Aleksandr Şarovski: “Mənim təltif
olunmağım bir daha sübut edir ki, Azərbaycandakı
yəhudilər öz
peşəkar qabiliyyətini
reallaşdırmaq üçün
hər cür imkana malikdirlər”
Yəhudi
Xəbərlər Agentliyi (AEN) Azərbaycan Prezidenti İlham
Əliyevin bu yaxınlarda imzaladığı sərəncamla
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus
Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin
"Şöhrət" ordeni ilə təltif edilməsi
ilə bağlı məlumat yaymışdır.
Bakı aşkenazi
yəhudiləri icmasının idarə heyətində
AEN-ə bildirmişlər ki, "Şöhrət" ordeninin
adının mənasında olan - məşhurluq, populyarlıq
kimi anlayışlar Azərbaycanın xalq artisti Aleksandr
Şarovskinin yaradıcılıq uğurlarını,
ölkəmizin çoxmillətli mədəniyyətinin
inkişafına verdiyi töhfələri çox
gözəl səciyyələndirir. AEN agentliyinin məlumatında
deyilir: "Aleksandr Yakovleviç Azərbaycan Rus Dram
Teatrının "qızıl fondu"na daxil olmuş
neçə-neçə tamaşaya quruluş vermişdir.
Azərbaycandan olan yəhudi rejissorun işləri ilə
A.İvanov adına Odessa Rus Dram Teatrının, Moskva
Miniatür Teatrının və Rostov Dram Teatrının
sənətsevərləri də yaxşı tanışdırlar.
Müstəqil Dövlətlər Birliyinin televiziya
tamaşaçıları Alensandr Şarovskini həm də
Azərbaycanın - bəlkə də ən yaxşı
bədii televiziya filmi sayılan, quruluşçu rejissoru
əslən bakılı Yuli Qusman olan "Qorxma, mən
səninləyəm" filmində baş rollardan birini ifa etmiş
aktyor kimi də yaxşı tanıyırlar".
"Şöhrət"
ordenli, Azərbaycan Teatr Xadimləri İttifaqının
"Qızıl dərviş" mükafatı laureatı
Aleksandr Şarovski Yəhudi Xəbərlər Agentliyinə
müsahibəsində demişdir: "Möhtərəm
Prezident İlham Əliyev məni "Şöhrət" ordeni
kimi yüksək dövlət mükafatına layiq
gördüyü üçün hədsiz
xoşbəxtəm və onunla fəxr edirəm. Mən bu
təltifı Səməd Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrının bütün kollektivi
ilə bölüşürəm. Bu, mübahisə
doğurmayan bir faktı bir daha təsdiq edir ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin və onun
layiqli varisi Prezident İlham Əliyevin siyasi xətti
sayəsində Azərbaycandakı yəhudilər öz
peşəkar qabiliyyətini reallaşdırmaq
üçün hər cür imkana malikdirlər".
Xalq qəzeti.- 2008.-12 fevral.- S. 5.