Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Budapeştin tarixi-memarlıq abidələri
ilə tanış olmuşdur
AzərTAc xəbər verir ki,
fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin
Macarıstana dövlət səfəri
çərçivəsində ölkəmizin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva Budapeştin tarixi
memarlıq abidələri ilə tanış olmuşdur.
Mehriban xanım əvvəlcə Macarıstan
memarlığının qədim
abidələrindən olan
Buda qəsrinə tamaşa etdi.
Azərbaycanın birinci
xanımı Kral sarayının (XIII-XVIII əsrlər)
Qəsr muzeyi ilə də tanış oldu. Bildirildi ki, orta əsr Avropa
memarlığının gözəl
nümunələrindən olan bu qəsr
paytaxt Budapeştin əsas simvoludur. Burada Macarıstanın etnoqrafiyasına aid eksponatlar da nümayiş etdirilir. Mehriban Əliyeva qəsrin ərazisini gəzdi, Balıqçılar
qalasından Budapeştin
mənzərəsini seyr
etdi.
Daha sonra Azərbaycanın birinci xanımı müqəddəs
Matiyaş kilsəsində
(XIII-XV əsrlər) oldu.
Orta əsr Avropa memarlığının
incilərindən olan
kilsə əzəməti
ilə diqqəti cəlb edir. Mehriban xanım Əliyeva burada fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan.- 2008.- 19 fevral.- S. 2.