İsmayılov X.İ., İsmayılov N.İ.

 

Azərbaycan Respublikası regionlarının social-iqtisadi inkişafı Dövlət Proqramı”nın biblioqrafik informasiya təminatı həyata keçirilir

 

Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi respublikamızın regionlarında da sürətli sosial-iqtisadi inkişafı təmin edən kompleks tədbirlərin həyata keçirilməsi zərurətini yaradırdı. Ölkə daxilində çox uğurlu iqtisadi siyasət həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyev cənabları düz 4 il bundan öncə müdrik bir addım ataraq "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008 -ci illər) təsdiq edilməsi haqqında" fərman imzalamışdır. Bu gün 4 ildən sonra həyata keçirilən tədbirlərə yerlərdə geniş vüsət alan quruculuq işlərinə nəzər salarkən bu qərarın dərəcədə müdrik bir addım olduğunu bir daha dərk edirik.

Respublikamızda gedən ciddi yenidənqurma işləri ilə ayaqlaşmağa çalışan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası da ölkə Prezidentinin bütövlükdə mədəniyyətimizin kitabxana işinin inkişafına qayğısından yararlanaraq ölkədə həyata keçirilən möhtəşəm quruculuq işlərinə öz xidmətini göstərmək məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar bütün materialları toplayaraq fundamental bir biblioqrafık vəsait çap etmişdir. Həmin vəsait bu gün bütün iqtisadçıların, alimlərin digər sahə mütəxəssislərinin, kitabxanaçıların, biblioqrafların, oxucuların stolüstü kitabına çevrilmişdir.

Azərbaycanda biblioqrafik fəaliyyət zəngin tarixi ənənələrə malikdir. Bu biblioqrafık ehtiyat mıyyətın informasiya təminatında mühüm rol oynayır. Ölkədə çap olunan biblioqrafik məhsulun fərqləndirilməsində sənədlərin məzmun əlamətinə əsaslanan bölgü xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ölkənin informasiya məkanında yeni istiqamət kimi qiymətləndirilə bilən regionların sosial-iqtisadi inkişafına həsr olunmuş mənbələri əhatə edən göstəricinin nəşri mühüm mədəniyyət hadisəsidir.

Azərbaycan Respublikasının regionlarının tarazlı inkişafı son illər diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2004-2008-ci illər üçün təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla həyata keçirilir. Bu istiqamətdə görülən işlər respublikamızın kütləvi informasiya vasitələrində, yeni çap olunan ədəbiyyat və elmi tədqiqatlarda geniş əks olunur.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Diyarşünaslıq elmi biblioqrafiya" şöbəsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dərc olunan materialları toplayaraq "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" adlı toplunun I buraxılışını nəşrə hazırlamışdır. Göstərici bütövlükdə Milli Kitabxana kollektivinin gərgin və yaradıcı əməyinin məhsuludur və çox geniş əhatəli bir vəsaitdir.

Göstəricinin I buraxılışında 2004-cü ilin fevralından 2006-cı ilin dekabr ayınadək olan dövrü əhatə edən materiallar toplanmışdır və hazırda bu vəsaitin 2 bııraxılışı çapa hazırlanır.

Göstəricidəki materiallar xronoloji quruluşa əsaslanır. Vəsait elmi-köməkçi xarakterlidir.

Göstərici 4 bölmədən ibarətdir. Göstəricinin I bölməsi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" adlanır. I bölmə aşağıdakı yarımbölmələrdən ibarətdir:

-  "Dövlət Proqramının təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı";

- "Əlavə tədbirlər haqqında verilmiş qərarlar";

- "Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı";

- "Nazirlər Kabinetinin 2005-ci ilin I yarısında respublikanın sosial-iqtisadi yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə";

- "Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası";

- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının bir illiyinə həsr olunmuş konfrans;

- "Nazirlər Kabinetinin 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclas";

- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının iki illiyinə həsr olunmuş konfrans";

- "Nazirlər Kabinetinin 2006-cı ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası".

Göstəricinin I bölməsindəki materiallar regionların sosial-iqtisadi inkişafı mövzusunda keçirilmiş müşavirə, iclas, konfrans materiallarını əhatə edir.

