Qara Qarayevin 90 illiyi ilə əlaqədar "Badu-Kubə" simli kvartetinin konserti olmuşdur

 

AzərTAc xəbər verir ki, yanvarın 31- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Badi-Kubə"simli kvarteti dahi bəstəkarımız, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr edilmiş konsert vermişdir.
Konsertdən əvvəl muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycan klassik musiqisinin inkişafında, mədəniyyətimizin dünyada tanıdılmasında, peşəkar musiqiçi kadrların yetişdirilməsində Qara Qarayevin əvəzsiz xidmətlərindən danışmışdır.
Muzeyin Bakı Musiqi Akademiyası ilə birgə keçirdiyi tədbirdə "Badi-Kubə" simli kvartetinin konserti böyük maraqla dinlənilmişdir.
Konsertdə Qara Qarayevin, Dmitri Şostakoviçin Alfred Şnitkenin əsərləri səsləndirilmişdir.

 

Azərbaycan.- 2008.-1 fevral.- S. 6.