"Elnur azərbaycanlıdır"

 

Əbülfəs Qarayev: "Onun Azərbaycanda doğulmaması ölkəmiz üçün problem yarada bilməz"

 

"Evrovision-2008" müsabiqəsində Azərbaycanı təmsil edəcək Elnur Hüseynovun öz vətənində doğulmaması gələcəkdə ölkəmiz üçün problem yarada bilməz".

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycan millətinin və mədəniyyətinin təmsilçilərinin Azərbaycanda doğulması mütləq şərt deyil: "Əgər dəyərli soydaşlarımız digər ölkələrdə Azərbaycanın təbliğ edirlərsə, onlara yalnız minnətdar olmalıyıq. Elnur azərbaycanlıdır Azərbaycan musiqisinin gözəl ifaçısıdır. Onun mahnı müsabiqəsində ölkəmizi layiqincə təbliğ edəcəyinə ümid edirəm".

 

Şərq.- 2008.- 19 fevral.- S. 14.