Həmidə

 

Erməni terroruna qarşı

 

Azərbaycan həqiqətləri bu dəfə erməni lobbisinin kök saldığı Fransada yayıldı

 

Bir müddət öncə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının Londonun ardınca Parisdə təqdimatı oldu.

Təqdimatın bu şəhərdə keçirilməsi təsadüfi deyildi. Hər kəsə məlumdur ki, bütün dünyanı cəfəng ideyalarına inandırmağa çalışan erməni lobbisinin əsas kök saldığı mərkəzlərdən biri məhz Parisdir.

İctimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək məqsədi daşıyan təqdimat mərasimində tədqiqatçılarla yanaşı, beynəlxalq nümayəndəliklərin üzvləri də iştirak ediblər.

Heydər Əliyev Fondunun Xarici İşlər Nazirliyi ilə birgə hazırladığı kitab işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mədəni irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən konkret faktlarla bəhs edir.

Kitabda Azərbaycan torpaqlarında erməni işğalınadək olan mədəni sərvətlərimizin siyahısı, həmin rayonların xəritələri verilib. Habelə, Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarix, mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən müxtəlif fotolar da verilib.

Nəşrdə öz əksini tapan foto və digər materiallar barədə tədbir iştirakçılarını məlumatlandıran müəlliflər, bununla erməni faşizmi barədə dünyanın çox ciddi bir arenasını bilgiləndirməyə müvəffəq oldular.

 

Mədəniyyət.- 2008.- 15 fevral.- S. 3.