Kəbutər
İki qardaşdan biri
Xalq Artisti adını daşıyan
qardaşların yaratdıqları obrazlar da oxşardı
Azərbaycan
Dövlət Akademik Dram Teatrında
çalışıb. “Unuda bilmirəm”də
İsmayıl, “Məhv olmuş gündəliklər”də
Naməlum adam obrazlarını yaradıb. Tələbə
vaxtından Həsənağa Salayev, Hökümə
Qurbanova, Leyla Bədirbəyli, İsmayıl
Dağıstanlı ilə eyni səhnəni
bölüşüb. Hər dəfə onlarla birlikdə
səhnəyə çıxmaq böyük bir məktəb
keçməyə bərabər idi. Sonra Moskva. Daha sonra
Bakı və son liman şəhəri- arzular gəmisinin
lvbər saldığı Lənkəran. O tarixdən 35 il
keçir... İndi Lənkaran tamaşaçısı
Qalib Mehdixanlını baş rollarda görməyə
alışıb.
- Sizi necə
təqdim edək Azdramanın aktyoru, xalq artisti Nurəddin
Mehdixanlının qardaşı kimi?
- Yox, o mənim
qardaşımdı. Aramızda 6 il yaş fərqi var.
Sadəcə Nurəddin sənətinin elə
zirvəsindədir ki, hamı məni onun qardaşı
kimi tanıyır. Qardaşım olmasa idi belə onun
sənəti ilə fəxr edərdim.
- İki qardaşdan
biri daha çox populyardı. Bu Qalib Mehdixanlının
əyalət teatrında çalışması ilə
bağlı deyil ki?
- Kimsə
əyalət dediyimiz o qədim şəhərlərin
mədəniyyət mərkəzlərində
çalışmalıdı ya yox? Mənə elə
gəlir ki, bu da xalqın yolunda xidmətdir.
- Ötən
əsrlərdə əyalət mərkəzləri
böyük maarif və mədəniyyət ocaqları kimi
fəaliyyət göstərib. İndi o ənənə
pozulub. Bütün ziyalılar Bakıya toplaşıblar,
mədəniyyət buradan qaynaqlanmağa başlayıb və
əyalətlər unudulub.
- Azərbaycanın
tarixinə və mədəniyyətinə ən böyük
zərbə elə onda vuruldu. Torpaqlarımızın
xanlıqlara bölündüyü vaxtlarda həm də regionlar
inkişaf edirdi. Hər xanlığın öz paytaxtı o
regionun mədəni-maarif ocağı hesab olunurdu. Sovet
quruluşu bərqərar oldu. Başladı regionların
ziyalılarını bir mərkəzə toplamağa.
Çünki o hökumətə ancaq işçi
qüvvəsi lazım idi. Ziyalılar isə onun
nəzarətində olmalıydı. Bu siyasətin
nəticəsidir ki, indi artıq paytaxtdan kənar
yerlərə əyalət demək dəbə
düşüb. Tarixdən danışmasaq da kiçik bir
ekskurs edək. Azərbaycan ədəbi dili bu
gün sizin əyalət dediyiniz Mərkəzi Aran
bölgəsində formalaşıb. Şəki,
Gəncə, Quba mədəniyyət mərkəzləri kimi
fəaliyyət göstərəndə Bakıya
fəhlələr şəhəri kimi baxıblar.
- Bu paytaxt arzusunu
reallaşdıra bilməyən insanların
təsəllisidir?
- Xeyir! Daha səmimi və saf, hələ
kirlənməmiş düşüncələrin
işığında yaşayıb, yaradan, intriqa və
çəkişmələrdən uzaq bir məkanda,
ayaqları asfaltdan daha çox torpaqla təmasda olan,
səması hələ göydələnlərlə
zəbt edilməmiş region adamının qürur yeridir.
Yeri gəlmişkən deyim ki, bu həm də siyasi bir aksiya
idi. Kimi ki, öz təsirlərinin altına sala bilmirdilər
məhv edirdilər. Repressiyaları gözünüzün
önünə gətirin.
- Doğrudanmı,
cəmiyyət o qədər siyasiləşib ki, hətta xalq
artisti ilə belə ancaq siyasətdən
danışırıq?
- Bu tarixdi.
