Xocalı faciəsi bəşəriyyət
əleyhinə cinayətdir
Xarici
ölkələrdə soyqırımın tanınması
istiqamətində iş aparılır
1992-ci ildə Xocalı şəhərində
törədilən faciə Azərbaycan xalqının qan
yaddaşında dərin iz buraxıb. Xocalı
hadisələri zamanı günahsız insanların xüsusi
qəddarlıqla qətlə yetirilməsi faciəsi,
bəşəriyyət tarixində ən dəhşətli
hadisələrdən olduğu sübuta yetiriləcək
və zaman-zaman gələcək nəsillərin
yaddaşından heç vaxt silinməyəcək. Bu
faciə ermənilərin azərbaycanlılara qarşı
törətdiyi analoqu olmayan vəhşilik və
qəddarlıq aktıdır. Bu gün
Xocalı faciəsinin 16-cı ildönümü
ildönümü ilə bağlı nəinki
respublikamızda, o cümlədən, dünyanın
əksər ölkələrində anma mərasimləri,
tədbirlər davam edərək, faciənin günahsız
qurbanları bir daha yad edilir. Faciə ilə
əlaqədar Türkiyədə soyqırımın
bəşəri və insalığa qarşı
yönələn akt kimi tanınması istiqamətində
müzakirələr aparılıb. TBMM-in
vitse-spikeri Gürdal Mumçunun sədrlik etdiyi iclasda
çıxış edən Ərdahandan millət vəkili
Ənsar Öyüt Xocalı faciəsinin ildönümlərinin
Azərbaycanda və bütün türk dünyasında
geniş qeyd olunduğunu, bu dəhşətli faciəni
törədənlərin öz cəzalarını
alacaqlarını bildirib.
Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri, millət vəkili Mustafa
Kabakçı çıxışına erməni jurnalistinin
"Xaç naminə" kitabından sitat
gətirərək, qeyd etdi: "Kaplan" adlanan və
cəsədlərin yandırılması ilə
məşğul olan erməni qrupu martın 2-də 100
azərbaycanlının meyitini Xocalının
Bu qorxunc dəhşətin
hətta erməni jurnalistində də vicdan əzabı
doğurduğunu qeyd edən Mustafa Kabakçı, faciənin
qurbanlarına Allahdan rəhmət dilədi və 16 il
keçməsinə baxmayaraq, onların yaxınlarına
dərin hüznlə başsağlığı verdi.
Bildirdi ki, beynəxalq insan haqları
təşkilatlarının hesabatlarına görə,
Xocalıda şəhid olan mülki insanların sayı 613
nəfərdir. 487 nəfər ağır yaralanmış,
1275 nəfər isə əsir alınmışdır.
Təxminən 150 nəfər hələ də itkin
düşmüş sayılır. Aparılan
araşdırmalar nəticəsində bir çox
cəsədin yandırıldığı, qətlə
yetirilən onlarla soydaşımızın gözlərinin
çıxarıldığı, cəsədlərin
tanınmaz hala salındığı müəyyən olunub.
Xocalı soyqırmı ilə bağlı
çıxış edən digər millət vəkili
Ərtoğrul Kumçuoğlu bu qətliamı Azərbaycan
və Türkiyə yeni tarixinin ən acı, insanlıq
tarixinin isə ən qara günlərindən biri kimi
dəyərləndirdi. Bildirdi ki, dinc əhaliyə
qarşı törədilən bu cinayət bir
soqyqırım planının tərkib hissəsidir. Millət
vəkili Azərbaycanda 1 milyona yaxın insanın
qaçqın və köçkün durumuna
düşdüyünü və ölkəmizə
səfəri zamanı onların ağır vəziyyətini
hər an ürəyində daşıdığını
dedi.
Faciə ilə bağlı
tədbirlərdən bir də Strasburqda, Avropa Şurası
Parlament Assambleyasının binasında Azərbaycanın
Avropa Şurası yanındakı Daimi Nümayəndəliyi
Xocalı soyqırımı qurbanlarının 16-cı
ildönümü ilə əlaqədar anma mərasimi
keçirilib.
Mərasimdə daimi
nümayəndəliyin rəhbəri, səfir Arif
Məmmədov ermənilər tərəfindən
xalqımıza qarşı törədilmiş, insanlıq
tarixində ən dəhşətli cinayətlərdən
biri olan bu soyqırımın əsil mahiyyətini
açıqlamış, Heydər Əliyev Fondunun
Azərbaycan həqiqətləri, o
cümlədən, faciə barədə avropalılara
dolğun və düzgün məlumat vermək
sahəsində apardığı işləri diqqətə
çatdırıb, bununla bağlı fond tərəfindən
müxtəlif dillərdə nəşr edilmiş kitablardan,
günahkarların layiqli cəzalarını alacaqlarını
və haqq-ədalətin öz yerini tapacağını bildirib.
