Azərbaycanı Avroviziya 2008- layiqincə təmsil edəcəyəm

 

Bu sözləri fevralın 2- Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Avroviziya mahnı müsabiqəsi-2008"in milli seçim turunun qalibi olmuş Elnur Hüseynov mətbuat konfransında demişdir.
E.Hüseynov bildirmişdir ki, Azərbaycan musiqisinin sevilməsi, qalib olması üçün inamla çalışacağam Belqradda daha yaxşı çıxış edəcəyəm.
Mətbuat konfransında Eurovision TV-nin baş direktoru Biorn Eriçsen qalibə Belqrada gəlmək üçün rəsmi olaraq bileti təqdim edərək bildirmişdir ki, Elnur bu gündən etibarən üzərinə böyük məsuliyyət götürmüşdür.
Ötən illərdə keçirilən Avroviziya müsabiqələrinin qalibləri Ruslana, Mariya Şerifoviç bildirmişlər ki, Elnurun "Avroviziya mahnı müsabiqəsi-2008" qalib gəlməsi üçün böyük potensialı vardır bu istiqamətdə yorulmadan mübarizə aparmalıdır.
"Avroviziya mahnı müsabiqəsi-2008"in milli seçim turunun qalibi olmuş Elnur Hüseynov bu möhtəşəm gecənin təşkilatçılarına minnətdarlığını bildirərək demişdir ki, mayda keçiriləcək yarışda Azərbaycanı layiqincə təmsil edəcəkdir.

 

Azərbaycan.- 2008.- 3 fevral.- S. 3.