Heydər Əliyev Fondu xüsusi albom nəşr etdirib

Arif Babayevin yubileyinə həsr olunmuş
Heydər Əliyev Fondu xalq artisti, professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş albom və 4 diskdən ibarət orijinal nəşr çap etdirib.
APA-nın məlumatına görə, Azərbaycan ingilis dillərində çap olunmuş albomda A. Babayevin bioqrafiyası, yaradıcılığı pedaqoji fəaliyyəti haqqında məlumat, onun həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkilləri yerləşdirilib. Yubiley nəşrinə daxil olan 4 diskə isə xanəndənin müxtəlif dövrlərdə ifa etdiyi muğamlar, xalq bəstəkar mahnıları daxil edilib.

 

İki sahil.-2008.- 21 fevral.- S. 1.