Dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyi qeyd edilmişdir

 

Fevralın 5- M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dövlət hökumət nümayəndələrinin, tanınmış mədəniyyət incəsənət xadimlərinin, ictimaiyyət təmsilçilərinin iştirakı ilə dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilmişdir.
Tədbirdə çıxış edən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev bildirmişdir ki, XX əsr dünya musiqi mədəniyyətinin əsl hadisəsi olan Q.Qarayevin yaradıcılığı bu gün zəmanəmizlə səsləşir. Çünki onun əsərlərində əsas mövzu kimi insanın səadət azadlıq uğrunda mübarizəsi öz əksini tapmışdır. İlkin mənbəyindən asılı olmayaraq, - istər gerçək hadisələr, istər müxtəlif xalqlara dövrlərə məxsus əfsanələr, istərsə poeziya, bədii nəsr dramaturji əsərlər olsun, - ən möhtəşəm mövzular bəstəkar üçün bütün ömrü boyu ən başlıca ilhamverici amil olmuşdur. Q.Qarayevin əsərlərindəki mövzu aktuallığı, gözəl melodiyalar, orijinal rəngarəng harmoniyalar, çoxçalarlı orkestrləşmə forma kamilliyi bütövlükdə onun yaradıcılığını şah əsərlər sırasına aid etməyə tam əsas verir. Bu səbəbdən onun həmişəyaşar musiqisi hər yerdə hər zaman dinləyicilər tərəfindən şövqlə qarşılanır.
Natiq demişdir ki, Q.Qarayev Azərbaycan musiqisinin ən gözəl ənənələrini duyub yaradıcı qavramağı ilə yanaşı, onun əsərlərində digər xalqların musiqi mədəniyyəti kamil sənətkar qələmi ilə öz əksini tapmışdır. "Don Kixot" simfonik qravürlərini, "Alban rapsodiyası" "Vyetnam" süitasını sadalamaq kifayətdir. Ümumbəşəri mövzulara süjetlərə əsərlər yazan bəstəkar burada da bu ya digər milli folklorun xüsusiyyətlərini özünün yaradıcılıq təxəyyülünə tabe edir və öz üslubunda onları sanki özününküləşdirir.
Elçin Əfəndiyev vurğulamışdır ki, Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətində yerini tam şəkildə qiymətləndirmək üçün onun nəhəng musiqiçi-ictimaiyyətçi maarifçilik fəaliyyətini qeyd etmək lazımdır. Qara Qarayev çox gözəl pedaqoq idi. O, Azərbaycan bəstəkarlıq məktəbinin şərəfini bu gün yüksəkdə saxlayan bir çox məşhur bəstəkarlar yetişdirmişdir. Q.Qarayevi fitri yaddaşı professional musiqi sənətinin bütün sahələrində, - bəstəkarlıq texnikası, musiqi quruluşu, harmoniya, polifoniya, məqam sistemləri, orkestr musiqi tarixindən ensiklopedik bilikləri olan musiqiçi-alim adlandırmaq da olar. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi.
Bildirilmişdir ki, Q.Qarayevin Azərbaycan xalqına qoyub getdiyi irs dərinliyi zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədən özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər.
2007-ci ildə Prezident İlham Əliyevin Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncam
ını xatırladan xalq yazıçısı demişdir ki, ölkə başçısı hər zaman mədəniyyətimiz incəsənətimizin inkişafına, tərəqqisinə xüsusi önəm vermişdir.
Gecədə Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında böyük bəstəkarın "Don Kixot", "Yeddi gözəl" "İldırımlı yollarla" əsərlərindən parçalar səsləndirilmişdir.
Yubiley gecəsində Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, BDU-nun prorektoru, professor Nərgiz Paşayeva digər rəsmi şəxslər iştirak etmişlər.

 

Azərbaycan.- 2008.- 6 fevral.- S. 7.