Pənahov İ.
Uşaq musiqi məktəbinin
ıığurları
Musiqi insan doğulduğu gündən onunla qoşa yaranır. Beşikdən qəbrə qədər bizi müşayiət edən musiqi həyatımızın bütün
sahələrində bizə
yoldaşlıq edir.
Dahi insanlar musiqi haqqında gözəl sözlər söyləmiş,
"Musiqi ruhun qidasıdır" demişlər.
İnsan zövqünün formalaşmasında,
insanın ziyalı kimi yetişməsində seçdiyi peşədən
asılı olmayaraq musiqinin rolu böyükdür.
Musiqini, bu ecazkar sənəti
körpələrə tədris
edən, uşaqların
mənəvi dünyasını
zənginləşdirmək, onları cəmiyyət və xalqımız üçün yetişdirmək
kimi nəcib vəzifəni yerinə yetirən kollektivden söz açırıq.
Azərbaycanın qədim tarixi mədəniyyətini özündə
əks etdirən, yüksək sənətkarlar,
ədiblər, musiqişünas
və bəstəkarlar,
filosof şairlər yetirən Şəki və bu qədim
mədəniyyət ocağında
fəaliyyət göstərən
Şəki 2 saylı
Uşaq Musiqi Məktəbi. Məktəbə təcrübəli musiqi müəllimi Aydın İbrahimov rəhbərlik edir. Kollektivin son vaxtlarda əldə etdiyi uğurlardan söhbət açan Aydın müəllim bildirdi ki, 1971-ci ildən fəaliyyət göstərən
məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet və xanəndəlik şöbələri
üzrə ayrı-ayrı
ixtisaslarda 580 şagird
təhsil alır və onlara 185 ali və orta
ixtisas təhsilli müəllimlər musiqi fənlərini tədris edirlər.
İncəsənətin bu mühüm sahəsinin
inkişaf etdirilməsi
qayğısı günün
əsas tələbləri
kimi məktəb kollektivi qarşısında
durur. Təbii ki, 580 şagirdin
hər biri musiqiçi olmayacaq.
Ancaq onların cəmiyyətimiz
üçün düzgün
zövqlə formalaşması
hər bir pedaqoqun müqəddəs
vəzifəsidir. Məktəb
fəaliyyət göstərdiyi
müddət ərzində
neçə-neçə məzunlarımız
orta ixtisas musiqi məktəblərinə,
ali musiqi
məktəblərinə daxil
olublar. Onların yetişməsində məktəb kollektivi bütün imkanlarından
istifadə etməyə
çalışır. Şagirdlərdən Aslan
Mustafayev Azərbaycan Musiqi Akademiyasının Etnomusiqişünaslıq, Rəvanə
Ərəbova Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin xanəndəlik
şöbəsinə, Habil
Məmmədov Asəf
Zeynallı adına
Musiqi Texnikumuna daxil olmuşlar. Hazırda Azərbaycan musiqisinin təbliğində gözəl
fəaliyyət göstərən
Vaqif Şıxəliyev,
Elvin Əhmədov kimi
məzunlarımız vardır.
Muğam
müsabiqələrində uğurla çıxış
edən Rəvanə Ərəbova məktəbimizin
muğam sinifinin şagirdi olub. Neçə-neçə şagirdimiz Şəki
Musiqi Texnikumunda təhsil alır.
Məktəbdə bəstəkarların yubileylərinə,
həyat və yaradıcılığına həsr
edilmiş konsert-lektoriyalar,
ədəbi-bədii gecələr
keçirilir. Ü.Hacıbəyov, M.Maqomayev, F.Əmirov, T.Quliyev, V.A.Motsart, L.V.Bethoven, E.Sabitoğlu, C.Hacıyevin yaradıcılıq
gecələri keçirilib.
"Musiqi dünyası"
adı ilə dünya və Azərbaycan bəstəkarlarının
yaradıcılığından bəhs edən konsert lektoriya, 20 Yanvar şəhidlərinin
anılması, Xocalı
faciəsinə həsr
edilmiş kompozisiya və tədbirlər keçirilib. Hər
il muğam
və xanəndəlik
sinfinin "Muğam gecələri" adlı
tədbirləri keçirilib.
Tədbirlərdə muğam sinfinin
çıxışları ilə bərabər muğamların yaranma tarixi və forma növlərindən bəhs
edən məruzələr
də oxunub, təbliğ edilib.
Məktəb respublika səviyyəli bütün müsabiqələrdə
iştirak edir.
Son 4 ildə
respublika üzrə məktəb xor kollektivlərinin baxış
müsabiqəsində məktəbin
xor kollektivi uğurlu çıxışlarına
görə Mədəniyyət
və Turizm Nazirliyinin təşəkkür
və fəxri fərmanına layiq görülmüşdür.
Məktəb daxili deyil, hətta
şəhər tədbirlərində
məktəbin müəllim
və şagird kollektivi çox fəal iştirak edir. Gözəl çıxışları ilə insanların zövqünü oxşayır,
milli musiqimizi təbliğ edirlər.
Bu gözəl
sənət yolunda müəllim kollektivi öz qüvvə və bacarığını
əsirgəmir, Şəki
şəhərinin mədəni
həyatında yaxından
iştirak edən qabaqcıl kollektiv uğurları bundan sonra da artırmaq
əzmilə çalışır.
Respublika.- 2008.- 13 fevral.- S. 6.