Görkəmli
bəstəkar Qara Qarayevin 90-cı ildönümüdür. 1918-ci
ildə Bakıda anadan olan gələcək
bəstəkarın musiqiyə
həvəsini görən
valideynləri onu Azərbaycan Dövlət Konservatoriyası yanında
musiqi məktəbinə
göndərirlər. Sonralar
musiqi təhsilini davam etdirmək üçün Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasına
daxil olur. Oranı bitirdikdən sonra isə Qara Qarayev Moskva
Dövlət Konservatoriyasında
musiqinin incəliklərinə
yiyələnir.
Musiqi mədəniyyətimizə
"Yeddi gözəl",
"İldırımlı yollarla" baletlərini,
"Leyli və Məcnun" simfonik poemasını, "Don Kixot", "Alban rapsodiyası" simfonik qravürlərini və neçə-neçə
romansları, sonataları
bəxş edən Qara Qarayev yaradıcılığının
ən səciyyəvi
xüsusiyyətlərindən biri də əsərlərində xalq musiqisinə,
muğamlara önəmli
yer ayırmasıdır.
Onun
"Çahargah" muğamı
üstündə yazılmış
valsı indi də dinləyicilərini
düşüncələrlə dolu sehrli bir
aləmə qərq edir.
Özeyir Hacıbəyov,
Dmitri Şestakoviç
kimi dahi bəstəkarların tələbəsi
olduğunu ömrünün
sonuna qədər ehtiramla xatırlayan Qara Qarayev bu
il 90 illik yubileyi münasibətilə
nəinki Azərbaycanda,
hətta dünyanın
bir çox ölkələrində yad
ediləcək. Bu da Azərbaycan musiqi sənətinin əsrlər ötməsinə
baxmayaraq, hələ də yaşadığını
göstərir. Çünki
milli musiqi mədəniyyətimizin tarixi
kökündə Qara
Qarayev kimi sənətkarların irsi
dayanır.
Ədalət.- 2008.- 6 fevral.- S. 6.