Azərbaycanın
"Avroviziya-2008" mahnı müsabiqəsində birinci
dəfə çıxış etdiyini nəzərə
alsaq, bütün Avropa ölkələri üçün bu,
maraqlı olacaq. Bu hadisə Azərbaycanın
bütün dünyada
parlaması üçün
geniş imkanlar açır.
AzərTAc xəbər
verir ki, bunu "Avroviziya" mahnı müsabiqəsinin
milli seçmə mərhələsinin final
konsertinə tamaşa
etmək üçün
Londondan Bakıya gəlmiş "Stiven Budd Management" şirkətinin baş direktoru Stiven Bad bildirmişdir.
Rəhbərlik etdiyi şirkətin Avropanın
bütün ölkələrində
Avroviziya müsabiqələrində
menecerlik fəaliyyəti
ilə məşğul
olduğunu söyləyən
S.Bad, bu hadisənin Azərbaycan mədəniyyətinin, musiqisinin
dünyaya tanıdılması
baxımından böyük
əhəmiyyət daşıdığını
demişdir.
Böyük Britaniyada bu
müsabiqənin mədəni
hadisə kimi qiymətləndirildiyini söyləyən
qonaq, qələbə
qazanmaq üçün
bir sıra amillərin, o cümlədən mahnı
və ifaçının
geyimi ilə yanaşı, Avropa tamaşaçısını maraqlandıra
biləcək qeyri-adi
şounun göstərilməsinin
də vacib olduğunu bildirmişdir.
Azərbaycan.- 2008.- 3 fevral.- S. 3.