Bakıda
İran kino həftəsi
Dünən “Azərbaycan” kinoteatrında
açılış mərasimi
keçirilib
Dünən
“Azərbaycan” kinoteatrında
İran kino həftəsinin açılış
mərasimi keçirilib.
APA-nın məlumatına
görə, tədbirdə
çıxış edən
İran Azərbaycandakı
səfirliyinin Mədəniyyət
Mərkəzinin sədri
Seyyid Əliəkbər
Ocaqnejad kino həftəsinin fevralın
22-nə kimi davam edəcəyini deyib. Bu müddət
ərzində beş İran filminin nümayiş olunacağını
qeyd edən mərkəz sədri, göstərilən filmlərin
olduqca böyük maraq doğuracağına
inandığını vurğulayıb.
Açılış mərasimində
rejissor Məcid Məcidinin “Asiman uşaqları” filmi nümayiş etdirilib. Bakıda İran kino həftəsi çərçivəsində
“Azərbaycan” kinoteatrında
fevralın 19-da Kamal Təbrizinin “Şeyda”, fevralın 20-də Əzizulla Həmidnejadın
“Soyuğun göz yaşları”, fevralın
21-də Müctəba
Rain “Pərvanənin ad günü”, fevralın 22-də Məcid Məcidin “Yağış” filmlərinin
nümayişi nəzərdə
tutulur.
Yeni Azərbaycan.- 2008.- 19 fevral.- S. 8.