Samirə

 

Milli seçim turundan sonrakı düşüncələr

 

...əsas amil səs deyil, şou yaratmaq bacarığıdır

 

Ötən əsrin ortalarından bəri keçirilən "Eurovision" müasir mahnı müsabiqəsinin səviyyəsinin xassəsinin enmə şkalası üzrə dəyişməsi barədə fikir söyləyənlərin sayı artdıqca, Azərbaycanın bu yarışmanın iştirakçılarından biri kimi tanınmaq həvəsi də artmaqda idi.
   
   Əksəriyyət İctimai Televiziyanın Avropa Yayım Şurasına üzv olmasını səbirsizliklə gözləyirdi. Çünki yalnız bu halda ölkəmiz "Eurovision"un təşkilat komitəsinə müraciət edərək müsabiqədə iştirak etmək arzusunu bildirə bilərdi.
Peşəkar musiqiçilərin bir qismi "Eurovision"a bu qədər can atmağın yersiz olduğunu, ölkəmizin daha yüksək səviyyəli müsabiqələrin iştirakçısı olmaq uğrunda çalışmağını tövsiyə edirdilər etməkdədirlər. Onların sırasında yekun seçim turunun münsiflər heyətinə daxil olanlar da var idi, olmayanlar da.
   Uzun sözün qısası, fevralın 2- - Azərbaycan Gəncləri günündə - Heydər Əliyev adına İdman-Konsert Kompleksində kifayət qədər yaxşı təşkil tərtib edilmiş "Odlar yurdu" adlı milli seçim turunda "Eurovision-2008"ə Azərbaycandan olan 3 namizədin şou-proqramı baş tutdu. "Unformal" rok qrupu, Elnur Hüseynov Aynur İsgəndərli (sonuncunun finalçılardan biri kimi etiraf olunmasının necə baş verdiyini anlamaq çox çətindir) mötəbər münsiflər heyəti qarşısında seçim mərhələsi zamanı təqdim etdikləri kompozisiya ilə yanaşı, məxsusi olaraq müsabiqə üçün yazılmış mahnını da ilk dəfə ifa etdilər. Bu qala-konsertə hazırlıq zamanı yeni duet yarandı - Gövhər Həsənzadənin Zəhra Bədəlbəylinin sözlərinə bəstələdiyi "Day after day" mahnısının aranjemanı zamanı qərara alınıb ki, Elnur bu kompozisiyanı Samir Cavadzadə ilə birlikdə təqdim etsə, yaxşı olar. Bəlli olduğu kimi, münsiflər heyəti xeyir şər, qara qüvvələrin mübarizəsi kimi bəşəri mövzu üzərində qurulmuş məhz bu nömrəni "Eurovision - 2008"ə ən layiqli hesab etdi. Ola bilsin qapalı şəkildə keçən müzakirə zamanı münsiflərin rəyləri Elnur Hüseynov - Samir Cavadzadə dueti ilə "Unformal" rok qrupunun arasında vurnuxub. Çünki "Unformal"ın çıxışı, xüsusən müsabiqə üçün nəzərdə tutulmuş kompozisiya daha ifadəli idi. Bu da təbiidir - rok janrına həvəsli olan bu gənclər ifa etdikləri mahnıları özləri yazırlar. Onların çıxışında yeganə qüsur kompozisiyanın ümumi ahəngi ilə çox həmahəng olan balaban çalğısı ilə bağlıdır. Daha doğrusu, çalğıçının səhnədəki yeri ilə. Məsələ burasındadır ki, eyni görüntünü ötənilki "Eurovision"da müşahidə etmişdik. Amma çıxışın, aranjemanın ümumi dəqiqliyinin qarşısında bu qüsuru çox asanlıqla düzəltmək olardı. Əlbəttə, əgər "Eurovision - 2008"ə "Unformal" gedəsi olsaydı...
   Gözlənildiyi kimi, "Day after day" mahnısında Elnurun Xeyiri, Samirin isə Şəri canlandırmaları, sonda ikincinin kiçik bir muğam parçası ifa edərək Qara qüvvədən birdən-birə qüvvəyə çevrilməsi, ya da xeyirxahlığın doğruluğunu qəbul etməsi heç birmənalı reaksiya doğurmadı. Bəstəkar Vüqar Camalzadə Şərin muğam oxumasının yolverilməz olduğunu, muğamın aliliyi sayəsində qüvvələrlə Qara qüvvələrin ümumi dil tapa bilməsi ideyasının sonadək həll olunmadığını bildirib. Gövhər Həsənzadə isə irada cavab olaraq "Eurovision - 2008"in vaxtına, yəni may ayına qədər hələ kifayət qədər vaxt qaldığını, aranjemanı, sözləri bir az da cilalamağın mümkün olduğunu deyib.
   Bəli, may ayına qədər Elnur Hüseynovla işləyən peşəkarların işi çox olmalıdır ki, onun səsinin eşidimliyini təmin edəcək məsləhətlərini versinlər. Qəribədir ki, vokal imkanları ola-ola Elnur hesab edir ki, "Eurovision" kimi müsabiqələrdə əsas amil səs deyil, şou yaratmaq bacarığıdır. Halbuki elə həmin "Eurovision"un səhnəsi vaxtilə, məsələn, Selin Diona da uğur gətirmişdi. Bu sənətkarın hər hansı köməkçi atributlarsız, yalnız yalnız daim üzərində işlədiyi güclü səsi sayəsində ən əsası sırf özü kimi, Selin Dion olaraq, ifa tərzi ilə hansısa assosiasiyalar, bənzətmələr doğurmadan bu gün dünya estrada səhnəsində parlaması isə müzakirə mövzusu deyil.
   

Həftə içi.- 2008.- 6 fevral.- S. 8.