Səlimqızı C.
“Yeddi gözəl”ə
tədarük
Fərəc Qarayevin atasıyla
bağlı arzusu reallaşacaq
«Mən istəmirəm
atamın ev-muzeyi yaradılsın, amma arzu edirəm ki, Qara
Qarayevin əsərləri - «Yeddi gözəl» və
«İldırımlı yollarla» baletləri Akademik Opera və
Balet Teatrında yenidən səhnələşdirilsin».
Xatırladaq ki, bu
sözləri Qara Qarayevin oğlu Fərəc Qarayev APA
agentliyinə bildirmişdi.
Bəs dahi
bəstəkarın oğlunun arzusunu sözügedən
teatrda necə qarşılayıblar? Teatrın mətbuat xidmətinin
rəhbəri Şükufə Ağamirzəyeva hər zaman
rəhbərliyin Qara Qarayev yaradıcılığını
diqqətdə saxladığını bildirdi: «Qara Qarayev
dünya-şöhrətli bəstəkardır və onun
yaradıcılığı teatrın rəhbərliyinin daim
diqqətindədir. Elə bu diqqətin nəticəsidir ki,
dahi bəstəkarın yubileyi münasibətilə onun iki -
«Leyli və Məcnun», «Don Kixot» birpərdəli baletini
tamaşaçılara təqdim edəcəyik. Qara
Qarayevin yubileyi fevralın 5-də oldu. Amma onun 90 illiyi ilboyu
qeyd olunacaq». Mətbuat xidmətinin rəhbəri qeyd etdi ki,
teatrın yaradıcı heyəti yaxın
gələcəkdə bəstəkarın «Yeddi gözəl»
monumental sənət nümunəsini səhnələşdirəcək.
Artıq hazırlıq işlərinə
başlandığını deyən Ş.Ağamirzəyeva
baletin yeni quruluşda, yeni səhnə dekorasiyaları,
səhnə geyimləriylə təqdim olunacağını
söylədi. Tamaşa ilin sonunadək klassik
musiqisevərlərin ixtiyarına veriləcək. Baletin
quruluşçu rejissoru kim olacaq, əsas rollarda hansı
sənətçilər çıxış edəcək,
bütün bu suallara yaxın günlərdə baletin hazırlıq
işləri yekunlaşandan sonra aydınlıq
gətiriləcək. Öyrəndik ki, «Yeddi gözəl»
təhfil veriləndən sonra «İldırımlı yollarla»
baleti də səhnə həllini tapacaq. Xatırladaq ki, ilk
dəfə 1960-cı illərdə səhnəyə qpyulan
«Yeddi gözəl» və «İldırımlı yollarla» baleti
uzun zaman Opera Teatrının repertuarını bəzəyib.
Mərkəz.- 2008.- 9 fevral.- S. 11.