Xocalı faciəsi qurbanlarının xatirəsi
birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə Avropa Şurası yanında
akkreditəolunmuş diplomatik korpusun və
nümayəndəliyimizin əməkdaşları, Strasburqda
təhsil alan tələbələrimiz, Azərbaycan diasporunun
təmsilçiləri iştirak edib.
Nümayəndəlik
tərəfindən Xocalı soyqırımı haqqında
tutarlı məlumatları özündə əks etdirən
pres-reliz hazırlanmış və Avropa Şurasının
Katibliyi, üzv ölkələrin daimi
nümayəndəlikləri və eləcə də,
Strasburqda fəaliyyət göstərən konsulluqlar
arasında yayılıb.
Xocalı soyqırımının 16-cı
ildönümü ilə əlaqədar Nyu-Yorkda da silsilə
tədbirlər keçirilib. Qeyd edək ki,
şəhərdəki "Türk Mərkəzi"ndə
və Azərbaycan Respublikasının BMT yanında daimi
nümayəndəliyindəki tədbirlərdə ABŞ-da
yaşayan Azərbaycan, türk diaspor
təşkilatlarının rəhbərləri və
üzvləri iştirak edib. Mərasimlərdə
1992-ci il fevralın 26-da Xocalı şəhərində
erməni və rus hərbi birləşmələri
tərəfindən günahsız əhaliyə qarşı
törədilən soyqırım aktında həlak olan
Azərbaycan oğul və qızlarının xatirəsi
birdəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikasının
BMT-dəki daimi nümayəndəsi A.Mehdiyev
çıxış edərək, bu hadisəni Azərbaycan
xalqına qarşı yönəlmiş böyük bir
cinayət olduğunu bildirdi.
Tədbirin sonunda "Dua" adlı film
nümayiş etdirildi.
Eyni zamanda, 2008-ci il fevralın 26-da Azərbaycan
diasporunun təşkilatçılığı ilə
Ermənistanın BMT yanındakı daimi
nümayəndəliyi qarşısında etiraz
nümayişi keçirilib. Nümayişdən sonra
Ermənistanın işğalçı siyasətini pisləyən
bəyanat qəbul edilib və Ermənistan
nümayəndəliyinə təqdim edilib.
Kaliforniyanın San Bernardino Universitetində
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad
edilib.
Azərbaycan Respublikasının
Los Ancelesdəki baş konsulluğu, Amnesty İnternational
və San Bernardino Universitetində təhsil alan
tələbələrin birgə təşkil etdikləri
tədbirdə baş konsul Elin Süleymanov, Amnesty
İnternational təşkilatının prezidenti Alfredo Bonilla
və universitetdə təhsil alan azərbaycanlı
tələbə Qalib Rüstəmov
çıxış ediblər. Bildirilib ki, bu
soyqırımı planlaşdıran və həyata
keçirən müharibə cinayətkarlarının
hazırda Ermənistanda hakimiyyətə gəlmələri
qorxulu tendensiyadır. Sonra Xocalı soyqırımından
bəhs edən videofilm nümayiş olunub.
Xocalı soyqırımının 16-cı ildönümünə
həsr olunmuş silsilə tədbirlərdən biri də
Azərbaycanın Çexiyadakı səfirliyində
keçirilib. Mərasimdə Çexiyada
akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri, o cümlədən,
Türkiyə, Gürcüstan və Moldovanın
səfirləri, Ukraynanın müvəqqəti işlər
vəkili, Çexiya xarici işlər nazirliyinin
nümayəndəsi, Çexiyanın Türkiyədəki
keçmiş səfiri, Çexiyada yaşayan
həmyerlilərimiz və bu ölkədə təhsil alan
azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü
ilə Azərbaycanın Çexiyadakı səfiri Tahir
Tağızadə açaraq, Xocalı soyqırımı
barədə məlumat verib, günahsız insanların -
qocaların, qadınların və uşaqların
amansızlıqla qətlə yetirildiyi həmin hadisənin
bəşəriyyət tarixində qara ləkə olduğunu
söyləyib. Çexiyanın
Türkiyədəki keçmiş səfiri Tomaş Lanye Ermənistanın
Azərbaycana qarşı təcavüzünün
kökləri haqqında danışmış, Sovet
İttifaqının "Parçala və hökmranlıq
et!" siyasətinin Xocalı faciəsinə gətirib
çıxaran amillərdən biri olduğunu qeyd edib. Liditse memorialının direktoru Miloş
Çerventsl Çexiya xalqının da 1942-ci ildə
Liditsedə soyqırıma məruz qaldığını, bu
hadisədən yarım əsr sonra eyni hadisələrin
Xocalıda təkrarlanmasının hamı kimi onu da dəhşətə
gətirdiyini, Xocalı soyqırımının cəmi 16 il
bundan öncə baş verdiyindən bunun Çexiya
gəncləri üçün daha böyük təsir
qüvvəsinə malik olduğunu qeyd etdi.
