Heydər Əliyev Fondu gördüyü işlərlə dövlət
qurumlarına və QHT-lərə nümunə olmağa çalışır
2007-ci ildə Heydər Əliyev Fondu (HƏF) bir sıra layihələr həyata keçirib
Əsasən təhsil, səhiyyə, mədəniyyət
və idman sahələrinə aid olan bu layihələr
ölkənin bütün
regionlarını əhatə
edir. HƏF-nin icraçı direktoru Anar Ələkbərovun qəzetimizə
verdiyi məlumata görə, ötən il həm daha
əvvəlki illərdə
başlanılan layihələrin
icrası davam etdirilib, həm də yeni layihələr
həyata keçirilib.
O deyib ki, 2005-ci ildə icrasına start verilən “Yeniləşən Azərbaycanda
yeni məktəb layihəsi” çərçivəsində
ümumilikdə 200-dək
məktəb tikilib və ya əsaslı
təmir olunub: “Birinci mərhələdə
132 məktəb inşa
olunmuşdu, 58 məktəb
isə 2006 və
2007-ci illərdə tikilib
istifadəyə verildi.
Onlardan bəziləri
əsaslı şəkildə
təmir olundu. Biz bu işimizi
bu il də
davam etdirmək niyyətindəyik”. A. Ələkbərov
bu il həmçinin
məktəb tikintisi ilə yanaşı, təhsil müəssisələrinin
əyani vəsaitlərlə
təmini məsələsinə
ciddi fikir veriləcəyini də vurğulayıb. O, 2007-ci ilin sonundan etibarən
orta məktəblərdə
fənn kabinetlərində
istifadə olunan rus dilli əyani
vəsaitlərin Azərbaycan
dilinə tərcümə
olunmağa başlandığını,
bu ilin ilk
aylarında çap işlərinin tamamlanacağını
bildirib.
Ötən il “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın icrası ilə bağlı da xeyli işlər
görülüb. Proqram
çərçivəsində bu müəssisələrdə
mütəmadi olaraq treninqlər, silsilə tədbirlər keçirilib,
valideynlərlə görüşülüb.
Bu qurumlarda da yenidənqurma və bərpa işləri həyata keçirilib.
HƏF-nin reallaşdırdığı böyük
layihələrdən biri
də “Talassemiyasız
həyat naminə proqram”dır. HƏF rəsmisi deyib ki, ötən il bu proqram
çərçivəsində Talassemiya Mərkəzinin inşasına başlanıb:
“Bu layihəni gerçəkləşdirmək üçün Türkiyənin
TİKA qurumu ilə sıx əməkdaşlıq
edirik. TİKA ilə imzaladığımız müqavilə
əsasında bu qurum Talassemiya Mərkəzinin təchizatını
həyata keçirəcək.
Bu ilin aprel
ayında mərkəzin
tikilişini yekunlaşdırmağı
planlaşdırırıq”.
Türkiyədə Heydər Əliyev Fondunun Nümayəndəliyi
açılacaq
Ötən il HƏF üçün həm də ona görə
əlamətdar olub ki, onun Rusiya
və Rumıniyada nümayəndəlikləri fəaliyyətə
başlayıb. “Rusiyada
açılan nümayəndəliyimizə
ümummilli lider Heydər Əliyevin nəvəsi Leyla Əliyeva rəhbərlik edir. Bu nümayəndəliyimiz
ötən il Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
istiqamətində xeyli
iş görüb. Moskvadakı 157 saylı Azərbaycan orta məktəbində kütləvi
tədbirlər keçirilib.
Eyni zamanda, Rusiyanın qocalar və əlillər evlərinə, internat məktəblərinə ziyarətlər
edilib”, - deyən A. Ələkbərov bu il ABŞ və Türkiyədə nümayəndəliklərin
açılacağını söyləyib. O bu il Rumıniyanın Kluj şəhərində
türklərin sıx
məskunlaşdığı bölgədə bir məktəbin əsaslı
şəkildə təmir
olunacağını da
bildirib. “Türkiyə
şirkətləri və
QHT-ləri ilə ciddi əməkdaşlıq
edirik. Bu əməkdaşlığı daha da inkişaf
etdirmək üçün
bu il qardaş
ölkədə nümayəndəlik
açacağıq. Türkiyənin
bu sahə üzrə fəaliyyət
göstərən böyük
QHT-ləri var və biz bu
qurumların təcrübələrindən
faydalanmaq istəyirik:
Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın da yaxın dəstəyini
hiss edirik”,- deyə o qeyd
edib.
A. Ələkbərov Azərbaycanda
fəaliyyət göstərən
türk şirkətləri
ilə də əməkdaşlıq etdiklərini
vurğulayıb. Bunların arasında
“Çağ” Öyrətim
Şirkətinin xüsusi
yer tutduğunu deyən HƏF-nin icraçı direktoru ötən il bu şirkət
ilə birlikdə iki böyük layihə (İNEPO Beynəlxalq
Ekologiya Olimpiadası və mədəniyyətlərarası
dialoqla bağlı beynəlxalq sərgi) gerçəkləşdirdiklərini söyləyib. Bu əməkdaşlığın davamı olaraq bu ilin aprelində
bu iki qurum
ekologiyaya dair növbəti beynəlxalq
olimpiada keçirəcək.