Göstəricinin II bölməsi "Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin regionlara səfəri" başlığı altında verilmişdir. Burada materiallar iqtisadi regionlar üzrə qruplaşdırılmışdır. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin nitq çıxışları, regionlara səfəri ilə bağlı materiallar toplanmışdır. II bölmədə regionların adları əlifba sırası ilə düzülmüşdür.

Göstəricinin III bölməsi isə "Regionların sosial-iqtisadi inkişafına dair monoqrafiya tədqiqatlar" adlanır. Burada regionların sosial-iqtisadi inkişafını əhatə edən 14 adda kitabın biblioqrafık təsviri verilmişdir. "Kitablar" adlı yarımbölmədən sonra "Dissertasiyalar; namizədlik, doktorluq" başlığı altında yarımbölmə yerləşdirilmişdir. Yarımbölmədə mövzunu əhatə edən üç dissertasiyanın biblioqrafik təsviri verilmişdir. III bölmədə kitablar dissertasiyalar illər üzrə əlifba sırası ilə düzülmüşdür.

Göstəricinin IV bölməsi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) haqqında qəzet jurnallarda dərc olunmuş materiallar" adlanır. Göstəricinin IV bölməsində ümumi xarakterli jurnal qəzet məqalələri, sonra isə digər materiallar regionların əlifba sırası ilə qruplaşdırılmışdır. "Jurnal məqalələri" adlı yarımbölmədə 2004-2006-cı illərdə çap olunmuş 98 jurnal məqaləsi 350 qəzet məqaləsinin biblioqrafık təsviri verilmişdir. Burada materiallar əlifba sırası ilə düzülmüşdür. Bu bölmədə ölkənin ayrı-ayrı iqtisadi bölgələri, rayonları haqqında müvafıq illərdə çap olunan ədəbiyyatın əks olunması, həm konkret rayonun sosial-iqtisadi inkişaf səviyyəsi haqqında məlumat əldə etməyə imkan verir. Belə ki, Abşeron rayonunun sosial-iqtisadi inkişafını əhatə edən 29, Ağcabədi rayonu üzrə 14, Ağdam rayonu üzrə 14, Ağdaş rayonu üzrə 22, Ağstafa rayonu üzrə 13, Ağsu rayonu üzrə 18, Astara rayonu üzrə 23, Balakən rayonu üzrə 18, Beyləqan rayonu üzrə 11, Bərdə rayonu üzrə 26, Biləsuvar 25, Cəlilabad 26, Cəbrayıl 2, Daşkəsən 14, Dəvəçi 6, Əli Bayramlı 2, Füzuli 2, Gədəbəy 19, Gəncə 44, Goranboy 17, Göyçay 15, Hacıqabul 6, Xaçmaz 24, Xanlar 13, Xırdalan 1, Xudat 1, Xızı 8, İmişli 22, İsmayıllı 18, Kəlbəcər 2, Kürdəmir 26, Qax 12, Qazax 19, Qəbələ 20, Qobustan 9, Quba 23, Qubadlı 3, Qusar 7, Laçın 10, Lerik 29, Lənkəran 41, Masallı 26, Mingəçevir 43, Naftalan 6, Naxçıvan 56, Neftçala 15, Oğuz 22, Ordubad 2, Samux 14, Saatlı 11, Sabirabad 23, Salyan rayonu üzrə 27, Sədərək 1, Siyəzən 8, Sumqayıt 19, Şamaxı 17, Şəki 58, Şəmkir 18, Şuşa 2, Tərtər 16, Tovuz 15, Ucar 13, Yardımlı 10, Yevlax 20, Zaqatala 38, Zəngilan 2, Zərdab rayonu üzrə 31 məqalə verilmişdir.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə yardımçı aparat kimi "Müəlliflərin əlifba göstəricisi" "Coğrafı adlar" göstəricisi verilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi altında M.F.Axundov adına Milli Kitabxananın kollektivinin uğurlu fəaliyyətinin nəticəsi kimi meydana gələn bu biblioqrafık məlumat mənbəyi ölkəşünaslıq biblioqrafik informasiya sisteminin mükəmməl nümunəsi hesab edilə bilər ölkə rəhbərliyinin sosial-iqtisadi siyasətinin geniş təbliğinə xidmət edir.

 

Xalq qəzeti.- 2008.- 13 fevral.- S. 7.