Heydər Əliyev Fondunun təqdimatında Arif Babayev 70 kitabı çapdan çıxmışdır

 

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təqdimatında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş "Arif Babayev 70" kitabı çapdan çıxmışdır. Kitab Azərbaycan ingilis dillərində nəfis tərtibatda nəşr edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin bahar bayramı şənliyində ədəbiyyat incəsənət xadimləri ilə söhbəti zamanı dediyi "...Arif bizim böyük müğənnimizdir" kəlamı ilə başlayan kitab Arif Babayevin ulu öndərlə, Prezident İlham Əliyev ilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birgə çəkdirdiyi şəkillərlə zəngindir.
Kitabda Mehriban xanım Əliyevanın muğam ifaçıları ilə görüşlərini, Arif Babayevin səhnədə canlandırdığı rolları əks etdirən, sənətkarın müəllimləri, tələbələri ailəsi ilə çəkdirdiyi şəkillər yer almışdır.
Nəşrdə görkəmli muğam ifaçısı Arif Babayevin ömür yoluna, yaradıcılığına nəzər salınmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs olunmuşdur. Bildirilmişdir ki, gənc yaşlarından fitri istedadı ilə diqqəti cəlb edən Arif Babayev qısa müddətdə xalq arasında böyük rəğbət qazanmışdır. 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan gənc müğənni 1966- ildə xalq artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında fəaliyyətə başlayıb. 2006- ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə "Leyli Məcnun", "Əsli Kərəm" operalarında Məcnun, Kərəm, "Aşıq Qərib" Qərib, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal rollarının ən mahir ifaçılarından olmuşdur. Onun iştirakı ilə "Leyli Məcnun", "Əsli Kərəm" s. opera tamaşaları bu gün musiqimizin qızıl fondunda saxlanılır.
Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Vətəni Azərbaycanın deyil, bütün Şərqin xanəndəsidir. Ustad sənətkarın oxuduğu "Şur", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mirzə Hüseyn segahı", "Zabul segah", "Segah" muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları artıq musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuşdur.
Kitabda Arif Babayevin pedaqoji fəaliyyətindən bəhs edilmişdir. Vurğulanmışdır ki, xanəndə Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfinin ilk müəllimlərindən biri olmuşdur.
Azərbaycan muğam ifaçılarından ilk dəfə professor elmi dərəcəsinə layiq görülmüş Arif Babayev hazırda Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələrinin çoxu respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir. Xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva, Gülüstan Əliyeva, Fehruz Səxavət, Cabir Abdullayev, opera teatrının solisti Səbuhi İbayev məhz ondan dərs almışlar.
Yüksək səhnə mədəniyyətinə sahib olan Arif Babayev dünyanın 60-dan çox ölkəsində qastrol səfərində olmuş, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində çox böyük xidmətlər göstərmişdir.
Kitabda Arif Babayevin 2005-ci 2007-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən, bütün dünya azərbaycanlılarının sevə-sevə izlədikləri muğam müsabiqələrində daimi ədalətli bir münsif kimi böyük hörmət qazanmasından söz açılmışdır.
Qeyd olunmuşdur ki, sənətkarın Opera Balet Teatrının solisti muğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə əməkdar, 1989-cu ildə respublikanın xalq artisti fəxri adlarına layiq görülmüş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olan Arif Babayev Prezident İlham Əliyevin 2008-ci il 15 fevral tarixli sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Çağdaş mədəniyyətimizin görkəmli nümayəndəsi, milli musiqimizin, xalq mahnı muğamlarımızın mahir ifaçısı, ustad sənətkar, professor Arif
Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı təbliği istiqamətində önəmli fəaliyyətini bu gün davam etdirir.
Kitabdakı "Könlüm keçir Qarabağdan" bölməsində xanəndənin yaradıcılığı ətraflı təhlil olunmuşdur.
Nəşrdəki mətnlərin müəllifi Mustafa Çəmənli, ingilis dilinə tərcüməsi isə B.Hacıyevindir.
Heydər Əliyev Fondu kitabla yanaşı, xanəndənin xalq mahnıları, təsniflər muğamlarından ibarət 4 ədəd kompakt diskini buraxmışdır.

 

Azərbaycan.- 2008.- 21 fevral.- S. 4.