Bu gün Arif Babayevin ad günüdür

 

Sənətkar ona göstərilən diqqətdən razıdır

 

Bu gün xalq artisti Arif Babayevin ad günüdür. Ömrünün çox hissəsini musiqi mədəniyyətinin inkişafına onun təbliğinə həsr edən muğam ustası ad gününü dostları arasında elə indidən qeyd edir. Doğum gününü ailəsinin ətrafında da keçirəcəyini deyən Arif Babayev ona göstərilən diqqət qayğıdan da ağızdolusu danışdı: "Mən özümü xoşbəst sənətkar sayıram, çünki yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənc nəslin nümayəndələri məni sevir, dövlət öz diqqətini mənim üzərimdən bir an da olsun, əskik etmir". Qeyd edək ki, Arif Babayevin 70 illik yubileyi martın 12-də keçiriləcək. Opera Balet Teatrında dövlət səviyyəsində baş tutacaq tədbirdə konsert proqramı təşkil olunacaq. Eyni zəmanda, xanəndənin həyat yaradıcılığından bəhs edən kinokadrlar göstəriləcək. Teatrın foyesində Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən hazırlanmış fotoşəkillər nümayiş olunacaq.

 

Üç nöqtə.- 2008.- 16 fevral.- S. 13.