"Uğurlarımı damla-damla
qazanmışam"
Arif Babayevin 70 yaşı qeyd
ediləcək
Fevralm 20-i xalq artisti, professor
Arif Babayevin ad günüdür - 70 yaşı tamam olur.
Qarabağ torpağının çoxsaylı istedadlarından
olan, hələ cavanlıq illərində Xan Şuşinski,
Zülfü Adıgözəlov, Mütəllim
Mütəllimov, Seyid Şuşinski sənətindən
bəhrələnib, muğamın sirlərinə
yiyələnən sevimli xanəndəmizin doğum
günü dövlətin diqqətindən kənarda
qalmayıb.
Belə ki,
sənətkarın yubiley mərasimi martın 12-də
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
keçiriləcək. Mərasimdə tanınmış
sənət adamlarının iştirakı ilə konsert
proqramı izləniləcək. Həmçinin
Arif Babayevin həyat və yaradıcılığından
bəhs edən kino-kadrlar nümayiş olunacaq. Teatrın foyesində isə onun müxtəlif
illərdə səhnədə çəkilən
fotoşəkilləri sərgilənəcək. Qeyd edək ki, bu sərgini Azərbaycan Dövlət
Musiqi Mədəniyyəti Muzeyi hazırlayacaq.
70 yaşlı sənətçi bizimlə
söhbətində özünü bəxti gətirən
sənətkar hesab etdiyini dedi: "Xanəndələr
arasında ilk professor adını qazanan mən olmuşam. Xalq artistiyəm, daim dövlətin
qayğısını üzərimdə hiss edirəm. Kənardan baxan üçün bunlar asan
görünməsin. Bütün
uğurlarımı damla-damla qazanmışam. Muğam sənətinə həvəsim uşaq
yaşlarımdan başlayıb. Elə o
vaxtdan sənətin çətin və asan tərəflərini
görmüşəm. Ömrümün
təxminən 40 ilini Opera və Balet Teatrında çalışmışam.
Onun 30 ilini sərasər əsas rollarda
oynamışam".
Arif Babayev söhbətinin
sonunda onun yubileyinin təşkilində əməyi olan
hər bir insana öncədən təşəkkür etdi.
Mədəniyyət.- 2008.- 15 fevral.- S. 16.