Azərbaycan beynəlxalq
mahnı müsabiqəsində
iştirak etməyə
hazırdır
AzərTAc xəbər verir
ki, bu sözləri fevralın 1-də İctimai Televiziya
və Radio Yayımları Şirkətində (İTV)
Azərbaycanda "Avroviziya mahnı müsabiqəsi -
2008"in seçim turuna həsr edilmiş mətbuat
konfransında Eurovision TV-nin baş direktoru Biorn Eriçsen
demişdir.
İlk dəfə Azərbaycanda olduğunu bildirən B.Eriçsen demişdir ki, "Avroviziya" mahnı müsabiqəsi dünya miqyasında tanınmış
müasir televiziya məhsuludur. Müsabiqənin
şərtinə uyğun
olaraq, burada Avropa Yayımlar Birliyinin (AYB) fəal üzvü olan televiziyaların təmsil olunduğu ölkənin iştirakçıları musiqi
nömrələri ilə
yarışırlar. Azərbaycan
ilk dəfə olaraq bu yarışmada
iştirak edəcəkdir.
Biorn Eriçsen vurğulamışdır ki,
Belqradda keçiriləcək
müsabiqəyə 43 ölkəni
təmsil edən ifaçılar qatılacaqlar.
Burada iştirak edən hər bir müğənni seçdiyi mahnının
musiqisinə xüsusi
diqqət yetirməlidir.
Mayın 24-də keçiriləcək final
yarışmasında ifaçıların
sayca çoxluğuna
baxmayaraq, bir nəfər qalib adını qazanacaq və onun təmsil
olunduğu ölkə
növbəti ildə
bu müsabiqəyə
ev sahibliyi edəcəkdir.
Eurovision TV-nin baş direktoru demişdir ki, müsabiqənin qalibi təkcə Avropada deyil, bütün dünyada tanınacaq və onun üçün
bütün TV-lərin
qapıları açıq
olacaqdır.
Müsabiqədə Azərbaycan
nümayəndə heyətinə
rəhbərlik edəcək
İTV-nin xarici əlaqələr şöbəsinin
müdiri Adil Kərimli bildirmişdir ki, şərtlərə uyğun olaraq mahnı yarışmasında
səslənəcək musiqi
heç bir yerdə ifa edilməməlidir. Bu səbəbdən
də müsabiqədə
səslənəcək musiqi
ilə bağlı yerli bəstəkarlara müraciət edilmiş və bu istiqamətdə
iş aparılır.
İfaçılar - Aynur
İsgəndərli, Elnur
Hüseynov və
"Unformal" qrupunun
üzvləri bildirmişlər
ki, fevralın 2-də keçiriləcək
seçim turuna həsr edilmiş gecədə milli və xarici
musiqilər səslənəcəkdir.
Milli seçim fevralın 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində qalibin adının elan olunması ilə başa çatacaqdır.
Finalçıların konsert
proqramı dünyanın
bir çox ölkələrində canlı
yayımlanacaq və gecədə tanınmış
sənət adamları
ilə yanaşı, müxtəlif illərdə
"Avroviziya" mahnı
müsabiqəsinin qalibi
olmuş ifaçılar
da iştirak edəcəklər.
Konsertdə beynəlxalq
mahnı müsabiqəsinin
qalibi, ukraynalı müğənni Ruslananın
"wild energy" adlı şousunun təqdimatı olacaqdır.
Konsertdən hazırlanan
informasiya və videoçarx eurovision.tv saytında yerləşdiriləcəkdir.
Gecədə Azərbaycanı
"Avroviziya mahnı
müsabiqəsi - 2008"də
təmsil edəcək
ifaçının adı
məlum olacaqdır.
Azərbaycan.- 2008.- 2 fevral.- S. 3.