstərir. Hansı sahədə olursa olsun, əgər
qarşısına məqsəd
qoyubsa, istəyinə
mütləq nail olur. Təki nəyi və niyə istədiyini bilsin, istəyi də ürəyincə olsun. Anası deyir ki, həyətə
çıxan kimi musiqidən uzaqlaşır,
sanki heç bu sahədən xəbəri yoxdur. Sinifdə də belədir, sanki yenə də musiqidən bixəbərdir.
Bunun yaxşı və ya pis
xüsusiyyət olduğunu
deyə bilmərik, amma ən vacibi
odur ki, Rüstəm onu əhatə edən mühitdə heç kimdən geri qalmaq istəmir. Musiqiçi ailəsində
böyüyən uşaqlar
gün ərzində valideynlərinin ifasında
klassik əsərləri
dinləyərək bu
sahəyə meyilli, eyni zamanda məlumatlı
olurlar. Rüstəm üçün isə bu baxımdan bir qədər çətin olub. Çünki, o yalnız musiqi məktəbinə gedəndən
sonra klassik musiqi eşidib. Bacısı
Leyla üçün
isə musiqi ilə məşğul olmaq çətin deyil. Çünki, artıq onun örnək götürə
biləcəyi Rüstəm
kimi qardaşı var. Özündən altı yaş balaca olan bacısı
Leylanı böyütməkdə
anasına ən böyük köməyi elə Rüstəm edib. Mehparə xanım deyir ki, sağ olsun
Rüstəm mənim
əlimdən tutub. Bacısının adının
Leyla olmasını da elə Rüstəm
özü istəyib.
Bir dəfə anası Rüstəmdən
soruşur ki, “Rüstəm əgər bir gün dənizdə
mən, atan və Leyla batarsa,
sənin də bir nəfəri çıxarmaq şansın
olsa, sən kimin həyatını xilas edərsən”?. Rüstəm düşünmədən
Leylanın adını
çəkir. Deyir siz böyüksünüz
özünüzü birtəhər
xilas edə bilərsiniz, axı, Leyla balaca və
köməksizdir.
Dostları çoxdur, hamısı ilə xoş münasibət qurmağa çalışır. Amma onlarla bir araya
gəlməyə vaxtı
qalmır.
Klassik bəstəkarlardan Motsart və Bethovenin əsərlərini çox
sevir. Mosartın əsərlərinin şən, Bethovenin isə fəlsəfi düşüncəyə əsaslandığını
deyən Rüstəm
hər iki bəstəkarın sənətindən
vəhdət örnək
aldığını söyləyir.
Özünə daha çox
Bethoven və Baxı yaxın bilir. Şən mahnıları ifa edərkən musiqinin ritminin sanki hiss etmədiyini deyir. Bir əsəri ifa edərkən dərinliyinə
varıb, qarşısına
çıxan hər bir problemi çözməyə
çalışır, daha
çox ciddi melodiyalara meyl göstərir. Beynində fırlanan
mahnıları nota almağı isə xoşlamadığından hələ
elə bir bəstəsi yoxdur. Azərbaycan klassik musiqisinin yaradıcılarından Üzeyir
Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun yaradıcılığının vurğunudur. Klassik musiqinin
sirlərini və zənginliyini aşılayan
ilk müəlliməsi isə
Cənnət Matkazina olub.
İlk dəfə Qara Qarayev adına gənc pianoçuların 3-cü Bakı
müsabiqəsində diplomat adı alıb. Həmin müsabiqədə ən
gənc iştirakçı
olaraq Rüstəmə
fəxri fərman da təsis edilib.
Musiqi Akademiyasının
nəzdində fəaliyyət
göstərən Məktəb
Studiyasının 25 illik
yubileyi münasibəti
ilə keçirilən
müsabiqə-festivalda və
4-cü Qara Qarayev
adına gənc pianoçuların Bakı
müsabiqəsində Qran
Pri mükafatına layiq görülür.
Moskva Dostları Qarşılayır
Festivalının Qala
Konsertdə uğurla çıxış edib.
Qazağıstanda keçirilən 4-cü Beynəlxalq Gənclər Delfi oyunları müsabiqəsində
peşəkarlığa görə
xüsusi diploma layiq görülüb.
O valideyinlərindən
asılı olmağı
sevmir, müstəqildir.
Öz işini özü görmək, problemləri ilə özü üzləşib
çözmək istəyir.
İki dəfə bir-birinin ardınca Qran Pri alması
Rüstəmi xüsusi
istedadlılar sırasına
salınmasına bir təkan oldu. Prezident təqaüdünə
layiq görülməsi
haqqında xəbəri
ilk olaraq qonşularından eşidib.
Xoş xəbəri eşidəndə ilk reaksiyası piano arxasına keçməkdən
ibarət olub. Rüstəm deyir ki, əgər bu vaxta kimi
musiqi sahəsindən
uzaqlaşmağa bir istəyi olsaydı belə, dövlət başçısının ona
olan diqqət və qayğısından
sonra bu addımı atması mümkün deyil. Artıq onun yolu və istiqaməti
bəllidir. Şübhəsiz
ki, gözəl pianoçu olaraq dünya səhnələrində
uğurlu çıxışlar
üçün can atır. Hər dəfə səhnəyə
çıxmazdan əvvəl
anasının xeyir-duasını aldığını
deyən Rüstəm
hər ifasından öncə böyük həyəcan yaşayır.
Bu da Rüstəmin
sənətinə məsuliyyətlə
yanaşmasından irəli
gəlir. Ən qəribə cəhəti
isə təvazökar
olmasıdır. Həmyaşıdlarından
seçilməyi, öyünməyi
qəti sevmir. Birinci yerdə tək durmaqdansa, ikinci sırada kiminləsə durmağa daha çox üstünlük verir. Ona elə gəlir
ki, bacısı Leyla da nə
vaxtsa onun qazandığı uğurlara
çatacaq.
Yeni Azərbaycan.- 2008.- 19 fevral.- S. 8.