Qocayeva A.

 

 

Zəmanəsinin Koroğlusu

 

Xalq artisti Lütfiyar İmanovun haqq dünyasına qovuşmasından 40 gün ötdü. Böyük istedada, yüksək səhnə mədəniyyətinə, geniş səs diapazonuna malik müğənni ağır, zəhmət dolu sənət təcrübəsi, daim özünə sənətinə tələbkar olması sayəsində əbədi xalq məhəbbəti qazanmışdı. Ömrünün sonuna qədər yaradıcılıqla məşğul olurdu. Yeni il qabağı ondan aldığımız son müsahibə zamanı aprelin 17- tamam olacaq 80 illik yubileyini azad olunmuş Dağlıq Qarabağda qeyd etmək arzusunda olduğunu söyləmişdi. İfaçılıq sənətində misilsiz uğurlar qazanmasına, dünya şöhrətli müğənni keçən əsrin ikinci yarısının nadir Koroğlusu olmasına baxmayaraq, daim öz üzərində işləyir, sənətdə yeni ənginliklər fəth etməyə çalışırdı.
Sənətdə olduqca uzun, məşəqqətli yol keçən, daim yeni cığır açmağa çalışan, opera sənətinin bütün sirlərinə bələd olan L
. İmanov milli musiqi mədəniyyətimizi, yüksək ifaçılıq sənətini dünyanın 60-dan artıq ölkəsində misilsiz ustalıqla təbliğ nümayiş etdirmişdir. Opera yaradıcılığının şah əsəri olan Koroğlu obrazı ilə Tbilisi, Krasnodar, Stavropol, Sankt-Peterburq, Moskva digər şəhərlərdə çıxışlar etmişdir. Eyni zamanda ildə bir neçə dəfə MoskvanınBolşoy teatrında dünya operalarının ən gözəl nümunələrində baş rollar oynamışdır.
Böyük müğənnimiz L.İmanov hərtərəfli şəxsiyyət idi. İncəsənətin bütün sahələrinə maraq göstərirdi. Gözəl rəsmlər çəkir, özünəməxsus ustalıqla ayaqqabı paltarlar tikirdi.Opera səhnələrində ifa etdiyi bütün baş rolların- Koroğlu, Vaqif, Otello, Karmen, Xoze, Faust digər obrazların şəkillərini çəkərək evində otağının divarından asmışdı.
Yaradıcılığı boyu
bir sıra böyük sənətkarlarla, o cümlədən Gülağa Məmmədov, Şövkət Ələkbərova, Nərminə Məmmədova, Zəhra Rəhimova bu kimi ustad ifaçılarla çiyin-çiyinə çalışmışdı.
1960- ildə Hindistana başlamış ilk qastrol səfərindən tutmuş son günl
ərinə qədər qədəm qoyduğu bütün ölkələrdə Azərbaycan musiqi mədəniyyətinin, ifaçılıq sənətinin yüksək səviyyədə tərənnümçüsünə çevrilmişdir. Müğənni qastrol səfərlərindən ən yüksək mükafatlarla qayıdırdı. 1975-ci ildə YUNESKO-nun xətti ilə ustad dərslər vermək məqsədilə 6 aylıq Milana göndərilmişdi. Üstündən ikicə ay ötməmiş Ü. Hacıbəyovun yubileyində Koroğlunun ariyasını ifa etmək üçün geri çağırılan L.İmanov yubileydən bir gün əvvəl Bakıya çatmış, səhəri məşq edərək axşam opera səhnəsində Koroğlunu misilsiz sənətkarlıqla ifa etmişdir. Yubileydən sonra müğənninin əlini sıxan ulu öndər Heydər Əliyev heyrətlə demişdir: “ Ay Lütfiyar, bu axşam sən bilirsənmi neylədin?! Mənə elə gəlir ki, axşam Milana uçub səhər qayıtsan, yenə belə gözəl oxuyarsan. Çox sağ ol, yaşa, Lütfiyar...”. Mədəniyyətimizin hamisi Heydər Əliyev müğənninin təkrarsız sənətini şəxsiyyətini daim yüksək qiymətləndirirdi. 1998-ci ildə ulu öndər Heydər Əliyev müğənniniİstiqlalordeni ilə təltif etmişdir.
Söhbətlərimiz zamanı L. İmanov bu sənətdə gücü, qüvvəti, həvəsi böyük Bülbüldən aldığını iftixarla söyləyirdi. Bu sevginin nəticəsi idi ki, dissertasiyasının mövzusunu da məhz Bülbülün sənətinə həsr etmişdi.
Lütfiyar müəllim daim mütaliə ilə məşğul olan, səhnə formasını saxlayan, olduqca dəqiq, məsuliyyətli, özünə başqalarına qarşı tələbkar bir şəxsiyyət idi.
L. İmanov bir sıra opera operettaların həm quruluşçu rejissoru, həm baş rolların ifaçısı olmuşdu. Ş. Bədəlbəyli V. AdıgözəlovunÖlülər”, Ə. BədəlbəylininSöyüdlər ağlamaz”, S. ƏləsgərovunBahadur Sona”, R. MustafayevinVaqifoperalarını, Ş. BədəlbəylininArşın mal alan”, “Hacı QaraGözün aydınoperettalarını hazırlamışdı.
Ən böyük arzularından biri Təbrizdə konsert vermək idi. 2003-cü ildə bu arzusunu da reallaşdırdı. Təbrizdə dünyanın heç bir yerində duymadığı böyük bir h
ərarətlə qarşılandığını gözləri yaşara-yaşara qürurla danışırdı.
Lütfiyar müəllim gözəl ailə başçısı, eyni zamanda olduqca sadə səmimi bir insan idi. Saatlarla sənət haqqında söhbətləri sevirdi. Böyük sənətindən söz açanda uşaq kimi saflaşar, fərəhlənər, sevincdən gözləri dolardı. Yeni bəstələdiyi mahnılarını piano arxasına keçərək həmsöhbətinə çatdırmağa tələsərdi.
Allah görkəmli sənətkar Lütfiyar İmanova rəhmət eləsin!

 

 

      İki sahil.- 2008.- 29 fevral.- S. 6.