Avropa Şurasının Mədəniyyət üzrə Komitəsi Bürosunun fövqəladə iclası kecirilmişdir

 

Yanvarın 31-də Parisdə Avropa Şurasının Mədəniyyət üzrə Komitəsi Bürosunun fövqəladə iclası keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyətimiz də iştirak etmişdir. İclasda Avropa Mədəniyyət Nazirləri Konfransının by il oktyabrın 1-2-də Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi müzakirə olunmuşdur.

Tədbirdə konfransın mövzusu və coğrafiyası barədə fikir mübadiləsi aparılmışdır. Konfransın mövzusunun mədəniyyətlərarası dialoqa həsr olunduğu nəzərə alınaraq, Avropa Mədəniyyət Nazirləri ilə yanaşı, İSESKO və ALECSO beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirakı da planlaşdırılmışdır.

Səfər zamanı Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Luvr muzeyinin direktoru Anri Luaret arasında görüş olmuşdur. Görüşdə muzey işi sahəsində mütəxəssislər mübadiləsi, qarşılıqlı sərgilərin və Luvr muzeyinin ən möhtəşəm salonunda - Auditoriumda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsertin keçirilməsi barədə razılıq əldə edilmişdir.

 

Respublika.- 2008.- 2 fevral.- S. 6.