Uğur O.
Siz heç muğam
dinlədinizmi?
Texnolojinin yararlarını inkar eləməmək gərəkdir. Digital duyğu alıcılarının verdiyi imkanla evimdə rahat kreslomda oturub Azərbaycan Dövlət Televizorunu (Az-Tv) açaraq, həftənin hər salı və perşembe axşamında muğam yarışmasını izləyirəm. Bu günlərdə böyük finalı yaxınlaşan yarışmanın məndə tam bir alışqanlıq yaratdığını deyə bilərəm. İçimdən üzümü uca dağlara doğru çevirib, əlimi qulağımın dibinə ataraq avazla, ucadan muğam oxumaq istəyi keçir. Azərbaycanda «salı günü»nə «çərşənbə axşamı», «perşembe günü»nə isə «cümə axşamı», ya da uyğun olaraq həftənin 2-ci günü, həftənin 4-cü günü deyirlər. Bax, bu 2-ci və 4-cü günün axşamları, bizim saatla 19.00-da, (Azərbaycan saatıyla 21.00, çünki odlar ölkəsində günəş iki saat erkən doğur) bizim evdə axan sular durur, bütün ailə muğam yarışmasına kilitlənir.
Qaynaqlarını və köklərini xalq ənənələrindən alan,
yüz illər içində cilalanıb
günümüzə ulaşan
və ustalaşmış
peşəkar musiqiçilərin
ifa etdiyi olduqca yüksək səviyyəli bir sistemin məhsulu olan muğam sənəti, günümüzdə
ən gözəl örnəklərini Əlibaba
Məmmədov, Arif Babayev, Zabit Nəbizadə və Alim Qasımov adlı azəri
sənətçilərinin verdiyi qədim bir azəri musiqisidir.
Hətta keçdiyimiz illərdə YUNESKO tərəfindən Alim Qasımova bu musiqi sahəsindəki uğurlu çalışmalarına görə
yüksək musiqi mükafatı
verildi.
Heyrətləndirici duyğusallıqla zəngin müxtəlif çeşidli muğamların tamam başqa bir dünya olduğu və
dinləyənlərə
bir dünya ləzzət verdiyini demək lazım gəlir.
Kronos Quartetin Rəhman Əsədullahi ilə birlikdə ifa etdikləri muğam çalışmalarını
da unutmamaq gərəkdir.
Bu məqamda yarışma (Azəri dilində müsabiqə) başlayır. İlk müşahidə etdiyim bizdəki pop-star yarışmalarına
heç bənzəmədiyi,
hər şeyin çox ciddi anlamda ələ alınıb düşünüldüyü
və uyğulandığı...
Bir də «münsiflər heyəti» deyilən və içərilərindən bəzilərinə
«ağsaqqal müəilim»
deyə müraciət
edilərək xüsusi
bir sayğı göstərilən son dərəcə
bilikli, qürurlu, ölçülü-biçili ciddi bir seçicilər
heyəti var. Hər yarışmanın ardından
bu 8 nəfərlik heyətin üzvləri tək-tək yarışmaçının
performansı haqqında
danışıb müzakirələr
aparır, şərhlərini
deyir, sonra da xal verirlər.
Yarışmaçının ələnib-ələnməməsi sadəcə bu heyətin verdiyi xallara görə müəyyən olunur, daha cib teiefonları
ilə göndərilən
mesajların dəyərləndirilməsinə
ehtiyac qalmır. Münsiflər heyətində
hər kəs bir-birinə son dərəcə
hörmətlə yanaşır,
kimsə kimsəylə
bizdəki kimi davaya can atmır, bir-birlərinin xətrinə
dəyəcək bircə
söz belə demirlər.
Əslində kökü
çox qədimlərə
dayanan və qaynağını xalqdan alan bir musiqi
növü olan muğamı oxumaq o qədər də asan deyil. Yaşca
çox gənc olan yarışmaçılar,
- Elməddin İbrahimov
adlı yarışmaçı
11 yaşına yenicə
girdi, - bu zor işin öhdəsindən
gəlməyi bacarırlar.
Hər muğam təxminən 15-20 dəqiqə
çəkir. Milli və ənənəvi geyimlərdə səhnəyə
gələn yarışmaçılar
əllərində bizim
dəf dediyimiz (Əslində bizdə də çox yerdə dəf deyirlər, - tər.) qavallarıyla musiqiçilərin
yanındakı yerlərini
böyük bir ciddiliklə alırlar. Diqqətimi çəkən
bir məqam da, -münsiflər heyətinin bir üzvü yarışmaçı
gənclərə nə
cür hirslənirsə
hirslənsin, hətta
yerdən yerə vursun, yarışmaçının
sadəcə xəfif
bir təbəssümlə cavab
verməsi, ustadlarıyla
dialoqa, mübahisələrə
girməməsi oldu. Bizim pop-star yarışmasında
yaşanan dialoqları
(Bir misal: İbrahim Tatlısəsin
yarışmaçı Aylinlə
çirkin dialoqu) xatırladıqca muğam
yarışmasını daha
çox sevirəm.
3 yanvar, cümə axşamı bu yarışmada səhnə alan və məncə, yarışmanın favoriti
olan Güllü Muradova bir «Sarı
gəlin» səsləndirdi
kı, indiyə kimi heç bu qədər gözəl «Sarı gəlin» dinləmədiyimi
etiraf eləməliyərn.
Bax, bunun klipini yapıb «you tube»ya yəqin yüklərlər
deyə düşünərək
gözləməyə başlamışdım
ki, ertəsi gün gözləntimin boşuna olmadığını
gördüm. Güllünün
«Sarı gəlin»ini dinləmək istəsəniz lütfən
yazmın altındakı
sitəyə qonaq olun.
Həftənin 2-ci və 4-cü günləri yaxınlaşır. Muğam
yarışmasını izləməyə
nə deyirsiniz?
Ədalər.- 2008.- 5 fevral.- S. 6.