Rüstəmov İ.
“Xəcalət”li
günümüzün dərdlərini Çingiz Aytmatov da
yaşadı
Respubilkanın hər yerində
olduğu kimi, Akademik Milli Dram Teatrının kollektivi də fevralın 26-sı — Xocalı soyqırımı
qurbanlarırın xatirəsini
öz tamaşaçıları
ilə birlikdə Hüseynbala Mirələmovun
“Xəcalət” pyesinin
tamaşası ilə
andı. Tamaşa başlamamışdan əvvəl
səhnəyə qalxan
teatrın direktoru Maqbet
Bünyadov Xocalı faciəsinin Azərbaycan xalqının qanı axan yarası olduğunu vurğulayaraq bildirdi ki, bu
faciəni bütün
dramatikliyi ilə əks etdirən səhnə əsərlərini
yazmaq və vaxtaşırı onları
teatrlarımızın səhnəsinə
çıxarmaq çox
vacib məsələdir.
Çünki erməni
faşistlərinin
xalqımıza qarşı
törətdiyi ən
dəhşətli qətliamlardan
biri kimi bu faciə nəsillərə
daim xatırladılmalıdır
ki, onlar məkrli düşmənin
fitnə-fəsadına
heç zaman uymasınlar. Sonra M.Bünyadovun xahişi ilə tamaşaçılar
Xocalı faciəsi qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər.
Qaçqınlıq həyatının,
vətən həsrətinin
ağrı-acısını,
Qarabağ itkisinə biganəliyin doğurduğu
bəlaları əks
etdirən tamaşa iki saatdan artıq
davam etdi. Dünya şöhrətli
qırğız yazıçısı,
xalqımızın sevimli
dostu Çingiz Aytmatovun pyesi tamaşaçı kimi seyr etməsi teatrın aktyorlarını
öz rollarını
daha məsuliyyətli
və böyük ustalıqla oynamağa sövq etmişdi. Xüsusilə zəmanəsinin
eybəcərliklərini, yaşıdlarının və gənc nəslin yaşanmış
faciələrə biganəliklərini,
laqeydliklərini, var-dövləti Vətən
dərdindən üstün
tutanları oynadığı
Vətən obrazının
dili ilə xalq artisti Nurəddin
Mehdixanlı çox böyük yanğı ilə tamaşaçılara
çatdırırdı.
Tamaşanın başa
çatdığını bildirən tamaşaçı
alqışlarından sonra
aktyorlar, rejissor, əməkdar incəsənət
xadimi Bəhrəm Osmanov və yazıçı-dramaturq
Hüseynbala Mirələmovla
yanaşı, teatrın
fəxri tamaşaçısı,
görkəmli yazıçı
Çingiz Aytmatovu da səhnəyə dəvət etdilər.
İlk növbədə
dostu, yazıçı-
dramaturq Hüseynbala Mirələmova belə dərin məzmunlu, dramatik-fəlsəfi bir əsəri yazdığına görə
təşəkkür edən
Çingiz Aytmatov aktyor truppasının yüksək ustalığından
da çox razı qaldığını
bildirdi. O, həmçinin
qeyd etdi ki, Akademik Milli
Dram Teatrının böyük potensialı olduğunu göstərən
bu tamaşa, ona qısa müddətə
də olsa, Azərbaycanın dərdlərini
yaşatdı. Yazıçı
Xocalı faciəsinin
anım günündə,
xalqımızın dərdinə
şərik olduğunu
və bütün soyqırımı qurbanlarının,
şəhidlərin ruhu
qarşısında baş
əydiyini söylədi.
Tamaşadan sonra jurnalistlərə
müsahibəsində Ç.Aytmatov
dedi: “Ən başlıcası ondan ibarətdir ki, bu ümummilli faciənin əsas mahiyyəti, mənası
”Xəcalət" pyesində
özünün yüksək
bədii-dramatik ifadəsini tapmışdır
və bu olduqca güclü təsir gücünə malikdir. Mən gördüm ki, aktyorlar sadəcə oynamırdılar, onlar dramaturq Hüseynbalanın
yazdığı, göstərdiyi
emosional, dramatik məqamları yaşayırlar.
Hüseynbala ruhən mənə o qədər yaxındır
ki, tamaşaya baxdıqca elə bilirdim bu əsəri
özüm yazmışam.
Mən dostumu təbrik edirəm. Mən, bəlkə də bir az
kənar tamaşaçıyam.
Amma onu deyim ki, heç
də yüngül janrları, hər hansı komediyanı xoşlamıram. Mənim sevdiyim məhz “Xəcalət” kimi dərin məzmunlu, dramatik-fəlsəfi əsərlərdir. Burada
bizim müasirlərimizin
obrazlı ifadəsi əks olunmuşdur və aktyorlar da bunu çox
böyük ustalıqla
nümayiş etdirə
bildilər".
Sonra yazıçı
Çingiz Aytmatov Akademik Milli Dram Teatrının binasını gəzdi və təəssüratlarını
bölüşdü. Aktyorlar
üçün yaradılmış
şəraitin yüksək
səviyyəsindən məmnun
qaldığını söylədi.
Söhbət zamanı
qonağa bildirdilər
ki, teatr 1990-cı ildən sonra onun yaradıcılığına
ikinci dəfə müraciət edib. Artıq iki aydan çoxdur ki, onun “Çingiz
xanın ağ buludları” əsərinin
məşqləri gedir
və yaxın zamanlarda teatr onu tamaşaçılarına
təqdim edəcək.
Xalq qəzeti.- 2008.- 28 fevral.- S. 7.