Tədbirdə Mehriban
Ələkbərzadənin Xocalı soyqırımına
həsr etdiyi sənədli filmi nümayiş olundu və
Xocalı qurbanlarının ruhu birdəqiqəlik sükutla
yad edildi.
Eyni zamanda, Azərbaycanın Tacikistandakı
səfirliyində Xocalı soyqırımının
qurbanları anılıb. Tədbirdə
Düşənbədəki Azərbaycan diaspor
təşkilatlarının üzvləri, tacik xalqının
nümayəndələri, jurnalistlər işrirak edib,
şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad
olunub.
Səfirliyin nümayəndəsi N.Ağababayev
Xocalı şəhərinin müdafiəçiləri
və dinc sakinlərinə qarşı törədilmiş
soyqırım haqqında məlumat verib, erməni
terrorçularının keçmiş sovet ordusunun 366-cı
motoatıcı alayı ilə birgə Xocalını
tamamilə yer üzündən sildiklərini, qətlə
yetirilən insanların cəsədlərinin təhqir
edildiyini, əsirlərə misli görünməmiş
əzab verildiyini bildirib.
Mərasimdə çıxış
edənlər Xocalıda törədilən faciənin ancaq
Azərbaycan xalqına qarşı deyil, ümumən
insanlığa qarşı ən ağır
cinayətlərdən biri olduğunu bildirdilər.
Tədbirdə Xocalı faciəsini əks etdirən kitab
və şəkillərdən ibarət sərgi və
faciə ələ bağlı sənədli film
nümayiş olunub. Xocalı faciəsi
haqqında materiallar toplusu, həmçinin, Heydər
Əliyev Fondu tərəfindən ingilis dilində Qarabağ
haqqında çap olunmuş kitabçalar, "Erməni
terroru", "Xocalı soyqırımı" kitabları
Tacikistandakı səfirlik və beynəlxalq
təşkilatların nümayəndəliklərinə
göndərilib.
Azərbaycanın Özbəkistandakı
səfirliyində də Xocalı faciəsinin 16-cı
ildönümü ilə əlaqədar anma mərasimi
keçirilib.
Tədbirdə Daşkənddə yaşayan
Azərbaycan və türk diaspor təşkilatlarının
üzvləri iştirak edib. Əvvəlcə faciə
qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad
olunub, şəhidlərin ruhuna dua oxunub.
Azərbaycanın Özbəkistandakı
səfiri Namiq Abbasov Xocalı faciəsinin yaranma
səbəbləri, onun kökləri haqqında
iştirakçılara geniş məlumat verib. Səfir
bildirib ki, erməni faşistləri və onların havadarlarının
Xocalıda törətdikləri qırğınlar XX
əsrin ən dəhşətli faciələrindən biri
kimi tarixə düşüb.
Onun sözlərinə görə,
Xocalının yer üzündən silinməsində
keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı
bilavasitə iştirak etmiş, şəhərin dinc
əhalisinə divan tutulmuş, görünməmiş
vəhşiliklər törədilmişdir. Qadınlar,
qocalar, uşaqlar, hətta südəmər
körpələr qaddarlıqla qətlə yetirilmiş,
əsir götürülən insanlar
ağılasığmaz işgəncələrə,
zülmə və təhqirlərə məruz
qalmışlar.
Türkiyənin
Özbəkistandakı səfiri Kamal Asya,
Daşkənddəki Axıska Türkləri Mədəni
Mərkəzinin sədri Ömər Salman,
soydaşlarımızdan Südabə Məmmədova, Yusif
Əliyev və başqaları ermənilərin və
onların havadarlarının bu vəhşiliklərini ittiham
edib.
Mərasimdə "Məhv edilmiş
şəhər" adlı sənədli film
göstərilib, iştirakçılara Xocalı faciəsi
ilə əlaqədar məlumatlar toplusu paylanılıb.