Heydər Əliyev Fondu beynəlxalq donor qurumları Azərbaycana cəlb etmək istəyir
A. Ələkbərov
deyib ki, HƏF 2007-ci ili beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətində
prioritet il elan etmişdi. Ona görə də ötən il “Uralsip” maliyyə
korporasiyası, “Xabar Or-Avner” Fondu kimi məşhur qurumlar ilə HƏF arasında əməkdaşlıq
müqavilələri imzalanıb:
“Uralsip” ilə imzalanan müqavilə əsasında bu ilin mart ayında
Azərbaycanda serebral iflic xəstəliyindən
əziyyət çəkən
uşaqlar üçün
mərkəzin inşasına
başlanacaq. “Xabar Or-Avner” ilə isə “Tolerantlığın
ünvanı Azərbaycan”
layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində
Buzovna qəsəbəsindəki
Cümə məscidinin
əsaslı təmiri,
Yəhudi məktəbinin
inşası və Ortadoks kilsəsinin yenidənqurulması nəzərədə
tutulub”.
A. Ələkbərovun sözlərinə
görə, artıq
HƏF beynəlxalq aləmdə
tanınan, etibar edilən bir qurumdur. Bu etibarlılığı
möhkəmləndirmək üçün UNİSEF, “Save
the Children”, BMT İP kimi beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilir. Bundan məqsəd həm HƏF-in dünyada
tanıdılması, həm
də xarici fondların və donor təşkilatların
Azərbaycana cəlb edilməsidir.
Bu il Xocalı soyqırımı 60-a yaxın
şəhərdə tanıdılacaq
“Ötən
il Xocalı soyqırımının 15-ci ildönümü
ilə bağlı dünyanın bir çox ölkələrində
silsilə tədbirlər
keçirdik. Bu il də fevralın
24-dən etibarən bu işimizi davam etdirəcəyik. Dünyanın 60-a yaxın
şəhərində müxtəlif
formatlı tədbirlər
keçirəcəyik. 30 şəhərdə
isə xüsusi foto və filmlərdən
ibarət sərgilər
təşkil edəcəyik.
Bundan başqa, dünyanın nüfuzlu nəşrləri
sayılan “Vaşinqton
Post”, “İndependent” və “Nyu York
Taymz” kimi qəzetlərdə Xocalı
soyqırımı ilə
bağlı dərc olunan yazılar da sərgi iştirakçılarının
diqqətinə çatdırılacaq.
Ötən il bizim tərəfimizdən
keçirilən
“Xocalı uşaqların
gözü ilə” adlı rəsm müsabiqəsində iştirak
edən əsərlər
də sərgilərdə
nümayiş etdiriləcək.
İstanbul və Ankarada da tədbirlərimiz
olacaq. Moskva da xüsusi tədbir keçirəcəyimiz
şəhərlər arasında
olacaq”.
A. Ələkbərov deyir
ki, HƏF gördüyü
bütün işlərlə
dövlət qurumlarına
və digər QHT-lərə nümunə olmağa çalışır.
Bunun üçün kitablar və bülletenlər də hazırlayaraq pulsuz şəkildə bu qurumlara paylayır.
Ötən il Xarici İşlər Nazirliyi ilə birgə ingilis dilində hazırlanan “Azərbaycana qarşı müharibə: mədəni
irsimizin hədəfə
alınması” kitabı
da bu məqsədə
xidmət edir.
İlk dəfə olaraq xaricdə Azərbaycanın
maliyyəsi ilə məktəb tikildi
Ötən il HƏF üçün xüsusi
bir layihə ilə yadda qaldı. Bu da Pakistanda
tikilən qızlar liseyidir. Kəşmirin
Müzəffərabad ərazisində
ən müasir standartlara uyğun şəkildə inşa olunan lisey Azərbaycanın
xaricdə inşa etdiyi ilk təhsil
müəssisəsidir. “2005-ci ildə burada dəhşətli zəlzələ
baş vermişdi. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə burada qızlar üçün
lisey tikmək qərarına gəldik. İnşaat işlərinin
icrası üçün
Pakistan hökumətinin
ERRA təşkilatına müraciət
etdik. Ancaq bu təşkilat yalnız 2009-cu ildə sifarişimizi yerinə yetirə biləcəyini söylədiyi üçün
biz bununla razılaşmadıq və
tikinti işlərini özümüz həyata
keçirmək qərarına
gəldik. Tenderin qalibi Türkiyənin
TURCON şirkəti oldu.
Ötən il bu məktəbi tikib istifadəyə verdik. Pakistan rəsmilərinin də etiraf etdiyinə görə, bu məktəbin analoqu bu ölkədə
yoxdur. 450 şagird yerlik, müasir labaratoriyalı, akt zalı, kitabxanası və idman meydançaları
olan bu məktəbə
bundan sonra da yardım etməyi düşünürük”.
Ötən il HƏF-nin reallaşdırdığı
layihələrdən biri
də “Hərəyə
bir ağac əkək” olub. Bu layihə çərçivəsində
Azərbaycanın müxtəlif
bölgələrində 1,5 milyon ağac əkilib. Əlverişsiz
hava şəraiti ucbatından bunlardan 500 mini tələf olsa da qalan
ağaclara indi də qulluq göstərilir.
2007-ci ilin yadda qalan layihələrindən
biri də Muğam Müsabiqəsi oldu. Bu layihə ilə bağlı olaraq bu il Dənizkənarı
milli parkda Muğam Mərkəzinin inşası tamamlanacaq. Tar formalı bu binanın tikintisi avqustda başa çatacaq.
Anar Ələkbərov
deyir ki, bu il də
yeni layihələrin icrası davam etdiriləcək.
Zaman.-
2008.- 23-25 fevral.- S. 13.