Arzumanlı V.
İsrail
təəssüratları
Bu ilk dəfə Xocalı
faciəsi ilə bağlı dəyirmi masa və anım
mərasimi keçirildi
Fevralın 16-dan
20-dək Yaxın Şərq Azərbaycanlıları Konqresi
və Azərbaycandan Çıxmışların
Ümumisrail Birliyinin təşəbbüsü və
dəstəyi ilə (hər iki təşkilatın
rəhbəri-prezidenti tanınmış hüquqşünas
və iş adamı Aleks Şapiro-Sulimandır) Dünya
Azərbaycanlıları Konqresi Azərbaycan Nümayəndəliyinin
işgüzar heyəti İsraildə səfərdə oldu. Səfərin
əsas məqsədi İsrailin bəzi rəsmi
dairələrində və qeyri-hökumət
təşkilatlarında görüşlər
keçirmək, Xocalı soyqırımı və
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətləri İsrail ictimaiyyətinə
çatdırmaq, Azərbaycan-İsrail
münasibətlərinin daha da intensivləşdirilməsinin
və gücləndirilməsinin yollarını
müəyyənləşdirmək, DAK Azərbaycan Nümayəndəliyi
ilə Yaxın Şərq Azərbaycanlıları Konqresi
arasında əməkdaşlığı
gücləndirməkdən ibarət idi.
DAK-ın Azərbaycan
nümayəndəliyini sədr-hüquqşünas
İsmayıl Ağayev, sədr müavini, professor Vaqif
Arzumanlı, Şimal (Quba) bölgəsinin rəhbəri Vaqif
Əhmədov təmsil edirdilər. İlk
görüşümüz fevralın 18-də oldu.
Yerusəlim şəhərində - Knessitində
(Parlamentində) olduq. Knessitin (Bu ölkənin parlamenti 1949-cu
ildən Yerusəlimdə yerləşir (V.A.) Beynəlxalq
Münasibətlər Daimi Komissiyasının sədri David
Talla görüşümüzdə çox önəmli
çıxışlar oldu. Komissiyanın sədri belə
görüşlərin əlaqələr üçün
olduqca vacib olduğunu söylədi.
Təbii ki, mən,
İsmayıl Ağayev, Vaqif Əhmədov
Azərbaycan-İsrail münasibətlərindən, Xocalı
faciəsindən, bütünlüklə XX əsrdə
azərbaycanlılara qarşı törədilmiş
soyqırımlardan damşdıq. Hiss olundu ki, İsrail Knessitində
ümumiyyətlo Xocalı soyqırımı və
azərbaycanlılara qarşı erməni
daşnaklarının və onların havadarlarının
törətdikləri vəhşiliklər barədə
kifayət qədər məlumat yoxdur. Məncə bunun da
günahı ilk növbədə İsrail-Azərbaycan - parlamentlərarası
dostluq və əməkdaşlıq komissiyasının
sədri Yosef Şaqalda, elecə də Azərbaycan Respublikası
Milli Məclisi Azərbaycan-İsrail parlamentlərarası
komissiyasının sədri Yevda Abramovdadır. Qeyd edim ki,
həm bu, həm də başqa məqamlara gələcək
cıxışlarımda toxunacam. İndi oxuculara
sadəcə görüşlərlə bağlı
məlumat vermək istəyirəm. Beləliklə, bizim
nümayəndə heyəti Knessitin daimi komissiya sədrindən
xahiş etdi ki, Xocalı faciəsi məsələsinə
İsrail parlamentində baxılıb, bu qansız aktın
beynəlxalq hüquq normaları
çərçivəsində soyqırım faktı kimi
qəbul olunmasına cəhd göstərilsin. David Tal isə
bu məsələnin mümkünlüyü ilə
yanaşı, soyqırım məsələsinin
İsrail-Azərbaycan parlamentlərarası
komissiyasının təklifı ilə Knessitin gündəliyinə
salınması ilə reallaşa biləcəyini dedi. Yəni yenə də iş
artıq bizə qalır. Əgər təklif edilərsə,
o zaman Knessit üzvlərinin Xocalı faciəsinə mütləq
soyqırım aktı kimi qiymət verəcəklərinə
inandığını söyləyir David Tal. Komissiya
sədri deyir ki, bəzi dairələrin hər cür
cəhdlərinə baxmayaraq, İsrail parlamenti bir müddət
əvvəl qondarma "erməni soyqırımı" məsələsinin
Knessitdə müzakirəsinin qarşısını almış
və bütünlükdə belə bir addımın
əleyhinə çıxmışdır.
Bir sözlə, görüş zamanı
cox gözəl fikir mübadiləsi oldu, ən əsası
İsrail və Azərbaycan diasporlarının birgə
fəaliyyətinin mümkün yollarından danışıldı.
İsrail Knessitində növbəti görüşümüz
bir qrup deputatla oldu. Tanmmış İsrail parlamentariləri -
Marina Salotkina, İsrael Kats, Amiya Tom, Zeyev Elkin ilə
keçirilən görüş zamanı da Azərbaycan-İsrail
münasibətlərindən, diasporlarımız və
lobbilərimiz arasındakı əlaqələrdən,
Xocalı soyqırımı və Dağlıq Qarabağ
həqiqətlərindən danışdıq.
