Qaliboğlu E.

 

Xosalı faciəsi uşaqların gözü ilə


Rəsm sərgisi açıldı


Dünən Muzey Mərkəzində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) və Qadın və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Müharibə uşaqların gözü ilə" adlı rəsm sərgisinin açılışı oldu.
Sərgi Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyinə Xocalı Soyqırımı gününə həsr olunmuşdu.
İlk çıxış edən Ombudsman Elmira Süleymanova tarix boyunca erməni faşizminin xalqımızın başına gətirdiyi qanlı cinayətlərdən, terror aktlarından, soyqırımlardan
danışdı: "Çoxsaylı tarixi sənədlər sübut edir ki, hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə xalqımız Qafqazda - öz tarixi ərazilərində etnik təmizləmə soyqırım siyasətinə məruz qalıb, yüz minlərlə soydaşımız qətlə yetirilib, öz torpaqlarından deportasiya ediliblər".
E.Süleymanova fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366- motoatıcı alayı ilə birlikdə törətdiyi cinayəti "müharibələr tarixində bənzəri olmayan hadisələrdən biri" adlandırdı, qeyd etdi ki, bu zaman soydaşlarımızın insan hüquqları, başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə pozulub. Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş
qaydada, milli əlamətinə görə insanların tamamilə qismən
məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq dövlətdaxali hüquqa əsasən məhz genosiddir. Bu vəhşilik vandalizm aktı Xatın Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır".
Ombudsman uşaqların Xocalı faciəsini əks etdirən mövzuda rəsmlər çəkmələrini sözügedən faciənin onların ağlında, yaddaşında doğurduğu təsirin yetkin ifadəsi kimi dəyərləndirdi, yetişməkdə olan yeni gənc nəslin tarixi fəlakətlərimizə gerçəkçi, fitrətən haqlı baxışını, başımıza gətirilən fəlakətin səbəbkarlarının bu rəsmlərdə aydın göstərildiyini bildirdi.
Müdafiə Nazirliyinin şöbə rəisi, əməkdar incəsənət xadimi Abdulla Qurbaninin faciə mövzusunda çıxışı maraq doğurdu: "Bu gün dünyanın 60-dan çox ölkəsində Xocalı soyqırımının 16- ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Müharibəyə biz hərbçilərin gözü ilə baxsaq, tamamilə başqa cür görünür. Amma uşaqların gözü ilə bu mövzuya baxdıqda tamam başqa təəssürat yaranır. Azərbaycan uşaqlarının gözündə müharibə dağıntıdır, faciədir, göz yaşıdır, qara geyimlərdir, Şəhidlər Xiyabanlarıdır, bölgələrimizdə günü-gündən sayları çoxalan şəhid məzarlarıdır. Xalqımız tarixən humanist olub,
bu xalq müharibənin olduğunu yaxşı bilir. Çünki Azərbaycanın sərvəti, var-dövləti zaman-zaman yadellilərin bu torpaqlara iştahlanmasına, hücum etməsinə səbəb olub.
Gəliblər, cavablarını da alıb, gediblər. Erməni təcavüzünün 20 ili uzun bir tarixi əhatə edir. Uşaqların müharibə mövzusunu hərtərəfli duyması, düşmənə nifrət duyğusu ifadə etmələri məni çox kövrəltdi, həm duyğulandırdı. Azərbaycanı gələcəkdə müharibə, soyqırım təhlükəsindən xilas edəcək gənclərin tərbiyəsinə bu kimi tədbirlər müsbət təsir edir. Sabahkı əsgərlərimiz bu gün belə tədbirlərin təsiri ilə formalaşır. O deməkdir ki, onlar sabah Vətənimizin keşiyində daha möhkəm duracaq, düşməni daha yaxşı tanıyacaqlar".
