Bu günlərdə Parisin Sorbonna Universitetinin
"Rusheliu" zalında Qara Qarayevin 90 illik yubileyinə
həsr edilmiş konsert keçirilib. Proqrama bəstəkarın
skripka və fortepiano üçün sonatası, prelüd və romansları, Qara Qarayevin müəllimi olmuş Üzeyir Hacıbəylinin
"Sevgili canan" romansı, Qarayevin özünün tələbələri
olmuş Oqtay Zülfüqarovun prelüdləri,
Arif Məlikovun romansları, Musa Mirzəyevin lirik sonatinası, Cövdət
Hacıyevin balladası,
Azər Rzayevin skripka və fortepiano üçün sonatası
ifa olunub. Sorbonna Universiteti və YUNESKO yanında Azərbaycan nümayəndəliyinin
təşəbbüsü ilə gerçəkləşən
konsertdən öncə
Qara Qarayevin həyat və yaradıcılığı barədə
iştirakçılara məlumat
verilib. Parisdə fəaliyyət göstərən
Şostakoviç Mərkəzinin
direktoru Emmanuel Utviller və Bakı Musiqi Akademiyasının məzunu
Səidə Zülfüqarova
çıxış ediblər
Həftə içi.- 2008.- 14 fevral.- S. 8.