Qonaqları çöx
diqqətlə və böyük maraqla dinləyən parlamentarilər
də Ermənistan-Azərbaycan münasibətləri
barədə onlarda çox az məlumat olduğunu
bildirdilər və bu cür görüşlərin olduqca
əhəmiyyətli oldugunu dilə gətirdilər. Digər
görüşlərimizdə olduğu kimi, bu görüşdə
də vurğulandı ki, Azərbaycanla İsrail arasındakı
qarşılıqlı münasibətlərin daha da
genişlənməsi üçün yeni
təşəbbüslərə, qarşılıqlı
rəsmi və qeyri-rəsmi görüşlərə ehtiyac
vardır. İsrailli parlamentarilər bu faktı xüsusi
olaraq nəzərə
çatdırdılar ki, əgər İsraildə Azərbaycan
dövlətinin səfirliyi açılarsa, bu hər iki
ölkənin xeyrinə yeni addımların atılması
yolunda çox böyük imkanlar yarada bilər.
Təl-Əvivin
yaxınlığındakı Rişon Zeion İnzibati
Mərkəzində də çox maraqlı
görüşümüz oldu. Şəhər meri Meir Nitzan
bizi cox böyük mehribanlıqla qarşıladı. 25 ildir
bu vəzifədə çalışan Meir Nitzan (cənab
Meir Nitzan həm də hərbçi kimi briqada generalıdır)
Azərbaycan və azərbaycanlılar haqqında xeyli
məlumata malikdir.
Amma yenə də ölkəmiz
haqqında yeni məlumatlar almağa calışdı.
Xüsusən, onun bütün dünyada yaşayan
azərbaycanlılar, Cənubi Azərbaycanda (İranda)
yaşayan soydaşlarımız barədə verdiyi maraqlı
sualların cavablarından çox məmnun qalan cənab Meir
Nitzan bu görüşdən sonra Təl-Əvivin
məşhur İsrail dövlətinin dostları
xiyabanında Azərbaycan Respublikasının da dövlət
bayrağının dalğalanacağına söz verdi. O, bu
sözləri Azərbaycandan gəlmiş qonaqlar adından
Dövlət Bayrağımızın (İri həcmli)
şəhər merliyinə bağışladıqdan sonra
böyük fəxrlə dilinə gətirdi. Ertəsi
gün, yəni fevralın 19-da günün birinci
yarısında Təl-Əvivin və Rişon Lezionun
şəhər rəsmilərinin, KİV
nümayəndələrinin və Azərbaycandan
gəlmiş qonaqların iştirakı ilə
"əbədi məşəl" parkının
görməli yerində Azərbaycan Respublikasının
bayrağı ucaldıldı. Azərbaycan-İsrail
münasibətləri tarixində bu ilk hadisə oldu ki,
İsrail torpağında ölkəmizin bayrağı
dalğalanmağa başladı. Mərasimdə
çıxış edənlərin hamısı
ölkələrimiz arasında münasibətlərin
yaxşılaşdırılması istiqamətində
kifayət qədər imkanın mövcudluğundan
danışdılar.
Elə həmin gün
Türkiyənin İsraildəki səfirliyində çox
möhtəşəm bir tədbir keçirildi. Bu,
İsraildə ilk dəfə Xocalı faciəsi ilə
bağlı hazırlanmış dəyirmi masa və anım
mərasimi idi.
Tədbiri Türkiyənin
İsraildəki böyük elçisi Namiq Tan açdı.
Mənim Xocalı soyqırımı ilə bağlı
geniş məruzəm oldu. O cümlədən, İsrail
Knessitinin üzvləri - Mixail Nudelman, Mixail Klayner, İsrael
Kats, İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks
Şapiro, DAK AN-nin sədri İsmayıl Ağayev, İsrail
Beynəlxalq Mətbuat xidmətinin rəhbəri Mixail Sutodski
və başqaları da çıxış edərək,
Xocalı faciəsindən danışdılar.
Xocalı faciəsinin
dəhşətlərindən bəhs edən sənədli
filmin nümayişi də tədbir
iştirakçılarının
təəssüratlarını xeyli genişləndirdi.
Bəzi xarici ölkələrin diplomatik nümayəndələrinin
də qatıldığı bu tədbirdə Azərbaycandan
gəlmiş qonaqların hazırlığı sərgi
və foto sənədlərin nümayişi hamıda
böyük maraq oyatdı. Xocalı faciəsi ilə
bağlı xeyli sayda kitab və broşüra da qonaqlara
və Türkiyə səfirliyinə təqdim edildi.
Xatırladım ki, Xocalı
faciəsinin 16-cı ildönümü münasibətilə
Türkiyə səfırliyində keçirilən
möhtəşəm tədbir həmin gecə təkcə
İsrail televiziya kanalları ilə deyil, həmçinin
ABŞ, Almaniya, Rusiya və Türkiyə televiziya kanalları
(BBS, RTVİ, Star) ilə də işıqlandırıldı.
Bütünlükdə DAK AN-nin
İsrailə bir neçə günlük səfəri
çox səmərəli keçdi.
Təl-Əvivdə olarkən orada
İsrail Azərbaycanlıları Konqresi ilə DAK
Azərbaycan Nümayəndəliyi arasında imzalanan
niyyət protokolu isə gələcəkdə bu
istiqamətdə qarşılıqlı şəkildə
çox vacib və lazımlı görüşlərin,
tədbirlərin keçirilmşsi üçün
möhkəm zəmin oldu.
İsrailə edilən qısamüddətli
səfər bir daha sübut etdi ki, rəsmi dövlət
səviyyəsində aparılan işlərlə
yanaşı, ölkələr arasında qeyri-hökumət
təşkilatlarının xətti ilə xeyli iş görmək
olar. DAK AN-nin isə bu istiqamətdə görəcəyi
işlər kifayət qədərdir.
Üç nöqtə.- 2008.- 22 fevral.- S. 6.