Eurovisionun milli
finalında səhnəni
Ukrayna şirkətləri
hazırlayıb
"Odlar
yurdu" şousunda
18 metr dərinliyində
2 səhnə istifadə
olunub
"Odlar yurdu" milli final müsabiqəsində 24 metr
eni və 18 metr dərinliyi olan iki səviyyəli
səhnə istifadə
olunub. 100 kvadratmertlik LED ekranları
və 12 kameranın kombinasiyası isə televiziya görünüşü
yaradıb. Bu barədə "Olaylar"a
"Eurovision - 2008" Azərbaycan Təşkilat komitəsindən
məlumat verilib.
Konsert İctimai Televiziya ilə yanaşı, "Euromedia
Companu", "Luxen
Studio", "Megashov",
"A-Light", "Martin", "Film Technique",
"Pirates" və "Ekta
Six" kimi Ukrayna şirkətləri tərəfindən
hazırlanıb. Məlumatda o da bildirilir ki,
konsert dünya auditoriyası üçün
ingilis dilində şərh olunaraq Azərbaycanın İTV, Türkiyənin
TRT, Gürcüstanın və
Litvanın ictimai televiziyaları ilə yanaşı, "Eurovision.tv"
internet səhifəsində canlı yayımlanıb.
Həftə içi.- 2008.- 5 fevral.- S. 8.