Qadir
T.
Səhnəyə yaraşan
oğlan
Zəngin musiqi ənənələrinə
sahib olan Azərbaycan xalqı bacarıqlı gəncləri
ilə hər zaman əcnəbilərin maraq dairəsində olub. Son vaxtlar
yeni istedadların üzə çıxarılması
məqsədilə müxtəlif
müsabiqələr keçirilir.
İstedadlı insani sərvətləri ilə
zəngin olan bu dövlət hər zaman bacarıqlı gəncləri
ilə qürrələnib.
Sahəsindən və
tutduğu peşədən
asılı olmayaraq dövrün gəncləri
arasında bu gün də istedadlılar çoxdur. Belə bacarıqlı uşaqlar ölkə rəhbərliyinin də diqqət mərkəzindədir.
Ötənlərdə dövlət
başçısının gənc istedadların xüsusi təqaüdə
layiq görülməsi
haqda imzaladığı
sərəncam bunun bariz nümunəsidir. Xatırladaq ki, sərəncama əsasən
musiqi sahəsində xüsusi istedadı ilə fərqlənənlərin
adı Azərbaycanın
gənc istedadlarının
“Qızıl kitabı”na yazılıb. Dövlət başçısının
xüsusi aylıq təqaüdünə layiq
görülən istedadlardan
biri də Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 7-ci sinif şagirdi Vaqif Nağıyevdir.
Vaqif sərəncamda adı çəkilən
istedadlılar sırasında
yeganə vokal ifaçıdır. 1995-ci ildə
may ayının 7-də Bakı şəhərində anadan
olub. Balca oğlunun səhnəyə
və musiqiyə olan həvəsini nəzərə alan İradə xanım Vaqifi 3 yaşı olanda xalq artsti
Oqtay Zülfüqarovun
yaratdığı “Aysel”
ansamblında oxumağa
aparıb. Anası İradə xanım Vaqifin artıq 7 aylığından danışmağa
cəhd göstərdiyini
deyir. Bir çox uşaqlar kimi Vaqifin də
ilk sözü ana olub.
İradə xanım Paşayeva
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində ibtidai sinif müəlliməsidir.
Atası Vahid Nağıyev isə ixtisasca stomatoloqdur. Amma Vahid bəy bir vaxtlar Əvsər
Cavanşirovun ansamblında
oxuyub. İradə xanım Vaqifi musiqi sədaları altında yatızdırarmış,
daha çox klassik əsərlər dinlədərmiş. İradə
xanıma ən yaxın dost olan və uşaqlıqdan
oxumağa can atan Vaqif teatr
və kinoteatra gedəndə anasından onu səhnəyə
çıxmağa icazə
verməsini xahiş edirmiş. Kiçik yaşlarında Murad Nasırov və Filip Kirkorovun ifalarını dinləyər,
kasetlərini yığarmış.
Vaqif türk mahnılarına da biganə olmayıb. Balaca Vaqif evlərində səhnə düzəldib
çıxışlar edər,
səhnəciklər qurar,
yaxınlarını öz
tamaşaçısına çevirərmiş. Artıq
5 yaşı olanda Vaqif yazıb-oxumağı bacarırdı.
Balaca Vaqif anasından ayrılmadan Bülbül adına Orta İxtisas Musiqi Məktəbində birinci sinfə, fortepiano şöbəsinə gedir. Fortepianoda
ifa edəcəyi əsərləri anası
ilə elə yolda ikən notları əzbərdən
söyləyərək təkrar
edərmiş. İlk
müəllimi bəstəkar
İlham Abdullayev olub. Onun məsləhəti
ilə sonradan Vaqifi vokal sinfinə
keçirirlər. Beləcə
balaca vokalçının
oxumaq istəyi fortepianoya olan həvəsi üstələyir.
Hər zaman fəal olan Vaqif həmyaşıdları
arasında elə ilk addımlarından öz istedadı ilə seçilir və bütün tədbirlərdə səhnə
alır. Səhnə üçün doğulan
Vaqif duruşu və baxışı, hətta təbəssümü
ilə də bu fikri bir
daha təsdiq edir. Vaqif görkəmli
sənətkar Rəşid
Behbudovun vurğunu olduğunu gizlətmir. Ölməz sənətkarın
ifasında Tofiq Quliyev, Rauf Hacıyev,
Emin Sabitoğlu kimi bəstəkarların
mahnılarını dəfələrlə
dinləməkdən usanmır.
