Müasir durumu
və inkişaf perspektivləri" mövzusunda
"dəyirmi masa" keçirilmişdir
AzərTAc xəbər verir ki, fevralın
12-də Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə "Azərbaycanın
aşıq sənəti:
müasir durumu və inkişaf perspektivləri" mövzusunda
"dəyirmi masa"
keçirilmişdir.
"Dəyirmi masa"da "Azərbaycan xalqının
mədəniyyət tarixində
aşıq sənətinin
yeri", "Aşıq
sənətinin müasir
problemləri: aşıq
sənətinin qorunması,
inkişafı və dünya səviyyəsində
təbliğinə dair
təkliflər"və
digər mövzular ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qədim ənənələrə
malik olan Azərbaycan xalqının
öz tarixinə, ədəbiyyatına, folkloruna
münasibətindən söhbət
açmışdır. Nazir qədim,
əbədi mənəvi
varlığımız olan
aşıq sənətinə
ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü
ilə YUNESKO tərəfindən
"Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinin keçirildiyini xatirlatmışdır.
Ə.Qarayev
ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyevin ədəbiyyatımıza,
incəsənətimizə, aşıq sənətinə
qayğısından, bir
çox aşıqlarımıza
Prezident təqaüdünün
verilməsindən söhbət
açmışdır.
Nazir qeyd etmişdir ki, aşıq sənətinin
nəyə qadir olduğunu bütün dünyaya çatdırmaq
üçün daha çox tədqiqat əsərləri yazmalı,
araşdırmalar aparmalı
və bu xalq yaradıcılığı
sənətinin gələcəkdə
YUNESKO-nun dünya xalqlarının mədəni
irsi siyahısına daxil edilməsi üçün çalışmalıyıq.
AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov artıq Azərbaycan folklorunun əsası olan aşıq sənətinin dünyaya tanıdılması üçün
əlverişli məqamın
yetişdiyini bildirmişdir.
O qeyd etmişdir ki, dünya xalqlarının tarixində
30 cilddən ibarət
olan folklor xəzinəsi yoxdur. Tarixi qəhrəmanlıq,
məhəbbət dastanlarımız
məclislərdə aşıqlar
tərəfindən ifa
və təbliğ olunur, yaşadılır.
H.İsmayılov bildirmişdir
ki, Folklor İnstitutunun əməkdaşları
dildə-ağızda
gəzən dastanlarımızı
və ayrı-ayrı şifahi xalq yaradıcılığı
nümunələrini toplayaraq,
folklor külliyyatımızın
30 cildliyini tərtib etmişlər. Bunun Azərbaycan aşıq sənətinin dünya arenasına çıxması
üçün böyük
əhəmiyyəti vardır.
Tədbirdə Aşıqların
I (1928-ci il), II (1938-ci il)
və III (1961-ci il) qurultaylarından çəkilmiş
videogörüntülər və ayrı-ayrı ustad aşıqların ifaları
nümayiş etdirilmişdir.
Azərbaycan Milli Konservatoriyasının
rektoru, xalq artisti Siyavuş Kərimi ölkəmizdə
aşıq sənətinin
formalaşdığını, konservatoriyada aşıq sənəti haqqında xüsusi dərsliklərin
hazırlandığını, aşıq sənəti fakültəsinin fəaliyyət
göstərdiyini diqqətə
çatdırmışdır. AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev aşıq sənətinin
canlı bir sənət kimi dünya ictimaiyyətinə
tanıdılmasının vacibliyini vurğulamışdır.
YUNESKO-nun qeyri maddi-mənəvi irs bölməsinin nümayəndəsi Devid Ştel aşıq sənətini çox maraqlı və zəngin milli mənəvi dəyər kimi qiymətləndirmişdir.
O, aşıq sənətini
YUNESKO-nun dünya xalqlarının mədəni
irsi siyahısına daxıl etməyin vacibliyini bildirmişdir. Tədbirdə YUNESKO-nun eksperti Jan Dürinq
də iştirak etmişdir.
"Dəyirmi masa"nın ikinci hissəsində aşıq
sənətinin hazırkı
vəziyyəti müzakirə
olunmuş, müasir aşıq geyimi haqqında fikir mübadiləsi aparılmış,
bir sıra təkliflər verilmişdir.
Azərbaycan.- 2008.- 13 fevral.- S. 3.