Xocalı faciəsinin qurbanları
Azərbaycanın Təbrizdəki baş konsulluğunda da
anıldı. Mərasimdə Türkiyənin Təbrizdəki
baş konsulluğunun əməkdaşları, Azərbaycandan
dəvət olunmuş ziyalılar, şəhər
ictimaiyyətinin nümayəndələri iştirak edib.
1992-ci il fevralın 26-da erməni cəlladları tərəfindən
Azərbaycanın Xocalı şəhərində
törədilən hərbi cinayət nəticəsində
şəhid olan həmvətənlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi. Baş konsul Ayxan
Süleymanov mərasim iştirakçılarına Xocalı
soyqırımı barədə geniş məlumat verib.
Bildirib ki, eməni daşnakları Xocalı
şəhərinin dinc sakinlərini qətlə
yetirməklə, uzun illərdən bəri Azərbaycan
xalqına qarşı həyata keçirikləri
cinayətləri növbəti dəfə təkrarlayıb.
AMEA-nın Naxçıvan
Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru, tarix elmləri doktoru Fəxrəddin Səfərli
və AMEA-in Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun elmi işçisi, yazıçı-publisist
Rafiq Babayev çıxışlarında erməni
millətçilərinin 200 ilə yaxın bir
dövrdə qədim Azərbaycan torpaqlarında
törətdikləri ağır cinayətlərdən
bəhs etdi. Qeyd olundu ki, Xocalı soyqırımı
erməni daşnaklarının təkcə Azərbaycan
xalqına deyil, bütün sülhsevər
bəşəriyyətə qarşı
törətdikləri hərbi cinayətdir.
Mərasimdə "Xocalı faciəsi"
sənədli filmi və soyqırımı əks etdirən
fotosərgi nümayiş olunmuşdur.
Azərbaycanın İspaniya
Krallığındakı səfirliyində Azərbaycan
və türk diasporu nümayəndələrinin, yerli
ictimaiyyətin təmsilçilərinin iştirakı ilə
Xocalı faciəsini anma mərasimi keçirildi. Tədbirdə Xocalı soyqırımı
qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla
yad edildikdən sonra, səfir Məmməd Əliyev 1992-ci ilin
fevralında erməni millətçilərinin Xocalıda
törətdikləri vəhşiliklər haqqında
iştirakçılara ətraflı məlumat verib, bu
faciənin Azərbaycan xalqının yaddaşından
heç vaxt silinməyəcəyini vurğulayıb. O bildirib ki, yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin yenidən siyasi
rəhbərliyə qayıtmasından sonra erməni
cəlladlarının xalqımıza qarşı
törətdikləri dəhşətli cinayətlər, o
cümlədən, Xocalı soyqırımı barədə
həqiqətlər dünya
dövlətlərinə, beynəlxalq ictimaiyyətin
nəzərinə çatdırıldı.
Xocalı soyqırımı
həqiqətlərinin İspaniya ictimaiyyətinin
diqqətinə çatdırılması məqsədilə
bu ölkənin nüfuzlu "El Pais", "El Mundo",
"
Tədbirin sonunda Xocalı
soyqırımına dair fotostend və film nümayiş
etdirildi.
İtaliyada Xocalı faciəsinin 16-cı
ildönümü ilə bağlı bu ölkədə
yaşayan soydaşlarımızın iştirakı ilə
tədbir təşkil olundu. Əvvəlcə Xocalı
soyqırımı qurbanlarının xatirəsi
birdəqiqəlik sukutla yad edildi. Sonra səfir Emil
Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi, ermənilərin təcavüzkar
siyasəti, habelə, Xocalı soyqırımı haqqında
məlumat verdi.
Diplomat Xocalı
soyqırımının dünya dövlətləri və
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
tanınması, erməni vəhşiliyinin ifşası məqsədilə
beynəlxalq ictimaiyyətə, o cümlədən, İtaliya
ictimaiyyətinə geniş məlumat verilməsinin
zəruriyyətini vurğuladı.
Tədbirin sonunda "Məhv edilmiş
şəhər" adlı sənədli film nümayiş
etdirildi.
Xocalı soyqırımı
barədə məlumatın İtaliya ictimaiyyətinin
diqqətinə çatdırılması üçün
isə səfirliyin hazırladığı məlumat
dövlət qurumlarına, beynəlxalq təşkilatlara, elmi-tədqiqat
müəssisələrinə, kütləvi informasiya
vasitələrinə, diplomatik
nümayəndəliklərə göndərildi.
Bundan əlavə, Milan şəhərində
də "Azərbaycanla Mədəni Əlaqələr
Cəmiyyəti"nin
təşkilatçılığı ilə anma mərasimi
keçirilib.
Səs.- 2008.- 28 fevral.- S. 5.