Söhbətimiz tələb edirsə, keçək
mədəniyyət tariximizə. Azərbaycan teatr tarixi 1870-ci
ildən başlanır. O tarixə qədərsə,
Lənkəran ziyalıları Qriboyedovun “Ağıldan
bəla” əsərini tamaşaya qoymuşdular. Həmin
dosye Leninqradda saxlanılır. O dövrün jurnallarından
birində bu haqda məqalələr çap edilib. Sovet
hökumətinin ilk vaxtlarında da Qubada, Şəkidə,
Salyanda, bir sözlə, maarifçilik ənənəsinin
yaşadığı bütün keçmiş qəza
mərkəzlərində teatrlar fəaliyyət
göstərirdi. Bu teatrlar hamısı birdən
qapadıldı. Adını da qoydular ki, tamaşaçı
problemi. Neyçün həmin regionda özfəaliyyət
dərnəyinin hazırladığı tamaşaya
axın-axın gələn tamaşaçı dövlət
teatrının peşəkar tamaşasına maraq
göstərmədi? Deməli, məsələ
başqaydı. Bu da Z7-ci ilin davamı olaraq mənəvi
repressiyalara keçid idi. Bakı, Naxçıvan və
Gəncədən başqa bütün teatrları
bağladılar. Naxçıvanda saxlamağa məcbur
idilər. Çünki ora muxtar respublika idi. Gəncə
də Azərbaycanın ilkin paytaxt şəhəri kimi bu
üstünlüyü əldə etdi.
- Hətta bu gün
belə paytaxt teatrları maliyyə problemlərindən
şikayətçidir. Rayon teatrlarında vəziyyət
necədir?
- Teatr, sənət
ocağının özünütəsdiqi pullamı
ölçülür? Heç vaxt mənəviyyat pulla
formalaşmır, pulla alınmır və satılmır.
Teatrın ən gözəl qazancı onun gözəl
tamaşasıdır ki, o tamaşa ilə insanların
mənəviyyatının formalaşmasına
yardımçı olur. Bizim sənət məbədimiz
Azərbaycan Akademik Opera və Balet Teatrında nə
qədər gözəl sənətkarlarımız
çalışır. Hər il neçə əsər
tamaşaya qoyulur. Xərci və qazancı götürəndə
fərqi aydın görmək olur. Heç sovet
dövründə də teatrın xərci borcunu
ödəməyib. Amma o dövrdə
mədəniyyətimizin quruluşun niyyətinə uyğun
şəkildə inkişafı üçün
büdcənin ağzını gen-bol
açıblar. Çünki hər bir
ölkənin mədəniyyəti onun ideologiyasına
xidmət edir. Hətta Amerika durub desə ki, bu azadlıq
deyil, yalandı. Hər bir dövlət öz
ideologiyası ilə güclüdü. Hər şeyi silah
həll etmir. İdeologiya qədər güclü silah da
yoxdur. Bu baxımdan aktyor əsgərdir. Ona görə də
Sovet dövründə ilk olaraq müəllimləri, bir
də aktyorları qətlə yetirirdilər. Sadəcə
bizdə aktyor qadın paltarı geyindi deyib onu lağ
obyektinə çeviriblər. Bu da milli mentalitetdən
irəli gəlir. Sənətçi hər zaman
ideologiyanın daşıyıcısı olub. Vyetnamla
müharibədən sonra Amerika həmin müharibədə
iştirak etmiş əsgərinə cəmiyyətin
münasibətini dəyişmək üçün “Rembo”
filmini çəkdi.
- Sizin ailə
fəxr edə bilər ki, iki əsgər verib cəbhəyə?
- Hər kəs
öz sənəti, peşəsi ilə xalqına,
dövlətinə xidmət edir. Bizdə bu gün
vətənpərvərlik sözü dəbdədir. Amma siz
inanırsınız ki, yalançı ideoloq,
rüşvətxor müəllim vətənpərvər ola
bilər?
- Aktyorun
vəzifəsi rol bölgüsündə payına
düşəni oynamaqdı.
- Kənardan elə
görünür. Rəhmətlik Ceyhun “Fəryad” filmini
çəkdi və dünyasını dəyişdi.
Sadəcə çəkiliş vaxtı
yaşadığı gərginliklərə ürəyi
dözmədi. O millətin faciəsini oynadı. Aktyor budu.
Hər insanın dünyada bir missiyası var.
- Sizcə Xalq artisti
olub əyalətdə çalışmaq da sizin
missiyanızdı?
- O dövrdə biz
hərbi xidməti Rusiyada keçirdik. Mən hərbi
xidmətə çağrılanda kinostudiyada
çalışırdım. Ona görə də
məni Moskvadakı hərbiləşdirilmiş kinobazaya
xidmətə yolladılar. “Nəsimi”, “Səmt küləyi”,
“Qatır Məmməd” filmlərində kütləvi
səhnələrin çəkilişlərini təmin
etmək üçün bizi Bakıya ezam etdilər.
Oxucu üçün maraqlı olacağını
nəzərə alıb bir faktı demək istəyirəm.
Mən hərbi xidmətə gedərkən həmin
bazanın on bir yaşı qeyd olunurdu. Dövlət Kino
Komitəsinin nəzdində fəaliyyət
göstərən bazanın yaradıcısı
vaxtilə süvari ordu hissəsində xidmət etmiş
azərbaycanlı hərbçi idi. Onun kinoya nə
dərəcədə dəxli olan adam olduğunu bilmirəm,
amma mənə təklif etmişdi ki, Moskvada qalım.