Vaqif bir çox bayramlarda Təbəssüm Uşaq
Ansamblında çıxışlar
edir.
Hələ 5-ci sinifdə oxuyarkən Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən
Kövkəb Səfərəliyev
adına gənc ifaçıların IV festivalında
müvəffəqiyyətli çıxışına görə
tərifnamə ilə
təltif olunub. “İstedadlar” 11 illik Bakı Uşaq Musiqi məktəblərinin seçilmiş
şagirdləri sırasına
daxil olunan Vaqif gözəl vokalçı sertifikatı
ilə də təltif olunub. Bu ilin mayında
keçirilən “Gül
Bayramı”nda Musiqi proqramı bölməsinin “ən yaxşı mahnı ifaçısı” nominasiyası
üzrə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən
3-cü dərəcəli diploma
layiq görülüb.
Bir dəfə mədəniyyət və
turizm naziri Sevda xanım Məmmədəliyevanın təşəbbüsü
ilə məktəbdə
bacarıqlı uşaqlar
arasında seçim aparılıb. Hər şey bundan sonra başlayır. Sonradan bu hadisə
Vaqifin həyatında
bir yeni səhifə açır.
Bir neçə məktəb yoldaşı
ilə seçilən
Vaqif Bakı Caz Mərkəzində keçirilən məşqlərə
dəvət alır. Nə üçün və hansı konsertə hazırlaşdığını
bilmədən Vaqif bir ay anası
ilə birgə məşqlərə gedir.
2006-cı
ilin noyabrında Vaqif Amerikaya gedəcəkləri haqqında
xəbər eşidir.
Anası üçün
bu gözlənilməz
olur. Vaqif üç yaşında olarkən valideyinləri ayrıldığından İradə
xanım bircə dəfə də olsa, Vaqifdən uzaq qalmamışdı. Öz eqoizmi ucbatından Vaqifin yoluna sədd çəkmək istəməyən
İradə xanım Vaqifin Amerikaya getməsinə razılaşır.
Balaca vokalçı Amerikada olduğu bir həftə ərzində İradə
xanım özünə
yer tapa bilmir. Vaqif anasına
zəng vurur, İradə xanımın
səsi titrəsə
də, oğlunun narahat olmaması üçün büruzə
vermir. Dönəndə
isə Vaqifin anasına ünvanladığı
ilk sualı “Heç mənsiz darıxmırdın?” olur.
Vaqif anasına pul lazım olduğunu bildiyi üçün Amerikada uşaqlara gündəlik xərclər üçün
verilən pulları xərcləmir, özü
ilə evə gətirir. Amerika səfərindən sonra həmin ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəylik
günü münasibətilə
Moskvada dövlət tədbirləridə çıxış
edən Vaqifi anası bu dəfə
tək buraxmır.
Vaqif olduqca mehriban
və dostlarına qarşı qayğıkeşdir.
Rəqs etməyi çox sevir. Böyük səhnələrə
can atan Vaqif bir vaxtlar
məşhur italyan tenoru Luçano Pavarottini dinləsə də, son zamanlar
daha çox Maykl Ceksona qulas
asır. Onun kimi rəqs etməyə çalışır.
Müəllimləri Vaqifdə
artistlik qabiliyyətinin
də çox olduğunu söyləyir.
Dostları onu Bakının Qalkini adlandırır. Maksim Qalkin kimi məhşur
aktyor və müğənniləri təqlid
etməkdən zövq
alır. Və bu Vaqifdə heç də pis alınmır. Hobbisi kaset və
disk yığmaqdan ibarətdir. Dərslərində musiqi ilə
bağlı olan fənlərə - musiqi ədəbiyyatı və
solfeciyaya daha çox maraq göstərir. Ədəbiyyata
marağı bir başqadır, Sergey Yeseninin əsərlərini
oxumağa üstünlük
verir. Çox gözəl təşkilatçılıq
qabiliyyəti var.
Sənətini peşəkar
surətdə davam etdirmək niyyətində
olan Vaqif ilk mərhələdə
Milli Konservatoriyada ali təhsil almaq istəyir. Daha sonra vokal
sənətinin sirlərinə
Moskva və ya İtaliyada yiyələnmək arzusundadır.
Vaqifin səs imkanlarını bəyənən
və yüksək qiymət verən müəllimləri onun gələcəkdə məşhur
opera müğənnisi
olacağına ümid
edirlər.
Yeni Azərbaycan.- 2008.- 5 fevral.- S. 8.