Bakıda Alman Uşaq
Filmləri Festivalı keçirilib
Alman-Azərbaycan
Mədəniyyət Birliyi - "Kapellhaus"da Alman Uşaq
Filmləri Festivalının açılış mərasimi
keçirilib. Film festivalı Almaniya Federativ Respublikasının
Azərbaycandakı səfirliyi və Alman- "Kapellhaus"un
təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış
edən Almaniyanın Azərbaycandakı səfirliyinin
mədəniyyət şöbəsinin müdiri Herbert
Şmiter festival çərçivəsində 10 alman filminin
nümayiş etdiriləcəyini bildirib: "Festival
çərçivəsində xeyli əvvəl istehsal
olunmuş və yeni çəkilən filmlər
göstəriləcək. Biz istərdik ki, bizim
mədəniyyət proqramımız maraqlı olsun və bu
proqram çərçivəsində yüksək
səviyyəli tədbirlər keçirilsin. Almaniyada Azərbaycan
İlinin keçirilməsini çox yüksək
qiymətləndirirəm. Biz sizin mədəniyyətinizi daha
yaxından tanımaq istəyirik. İnanıram ki, bu yolda
çoxsaylı tədbirlər keçiriləcək".
H.Şmiter deyib ki, bu
filmlər daha əvvəllər Ankara və Moskvada da nümayiş
etdirilib. Açılış mərasimindən sonra
iştirakçılar "Pünktxen və Anton"
filminə tamaşa ediblər. Martın 23-dək davam
edəcək festival çərçivəsində
"Uçan sinif otağı", "Emil və
xəfiyyələr", "Heyvanlar konfransı",
"Balaca sehirli fleyta", "Buz ürək", "Balaca
əkizlər", "Altılığın dünyaya
gəlişi", "Balaca ruh", və "Sakitlikdən
sonra" filmləri nümayiş olunacaq.
Səs.- 2008.- 22 fevral.- S. 16.