Ankaranın Bilkənt konsert zalında Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyi keçirilib. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, konsertdə Bilkənt simfonik orkestrinin ifasında Qara Qarayevin “Leyli və Məcnun”
simfonik poeması, “İldırımlı yollarla”
baletindən süita,
skripka və simfonik orkestr üçün konsert (solist Toğrul Qəniyev) səslənib.
Simfonik orkestrə xalq artisti Rauf Abdullayev
dirijorluq edib. Konsertdə Azərbaycanın
Türkiyədəki səfiri
Zakir Həşimov, Rusiya Federasiyasının,
Moldovanın, Türkmənistanın,
Küveytin, Gürcüstanın,
Misirin, səfirləri,
Ukrayna, Sloveniya, Yunanıstan səfirliklərinin
nümayəndələri, tanınmış musiqi xadimləri iştirak edib. Konsertdən sonra Bakıdan
Ankaraya aparılmış
Qara Qarayevin fotoportreti türk bəstəkarı Adnan Sayqunun ev-muzeyinin daimi ekspozisiyasında nümayiş olunmaq üçün hədiyyə
edilib. Bu muzeydə
Niyazinin və Arif Məlikovun portretləri də var. Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin incəsənət
şöbəsinin musiqi
sektorunun müdiri Fərəh Əliyeva da iştirak edib
Ekspres.- 2008.- 14 fevral.- S. 14.