Mükərrəmoğlu M.

 

Mən sənətimin əzablarından da ləzzət almışam

 

Bu sözlər böyük aktyor Mustafa Mərdanova məxsusdur
Çox təəssüf edirəm ki, sağlığında bu aktyorun teatrdakı rollarını görə bilmədim.
Deyilənə görə, çoxları məhz Mustafa Mərdanovun oyununa baxmaq üçün teatra gələrmiş. O öz sənətini bütün ruhu ilə sevirdi bütün mənalı ömrünü aktyorluğa həsr etmişdi.
İndi Mustafa Mərdanovun adı gələn yerdə gülüş var, nikbin əhval-ruhiyyə var.
O, aktyor sənətinin klassik ənənələrini yaşadan, yüksək istedada malik gözəl sənətçi idi.
Mustafa Mərdanov Gürcüstanda dünyaya göz açmışdı. İlk təhsilini elə Tiflisdə almışdı. Bu şəhərin mədəni mühiti gənc Mustafanın taleyinə çox güclü təsir göstərmiş, 1916- ildə Tiflis kişi gimnaziyasını bitirmişdi. 1922–1924-cü illərdə Moskvada Teatr Sənəti İnstitutunda təhsil almışdı. Bir müddət Tiflisdəki Azərbaycan Dövlət Teatrında direktor kimi çalışmış, bu teatrın inkişafında böyük xidmətlər göstərmişdi. Nəhayət, 1924-cü ildən Bakıya köçərək Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır.
Onun ifa etdiyi rolları sadalamaqla qurtaran deyil. Amma bu aktyorun ifasında elə xarakterik cizgilər var ki, onlar həmişə Mustafa Mərdanovu fərqləndirib, ona xüsusi hörmət məhəbbət qazandırıb. Mustafa Mərdanovun yüksək ifa texnikası, obrazı fərdiləşdirmək qabiliyyəti var idi. O, səhnədə tamamilə yeniləşirdi. O, oynadığı rolları özününküləşdirirdi. Tamaşaçı bəzən onun qəhrəmanına gülür, bəzən taleyinə acıyır, bəzən qürur hissi duyurdu. Onun tamaşalarına baxanlar deyirlər ki, Mustafa Mərdanovun səhnəyə gəlişi həmişə bayram olardı. Tamaşaçılar ayağa qalxıb onu sürəkli alqışlarla qarşılayardılar.
O, “Sevil Atakişini, “Müfəttiş Xlestakovu, “Hamlet Balonini oynayırdı. Müharibə illərində ondan sonrakı dövrdə nadir tamaşalar olardı ki, orada Mustafa Mərdanova rol verilməsin. Xaraktercə ciddi insan idi. Çox yaxşı dostluğu vardı.
Azərbaycanın kino sənəti formalaşmağa başladığı ilk dövrlərdən Mustafa Mərdanov müxtəlif xarakterli rollar oynamışdı. O, ixtisasca teatr aktyoru idi, amma kinoda çəkildiyi ilk vaxtlardan rejissorların diqqətini çəkmişdi.