Şair müharibənin, faciənin doğurduğu tükürpədici olaylardan birini danışdı: "Taleh 1995-ci ildə məskunlaşdığı Gəncədə 6-7 yaşlı bir uşaq idi, hazırda isə Azərbaycan Silahlı Qüvvələrinin əsgəridir. Vaxtilə onun danışdığı hadisəni sizə danışmaq istəyirəm. Balaca Talehin atası Vidadi Xocalıda həmin gecə ermənilər tərəfindən tutulub. Son anda o, ermənilərə deyib: "Siz indi mənim başımı bu murdar erməninin qəbri üstündə kəsəcəksiniz. Ancaq unutmayın ki, gec-tez biz qalib gələcəyik. Kəsin, insan cəlladları, kəsin başımı. Mən öz qisasımı sizdən çoxdan almaşam".
Bu hadisənin canlı şahidləri bilirirlər ki, Xocalıdan diri tutulanlaran biri Viadidir ki, erməninin qəbri üzərində onun başı kəsilib. 6 yaşında Xocalı faciəsini görən Taleh həmin gecəni belə xatırlayır: "Həmin gecə atam postdan yenicə qayıtmışdı. Dedi ki, vəziyyət pisdir. Anam süfrə açdı, elə süfrə başına toplaşmaq istəyirdik ki, hər tərəfdən atəş açıldı. Atəşin arası kəsilmirdi.
Atam silahını götürüb getdi. O andan başlayaraq Xocalı ardıcıl atəşə tutuldu. Hər yanda qırğın, qiyamət, qan vardı. Atam çıxanda dedi ki, həyətdəki hamamda gizlənin. Mən, balaca bacım, anam, bibim başqa qohumlarımız hamamda gizləndik. Qızları hamamdakı odun qalağının arxasında gizlətdilər. Ermənilər gəldilər. Birdən bacımı öskürək tutdu, ermənilər səsdən bildilər ki, burda adam var, hamımızı tutdular".
Uşaqlar qadınlar 4 gün hamamda qalıblarmış: "Əsirləri Ağdama dəyişmək üçün gətirirlər. O zaman bunları qoymurlarmış ki, ətrafa baxmaq olmaz. Balaca Taleh isə maşındakı balaca deşikdən baxır, hər yanın meyitlərlə dolu olduğunu, hətta çəpərlərin üstündən körpə uşaqların
meyitlərinin asıldığını görür".
A.Qurbani rəsm sərginin uşaqların yaddaşında dərin tərbiyəvi iz buraxacağına əminliyini ifadə etdi: "Faciələrimizdən ibrət götürməliyik, hər an Vətənin müdafiəsinə hazır olmalıyıq. Qoy dünyanın bütün ölkələrində Azərbaycanın başına gətirilən faciələrdən xəbərdar olsunlar".
Azərbaycan Qadın İnkişaf Mərkəzinin vitse-prezidenti
Şövkət Xanməmmədova dedi: "Bu müharibənin ağrılarını bir
şəhid ailəsi olaraq dərindən duyuram. Hələ yaralarımız qaysaq bağlamayıb. Yalnız torpaqlarımız qaytarılandan sonra yaralarımıza məlhəm qoyulacaq. O zaman şəhidlərimizin məzarlarına ziyarətə alnıaçıq gedəcəyik. İllərlə bağlı qapılar arxasında imzalanan müqavilələr nəticəsində torpaqlarımız ermənilərə bağışlanılıb. Uşaqlarımızın Xocalı mövzusunu bu dərəcədə aydın duyması, çəkmələri bu fəlakətin xalqımız tərəfindən heç zaman unudulmayacağından xəbər verir. Bu gün analarımızın dilindən "Laylay, Xocalım", "Laylay, Kəlbəcərim, Ağdamım, Füzulim, Zəngilanım", eşidirik. Qoy analarımızın başlarına bağladıqları qara yaylıqlar tezliklə açılsın, o torpaqlarda balalarımızın toy-nişanları olsun!
Xocalıya həsr olunmuş şeirlərin ifasından sonra müsabiqəyə təqdim olunmuş rəsmlərin qalibləri münsiflər heyəti tərəfindən mükafatlandırıldı. Müsabiqəyə Bakının müxtəlif məktəb yaradıcılıq mərkəzlərindən 5-18 yaşlı uşaqlar tərəfindən 160 rəsm təqdim edilmişdi. E.Süleymanova qaliblərə sertifikat mükafatlar təqdim etdi. 8 yaşlı Səyyarə İsayeva 1-ci yerə layiq görüldü. Bu rəsmdə ağlayan ananın göz yaşlarından birində alovlanan yurd, digərində isə öldürülən uşaq obrazı təsvir edilib. Ana başına qara bağlayıb. Ümumiyyətlə isə bütün mövzularda uşaqların Xocalı faciəsini dərindən duyduqları aydın sezilirdi.

 

Xalq ncəbhəsi.- 2008.- 26 fevral.- S. 14.