"Xocalı-əsrin faciəsi" anıldı
Tədbirdə "Dua" filmi nümayiş etdirildi
Fevralın 26-da M. F. Axundov
adına Milli Kitabxanada "Xocalı-əsrin faciəsi" adlı tədbir keçirilmişdir.
Kitabxananın direktoru Kərim
Tahirov bildirmişdir ki, erməni təcavüzkarlarının Xocalıda
Azərbaycan xalqına
qarşı törətdikləri
bu kütləvi qırğın 613 nəfərin,
o cümlədən
106 qadının, 63 uşağın,
70 qocanın həyatına
son qoymuş, yüzlərlə insan yaralanmışdır.
1.275 dinc sakin əsir götürülmüşdür
ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir.
Tədbirdə qeyd edilmişdir ki, bu gün
60-dan çox ölkədə
Xocalı faciəsi anılmışdır. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev alman faşistləri
tərəfindən yerlə
yeksan edilən Xatın kəndinin faciəsinin bütün dünyada soyqırım kimi tanındığını
vurğulayaraq, Xocalı
faciəsinin də soyqırım kimi tanımasının vaxtı
çatdığını bildirmişdir.
Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş Xocalı
faciəsindən bəhs
edən "Dua" filmi nümayiş etdirilmişdir.
Sonda tədbir
iştirakçıları Qarabağ mözusunda yazılmış və son vaxtlar 80-dən çox müəllifin Xocalı soyqırımına həsr
etdiyi kitabların sərgisinə baxmışlar
Səs.- 2008.- 28 fevral.- S. 12.