Elnur Hüseynovla Samir Cavadzadə Avropa turnesinə çıxıb

 

Bu il Belqradda keçiriləcək "Eurovision-2008" yarışmasında Azərbaycanı təmsil edən Elnur Hüseynovla Samir Cavadzadə Yunanıstanda və Ukraynada konsert veriblər.
   
Onlar final gecəsində hər kəs tərəfindən bəyənilən finala vəsiqə qazanan "Day after day" mahnısını orada səsləndiriblər. Eyni zamanda final günü onları dəstəkləməyə gələn Ruslana ilə görüşüblər. Bu barədə məlumatı mətbuata İctimai Televiziya Radio Verilişləri Şirkətinin musiqi redaktoru Leyla Əliyeva bildirib.
   Onun sözlərinə görə, təmsilçilər digər ölkələrə dəvət alıblar. Lakin onların növbəti səfəri Bosniya Herseqoviniya olacaq.
   Qeyd edək ki, Elnur Hüseynovla Samir Cavadzadənin Avropa turnesi martın 4-dək davam edəcək.

 

Üç nöqtə.- 2008.- 27 fevral.- S. 13.