Quliyeva Z.

 

,Bəstəkarın yubiley gecəsi

 

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Elza İbrahimovanın anadan olmasının 70 illiyi münasibətilə Muğam Teatrında gecə keçirildi. Mərasimi giriş sözü ilə teatrın direktoru Arif Qazıyev açaraq Elza İbrahimovanın Azərbaycan müsiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışdı.
Musiqişünas Lalə Əliyeva bəstəkarın həyat yaradıcılığı haqqında geniş məruzə etdi.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə yubilyarı təbrik edərək ona rəhbərlik etdiyi qurumun təşəkkürünü çatdırdı. Bəstəkarlardan Şəfiqə Axundova, Faiq Sücəddinov, Ruhəngiz Qasımova başqaları çıxış edərək Elza İbrahimovanın yaradıcılıq məziyyətlərindən söz açdılar. Müğənnilərdən Elxan Əhədzadə, Zaur Rzayev, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova başqaları bəstəkarın mahnılarını ifa etdilər.

Azərbaycan
.- 2008.- 1 fevral.- S. 7.