Bakıda dedilər ki, sizin kimi kadrlara ehtiyacımız
var. Kinostudiyanın rəhbəri Ədil
İskəndərov idi, kurs rəhbərim Əlheydər
Ələkbərov sağ idi. Mən gəldim. Nə
Ədil İskəndərov vardı, nə Əlheydər
Ələkbərov. Mədəniyyət nazirliyindən
tövsiyə etdilər ki, Lənkəranda yenicə
açılmış teatrında işə başlayım. Bu gün o
tarixdən 35 il keçir. Bu bir tale gərdişidir. Mən Moskvadan
qayıdanda vəziyyət başqa da ola
bilərdi. Amma region teatrında
çalışmağımla missiyamı
yerinə yetirirəm.
-Bir evdən iki kişinin incəsənətə meyli
aqressiya ilə qarşılanmadı ki?
- Bizim Tahirli kəndinin məscidi
evimizin qarşısında yerləşirdi. Bir
dəstə yeniyetmə idik. Böyük
qardaşım da qoşulurdu bizə. Məhərrəmlik
vaxtı kəndlilərin sinə döyməsini, zəncir
vurmasını təlqin edirdik. Böyüklər
bizi məsciddən qovurdu. Pionerlər
evində tamaşalar hazırlayırdıq. Cəfər Cabbarlının “1905-ci ildə”
əsəri həmin vaxtı dəbdə idi və mənim
rol aldığım ilk işimiz idi. Düzünü
deyim ki, həmin vaxtı aktyor olmaq ağlımın ucundan da
keçmirdi. İlk təhsilimi neft
texnikumunda aldım. İlk iş yerim də Leninneft oldu. Bakı mənim arzularımı da
formalaşdırdı. Tamaşalara olan
marağım teatrla yaxından təmas qurmağa imkan verirdi.
Aktyorları canlı
görürdüm, dinləyirdim. Ali təhsilimi
İncəsənət İnstitutunda almaq istədim.
Qəbuldan sonra sahə rəisimiz məhşur
neftçi Musa Bayramov söz vermişdi ki, imtahanlardan əla
alsan, icazə verəcəm ki, gündüz oxuyasan. Qaydalara
görə mən gecə şöbəsində
oxumalıydım. Söz verdiyi kimi də etdi.İlk cığırı siz
açdınız.
- Nurəddinin
səhnəyə gəlişini deyirsinizsə, ona mənim
təsirim olmamışdı. Atam həmişə
istəyirdi ki, Nurəddin hüquqşünas olsun.
İmtahandan kəsilib sənədlərini
İncəsənət İnstitutuna vermişdi. Nurəddin
qəbul olunduğu haqqında sənədi alıb
kəndə qayıdanda mən rayonların birində film
çəkilişlərində idim. Ondan abituriyent kimi
ayrıldım, həmkar kimi görüşdüm.
- Bu gün
nə ilə məşğulsunuz?
- Lənkəran
teatrında rollarımı oynayıram. Bakıya
səfərim isə “Gürzə” bədii televiziya filminin
çəkilişləri ilə bağlıdır.
- Nurəddinin də
prokuror, müstəntiq obrazları var.
- Biz həyatda da
oxşarıq. Səsimiz daha çox bir-birinə
bənzəyir. Bəzən elə olub ki, Nurəddinin Azdramada
oynadığı rolu mən Lənkəranda oynamışam.
Amma mən xalq artisti Qalib Mehdixanlıyam, o Xalq artisti
Nurəddin Mehdixanlı.
- Aktyorlar
səhnədə bir az kəndçi
sadəlöhvlüyü, bir az səmimilikdən doğan
hadisələrlə həmişə
qarşılaşırlar.
- Bir dəfə
Azdrama Lənkərana qastrola gəlmişdi. “Əliqulu
evlənir” tamaşasını oynayırdılar. Orada
belə bir səhnə var ki, dondurma satan araba ilə gəlir.
Tamaşada milis işçisi də oturubmuş. Baxır ki,
kişi “dondurma”, “dondurma”
çağıra-çağıra gəlir. Durub kişini
həbs edir aparır milis idarəsinə. İndi hamı
yığışır başa salsınlar ki, bu adam
aktyordu. Deyir nə aktyor, bu gəlib
tamaşanı pozur, özü alverçidi,
cəmiyyətə zərərli ünsürdü. O vaxtlar
alver edənlərə qəribə bir ictimai qınaq
formalaşmışdı. İndiyə qədər
yaşlı nəslin nümayəndələri həmin
hadisələri xatırlayırlar.
Lənkəran teatrının özündə isə
“Prokuror” əsərini tamaşaya qoymuşduq. Baş rolda oynayırdım. Dedilər ki,
yaşlı bir kişi səni görmək istəyir.
Görüşdük. Kişi o qədər tamaşaya
aludə olub ki, elə bilib mənə də
şikayət edə bilər. Nə qədər
çalışdım başa sala bilmədim ki, mən
sadəcə rolu ifa edirəm.
Yeni
Azərbaycan.- 2008.- 9 fevral.- S. 8.