Bismillah”, “Hacı Qara”, “Sevilonun çəkildiyi ilk filmlər idi. Muzdur Qulu (“Bismillah”) filmdə ona verilən çox da böyük olmayan rol olsa da, aktyor debütü kimi çox uğurla ifa etdi. AmmaSevil Atakişi yaddaqalan obraz idi. Atakişi obrazını aktyor əvvəldən axıra kimi detallar üzərində qurmuşdu. M.Mərdanov öz rolunu bəzən yazıq, bəzən gülməli, bəzən zaman qarşısında üsyankar, bəzən edəcəyini bilməyən sadə bir insan kimi oynayırdı. Bütün bunlarla yanaşı, Atakişini mərdlikdən məhrum etmir, onun simasında insan mənliyini uca tutan ləyaqətli babalarımızın xarakterini görürük. Kinomuzun səssiz dövründə məhsuldar çalışaraq səsli dövrə gəlib çıxan Mustafa Mərdanovun simasında qüdrətli kino aktyoru görürük.
Bakılılar”, “Kəndlilər”, “Səbuhikimi filmlərimizdə Mustafa Mərdanov artıq professional kino aktyoru kimi yetişdiyini bir daha təsdiq etdi. Aktyor hətta, bir filmdə iki rolda çəkilirdi. “Kəndlilərfilmi inqilabi mövzudadır. Bu filmdə rejissor Səməd Mərdanov onu iki rolda - kəndli Təhməz menşevik rollarında çəkib. Bir-birinə tamam zidd olan bu obrazlar aktyorun geniş imkanlara malik yüksək istedadı olduğunu bir daha ortaya qoydu.
Onun yaradıcılığında müxtəlif janrlı filmələr olub. O, tarixi filmlərdə müasir filmlərdə olduğu kimi, özünü sərbəst hiss edir,yaradıcılıq imkanlarından çox məharətlə istifadə edirdi. Onun çəkildiyi filmlərdə çox qəribə bir komizm var. Bu komizm isə onun təbiətindən irəli gəlirdi. Bəzən o, ziyalı rolunda oynayıb. Məsələn, “Səbuhi akademiyanın rəisi rolunda çəkilib. “Fətəli xanda Şirin obrazını xüsusi səmimiyyətlə yaradıb.
50-ci illərdən sonra da kinomuzda bir sıra qiymətli rollar yaratmışdır. Tofiq Tağızadə onaGörüşfilmində kolxozçu rolunu həvalə etmişdi. Onun yaratdığı obraz kiçik olsa da, hər halda diqqəti çəkir. Mustafa Mərdanov çox vaxt mənfi tipləri uğurla yaradıb. Belə ki, “Qara daşlarfilmində onun qəhrəmanı Dəmirov əslində, mənfi tipdir. Amma aktyor onu o qədər səlist, səmimi oynayır ki, tamaşaçı bu aktyorun oyun tərzinə, həqiqətən, həsəd aparır.
nəhayət, 1956- ildə ona “O olmasın, bu olsunfilmində Həsən bəyin çox mürəkkəb zidiyyətli obrazı həvalə olundu. Rejissor Hüseyn Seyidzədə aktyorun geniş improvizə imkanlarını nəzərə alaraq ona Həsən bəyi böyük inamla həvalə etmişdi. Buintiligentobrazın bütün xarakterik cizgilərini böyük ustalıqla yaradan Mustafa Mərdanov obrazı əsas qəhrəman səviyyəsinə qaldırır. Məşədi İbadla qonaqlıq səhnəsindəkiduetiisə daha çox maraqlıdır.
Qanun naminəfilmindəki müstəntiq Murtuzov onun yaratdığı obrazlar içərisində öz yeri olan ekran qəhrəmanıdır. Murtuzov da mənfi tipdir. O, Kamilovun əmrlərinin icraçısıdır. Mehmandan əvvəlki prokurorla əlaqəyə girib rayonda baş verən cinayətləri ört-basdır etmişdir. Ancaq Mehmanın gəlişi ilə hər şey dəyişib. İndi Murtuzovun bütün imkanları kəsilmişdir. Aktyor Murtuzovu elə istedadla yaradıb ki, bütün mənfi cizgiləri aydın görsənir.
Xalq artisti, teatr kino rejissoru Adil İsgəndərovun çəkdiyiƏhməd haradadır?” filmində Məmməd kişini ona həvalə etməkdə heç yanılmamışdı. Məmməd kişi dünyagörmüş, həyatın sınaqlarından çıxmış insandır. O, həyat yoldaşını itirmiş, bircə qızı ilə qalmışdır. Məmməd kişi bütün atalar kimi , qızını xoşbəxt görmək istəyir. Köhnə kişilərdən olduğundan qızını qonşu Əhmədə ərə vermək istədiyini bildirəndə aldığı cavab onu çaşdırır. Lakin etməli? Zaman dəyişib, uşaqlar da ki, müasir dövrün uşaqları. O, Məmməd kişini çox səmimi, yaddaqalan cizgilərlə təqdim etmişdi.
O, 1962-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuş, milli teatrımızın inkişafında böyük xidmətlər göstərmişdi. “Mənim müasirlərim “50 il səhnədəkitablarında aktyor ömrünün sənət yolunun çox maraqlı səhifələri əks edilmişdir.

Xalq qəzeti
.- 2008.- 16 fevral.- S. 7.